Icma.az
close
up
RU
Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbini kim, nə vaxt verib...

Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbini kim, nə vaxt verib...

Modern.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu günlərdə mətbuat və sosial şəbəkələrdə “Boz kardinal” ifadəsinə tez-tez rast gəlmək olur... Bu ifadənin kimə tuşlandığı hamıya məlumdur – söhbət Prezident Administrasiyasının sabiq rəhbəri, hazırda dövlətə xayanətdə ittiham edilən Ramiz Mehdiyevdən gedir.
“Boz kardinal”lar siyasətdə əsasən kölgədə qalmağa üstünlük verən, lakin proseslərə dolayısı ilə çox ciddi təsir edən, hadisələri öz marağına uyğun yönləndirməyi bacaran şəxslər hesab olunurlar. Onlar çox az danışan, ancaq çox şeyi həll edən siyasətçi kimi dəyərləndirilirlər…
Ramiz Mehdiyev də uzun illər Azərbaycanda həm siyasi sistemin formalaşmasında, həm də elmi-akademik mühitdə kadr siyasətinə yön verən əsas fiqurlardan biri olub.
87 yaşlı akademik uzun müddət  güclü təsir sahibi kimi tanınıb. Bu kontekst onu “hakimiyyətin arxasındakı güc” kimi təsvir edən şərhlərin çoxalmasına səbəb olub və siyasət kluarlarında “Boz kardinal” adlandırılıb.
Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbini kim, nə vaxt verib?
Sualın birmənalı cavabı yoxdur.
Ramiz Ənvər oğlu Mehdiyev 17 aprel 1938‑ci ildə Bakıda doğulub. Elm və dövlət idarəçiliyi sahəsində uzun və təsirli karyerası var.

Sovet dövründə müxtəlif elmi‑siyasi və ideoloji strukturlarda işləyib, partiya və kommunist gənclər təşkilatlarında funksiyalar daşıyıb.

1995‑dən 2019‑a qədər Prezident Administrasiyasının rəhbəri kimi fəaliyyət göstərib; dövlət idarəetməsinin, kadr siyasətinin və daxili siyasi texnologiyaların əsas təsisçilərindən sayılırdı.

2019‑dan sonra AMEA (Azərbaycan Milli Elmlər Akademiyası) prezidenti kimi akademik fəaliyyətə yönəlmişdi.

O, uzun illər hakimiyyətdə idarəetmə, siyasi texnologiyalar və dövlət aparatının əsas məmurlarından olsa da, özünü çox açıq siyasətçi kimi təqdim etməyib.

“Boz kardinal” ləqəbinin Ramiz Mehdiyevin obrazına uyğun gəlməsinin bir neçə səbəbi var.
Mehdiyev Prezident Administrasiyasının rəhbəri işləyəndə kabinet məmuru idi; dövlətin görünən hissəsində deyil, idarəetmənin içərisində çalışırdı. “Kölgədə qalmaq” siyasəti onun profilinə uyğun idi.

Prezident Administrasiyası rəhbəri kimi Mehdiyev əhəmiyyətli kadr yerlərinə təsir edirdi, dövlət institutlarının daxili siyasətində əsas söz sahiblərindən biri idi.
Seçki proseslərində, müxalifətlə münasibətlərdə, media və QHT-lərə nəzarətdə – ictimaiyyət tərəfindən önəmli hesab edilən strateji məqamlarda Mehdiyevin adı çəkilirdi.
Ramiz Mehdiyevə “Boz kardinal” ləqəbinin verilməsi, onun dövlət idarəetməsində “gizli, amma güclü” təsirçi rolunu vurğulamaq məqsədi daşıyıb. Bu ləqəb daha çox media, siyasi şərh və ictimai düşüncədə yaranıb. Ramiz Mehdiyevin “Boz kardinal” adlandırılması 90-cı illərin sonlarından  - o, Prezident Administrasiyasının rəhbəri vəzifəsinə təyin olunandan xeyli sonra başlanıb.
Qeyd etdiyimiz kimi, Mehdiyev uzun illər dövlət idarəçiliyində - Prezident Administrasiyasının rəhbəri kimi (1995–2019) - əsas fiqurlardan biri olub. Bu qədər uzunmüddətli fəaliyyət dövründə təbii ki, onun təsir dairəsi çox geniş idi. Media və siyasi analitiklər tez-tez onun arxa planda, görünməyən güc mərkəzi kimi rol oynadığını irəli sürürdülər. Nazirlərin, nazir müavinlərinin, icra başçılarının təyinatında, hüquq-mühafizə orqanlarında, məhkəmə sistemində yüksək vəzifələrə kimlərin gətirilməsi Ramiz Mehdiyevin xeyir-duası ilə baş tutub. Bu tendensiya “Boz kardinal” ləqəbinin formalaşmasında əsas rol oynayıb.
Bəzi siyasətçi və ictimai fiqurlar da ona qarşı çıxışlarında “Boz kardinal” ifadəsini işlədiblər, bu da ləqəbin kütlə arasına yayılmasını sürətləndirib. Və tədricən bu ləqəb jurnalist məqalələrində, təhlillərdə, bloqlarda və sosial mediada geniş yayılıb. Nəticədə “Boz kardinal” təsviri onun idarəçilik tərzinə, arxa planda kadr qüvvəsinin formalaşmasındakı müdaxiləsinə və “görünməyən güc” statusuna işarə kimi möhkəmlənib.
Xülasə, “Boz kardinal” ləqəbi daha çox media, siyasi şərh və ictimai rəy tərəfindən Ramiz Mehdiyevin  şəxsiyyətinə, idarəçilik üslubuna aid edilmiş metaforik obraz olub.
Amma bu gün Ramiz Mehdiyev artıq səssizdir. Həmin sükutda nəinki siyasi mövqenin itirildiyi, həm də illərlə qurduğu münasibətlər sisteminin öz əleyhinə çevrildiyi görünür.

Artıq onun “Boz kardinal” statusu, ictimai təsiri və dəstək bazası sarsılmağa başlayıb...
A.Qorxmaz

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:204
embedMənbə:https://modern.az
archiveBu xəbər 16 Oktyabr 2025 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri