Icma.az
close
up
RU
Ramiz Mehdiyevin cinayət işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib Deputatdan ŞOK AÇIQLAMA

Ramiz Mehdiyevin cinayət işi üzrə bir çox şəxslər istintaqa cəlb edilib Deputatdan ŞOK AÇIQLAMA

Demokrat.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"Azərbaycanda bir neçə dəfə hakimiyyəti qeyri-konstitusiya yolu ilə ələ keçirmək cəhdləri olub və bu prosesdə ən aktiv olan Şimal qonşumuzdur. Şimal qonşumuz Azərbaycandakı uzantıları və tərəfdarları vasitəsilə ölkədə nəzarət imkanları əldə etmək və öz adamlarını önə çəkərək  Azərbaycana təsir göstərmək istəyib. Hər dəfə bunun qarşısı alınıb, Azərbaycan xüsusi xidmət orqanları bu prosesləri vaxtında önləyə bilib".
Bu sözləri Demokrat.az-a açıqlamasında deputat Arzuxan Əlizadə deyib. 
O bildirib ki, Moskvanın Azərbaycandakı əsas fiqurlarından biri, bəlkə də birincisi Ramiz Mehdiyev olub:
"Uzun müddət önəmli vəzifə daşıyan bu şəxs ətrafında geniş çevrə formalaşdırmağa nail olub. Nəhayət, onun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində cinayət işi başlanılıb və dövlətə xəyanət, hakimiyyəti zorakı yolla ələ keçirməyə cəhd kimi ciddi ittihamlar irəli sürülüb. Bu ittihamda göstərilən cinayətin həyata keçirilməsi üçün komanda olmalı idi və bunu bir nəfərin təkbaşına etməsi mümkün deyil. Bu baxımdan Ramiz Mehdiyevin formalaşdırdığı komanda müəyyən edilməli və həmin şəxslər məsuliyyətə cəlb olunmalıdır. Bu istiqamətdə ciddi addımlar atılır".
Deputat qeyd edib ki, rəsmi məlumat verilməsə də, bir çox şəxslərin istintaqa cəlb edildiyi və ifadə verdiyi məlumdur və artıq həbs olunanlar da var:
"Əli Kərimli də bu cinayət işi üzrə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilib, barələrində həbs qətimkan tədbiri seçilib, eləcə də bu çevrədən olan bir neçə nəfər məsuliyyətə cəlb olunub. Görünən odur ki, Dövlət Təhlükəsizliyi Xidmətinin bu şəxslərin məsuliyyətə cəlb edilməsinə əsas verən ciddi məlumatları var və onların barəsində həbs qətimkan tədbirinin seçilməsi də bununla bağlıdır. Bu proses davam edəcək və davam etməlidir. Azərbaycanda qeyri-konstitusiya yolu ilə hakimiyyəti ələ keçirməyə cəhd edən şəxslər tam müəyyən edilməli və hər biri məsuliyyət daşımalıdır".
Onun sözlərinə görə, dövlət qarşısında xidmətləri olmuş şəxslər belə, bu xidmətlər nəzərə alınmadan məsuliyyətə cəlb edilməlidir:
"Çünki dövlətin suverenliyinə qarşı yönəlmiş zorakılıq fəaliyyəti ən böyük cinayətdir və heç bir halda əfv edilə bilməz. Bu istiqamətdə fəaliyyət göstərən hər kəs məsuliyyətə cəlb olunmalıdır. Dövlət maraqları və milli təhlükəsizlik hər şeydən öndədir və kimliyindən asılı olmayaraq bu prosesdə iştirak edən hər kəs sərt şəkildə cəzalandırılmalıdır. Azərbaycan hüquq-mühafizə orqanların peşəkarlığına tam əminəm. Proses sona qədər davam edəcək və bu məsələdə günahı olan hər bir kəs layiqli cəzasını alacaq".
Əfsanə Kamal 
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 10 Dekabr 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see307

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see228

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see224

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see194

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see182

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see178

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see165

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see161

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see160

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see160

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see159

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see158

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see156

Qızıl daha da bahalaşdı QİYMƏTİ 4900 DOLLARI DA KEÇDİ

22 Yanvar 2026 23:57see154

Qarnın çıxmasının səbəbi piy deyilmiş Açıqlama

23 Yanvar 2026 05:06see149

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see146

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see145

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see144

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri