Icma.az
close
up
RU
Ramiz Mehdiyevi sevmək olarmı… Ədalət, yoxsa qisas?

Ramiz Mehdiyevi sevmək olarmı… Ədalət, yoxsa qisas?

Icma.az xəbər verir, Bakupost saytına əsaslanaraq.


Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev ətrafında baş verənlər bütöv bir dövrün son akkordları kimi səslənir. Uzun illər dövlət idarəetmə sistemi daxilində “beyin mərkəzi” kimi təqdim edilən, lakin arxa planda böyük qorxu mühiti formalaşdıran Mehdiyev indi tamam fərqli səbəblərlə gündəmdədir: o, dövlətə xəyanət, hakimiyyəti zorla ələ keçirməyə yönələn hərəkətlər və külli miqdarda əmlakı qanunsuz yollarla ələ keçirmə kimi xüsusilə ağır cinayətlərdə ittiham olunur.

Hazırda ev dustaqlığındadır və onun ətrafında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) apardığı geniş əməliyyat və istintaq prosesi davam edir.

Məlumata görə, DTX-nin vəsatəti əsasında Səbail Rayon Məhkəməsi tərəfindən Mehdiyev və yaxın çevrəsinə dair kompleks əməliyyat-texniki tədbirlərin keçirilməsi barədə 13 avqust 2025-ci il tarixli qərar qəbul edilib. Həmin qərar əsasında rabitə kanallarının dinlənilməsi, “Şərq-Qərb” nəşriyyatında və bir neçə digər ünvanda axtarışlar aparılıb. Nəticədə Mehdiyevin illərlə toxunulmaz görünən, qorxu, ədalətsizlik və təkəbbür üzərində qurulan “boz kardinal” obrazı sarsılıb.

“Boz kardinal”ın kölgəsi: qorxu ilə idarə olunan sistem

Ramiz Mehdiyev uzun illər ərzində ideologiya, kadr siyasəti və elmi mühit üzərində total nəzarət mexanizmi qurmuşdu və bu, cəmiyyətdə parçalanma, intriqalar yaratmağa və digər mənfi məqsədlərə xidmət edirdi. Onun əsas idarəetmə aləti isə qorxu mühiti yaratmaq idi.


Mehdiyev heç vaxt ön planda görünmürdü, amma demək olar ki, bütün qərarlar onun masasında tamamlanırdı.

Bu boyda səlahiyyətlərə baxmayaraq, ona yaxın olanların əksəriyyəti Mehdiyevi heç vaxt sevməyib. Onun görünüşü, xarakteri, təmkinində gizlənən sərtlik, cəllad soyuqluğu və manipulyativ davranışları ona ürəkdən bağlı olmağa imkan verə bilməzdi.

"Mehdiyevin komandası" deyilən kütlə maraq zənciri ilə birləşmişdi: kimisi vəzifəsini qorumaq, kimisi karyerasını yüksəltmək, kimisi sadəcə sağ qalmaq, şərə düşməmk üçün onun kölgəsində dayanırdı. Buna görə də o dövrdə YAP-da, dövlət strukturlarında və ya hakimiyyətə yaxın hər dairədə istənilən şəxsi “Ramizçi” adlandırmaq olar.

Mehdiyev dövründə “Ramizçi” olmaq bəzən istedadın deyil, səssizliyin mükafatı idi. Onun sistemində sadiqlik – düşünməkdən daha vacib keyfiyyət sayılırdı. "

Boz kardinal"ın təsiri ilə bütöv bir nəsil “susmaqla yaşamaq” instinktinə alışıb, kadrlar bacarığına görə yox, itaətinə görə seçilib. Beləliklə, Mehdiyevin siyasəti ilə illərlə həm elm, həm siyasət, həm də mədəniyyət sferasında nəbz aşağı salınıb, təzyiq endirilib. Bu isə infarkta aparan yoldu!

Ədalət və qisas

Ramiz Mehdiyevin illərlə qurduğu qorxu mexanizmi indi sanki öz üzərinə çökür. Ona yaxın olanların bir-bir ifşa olunması, mediada biabır edilməsi, “Ramizin adamı” damğası ilə təhqir olunması bəzən ədalət deyil, qisas xarakteri daşıyır.

Cəmiyyətin qəzəbi anlaşılandır. Amma… Mehdiyevin qurduğu qorxu sistemi aradan qalxır və yaranan boşluğun yerini nifrət deyil, ədalət tutmalıdır: kimin həqiqətən günahkar, kimin isə sadəcə, Mehdiyev sisteminin qurbanı olduğunu fərqləndirməliyik...


Ədalət nifrətlə bərpa olunmur. Yeni mərhələ Mehdiyevin qorxu sisteminin kölgəsindən çıxmaqla bitmir – heç kimə bir daha dövlət idarəçiliyinə kölgə salmaq imkanı verməməklə başlayır.

Elnur, BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 22 Oktyabr 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see285

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see252

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see251

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see242

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see221

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see219

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see216

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see215

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see210

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see209

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see209

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see205

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see204

Levandovski yeddi ildən sonra Polşa millisində het trik etdi

03 Oktyabr 2026 01:39see198

Yağışlı hava ilə bağlı bu yolda sürət həddi endirilib

02 Oktyabr 2026 23:53see181

Prezidentin qurultaydakı mesajları Azərbaycanın müstəqil siyasət kursunun davamlılığını göstərir Fərid Şa…

02 Oktyabr 2026 22:29see179

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see172

Rusiyanın zərbəsi nəticəsində Ukraynada nəhəng dərman anbarı yandı

03 Oktyabr 2026 00:38see167

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see166

Bakı Tbilisi qatarlarında yenilik 1 noyabrdan

02 Oktyabr 2026 16:12see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri