Icma.az
close
up
RU
Ramiz Mehdiyevin sevdiyi sənət adamları...

Ramiz Mehdiyevin sevdiyi sənət adamları...

Icma.az bildirir, Bakupost saytına əsaslanaraq.


Ramiz Mehdiyev uzun illər ərzində Azərbaycanda kölgəvi təsir imkanları ilə seçilən əsas fiqurlardan biri kimi formalaşıb. Onun siyasi sistem daxilində tutduğu mövqe klassik idarəçi modelindən fərqli olaraq, daha çox qeyri-formal əlaqələr, şəxsi sədaqət prinsipi və paralel təsir mexanizmləri üzərində qurulub. Məhz bu səbəbdən Mehdiyevin adı uzun müddət müxtəlif sahələrdə “təhlükəsiz yüksəliş” üçün açar fiqur kimi hallandırılıb.


Bakupost.az xəbər verir ki, onun bir sıra sahələrdə rolunun olduğu açıq və ya dolayı şəkildə etiraf edilib. Lakin bu təsir dairəsi hər sahədə eyni dərinlikdə və eyni davamlılıqda olmayıb.

Xüsusilə mədəniyyət sahəsi Ramiz Mehdiyevin ən az nüfuz edə bildiyi istiqamətlərdən biri kimi diqqət çəkir. Digər sahələrdə geniş şəbəkə formalaşdıra bildiyi halda, mədəniyyət mühitində bu imkanlar məhdud qalıb. Bu səbəbdən də Mehdiyevin mədəniyyətin müxtəlif sahələrinə təsiri daha çox seçilmiş fərdlərlə qurulan münasibətlərdən ibarət olub. Ramiz Mehdiyev bu çevrədə özünü sistem qurucusu kimi deyil, daha çox “ağsaqqal” statusunda təqdim etməyə üstünlük verib və bu statusu qəbul edənlərin sayı məhdud olub.

Mədəniyyət sahəsində formalaşan bu dar çevrə ideoloji yaxınlıqdan çox, şəxsi münasibətlər, zövq uyğunluğu və himayə mexanizmi üzərində qurulub. Ramiz Mehdiyevin müəyyən musiqiçilərə xüsusi rəğbət bəsləməsi, onları dinləməsi və məclislərində görmək istəməsi bu münasibətlərin xarakterini aydın şəkildə göstərir.

Karantin rejimi dövründə nəvəsinə toy etməsi və bunun ictimai müzakirələrə səbəb olması Mehdiyevin öz mövqeyini necə qavradığını göstərən simvolik hadisə kimi yadda qaldı. Cəmiyyətin əksər hissəsinin sərt məhdudiyyətlər şəraitində yaşadığı bir dövrdə keçirilən bu məclis qanun və qaydaları heçə saymaqla yanaşı, siyasi-psixoloji müstəvidə də oxundu. Böyük məclislərə meyil, şəxsinə ünvanlanan tostlar, açıq şəkildə nümayiş etdirilən status ehtiyacı onun davranış modelinin ayrılmaz hissəsi kimi ortaya çıxırdı.

Həmin toyda iştirak edən şəxslərin seçimi də təsadüfi deyildi. Ramiz Mehdiyev toya özünə ən yaxın hesab etdiyi insanları dəvət etmişdi. Onlar arasında çox az sayda müğənni də var idi.

Modern.az-ın məlumatına görə, R.Mehdiyevin nəvəsinin toyunda iştirak edən mədəniyyət adamları təsadüfi seçilməmişdi. Məclisə dəvət olunanlar Mehdiyevlər ailəsinin uzun illərdir sevdiyi, dinlədiyi və yaxın münasibətdə olduğu sənətçilər idi.

Məlumata görə, Ramiz Mehdiyev toya kimlərin gələcəyinə və kimlərin kənarda qalacağına şəxsən nəzarət edib. Bu diqqət yalnız vəzifəli şəxslərə deyil, eyni zamanda musiqiçilərə də aid idi. Vaxtilə onu özlərinin “ağsaqqalı” hesab edən, onunla yaxınlıq nümayiş etdirən bəzi mədəniyyət nümayəndələrinin toya dəvət olunmaması isə müəyyən dairələrdə ciddi narazılıq doğurmuşdu. Bu narazılıqlar açıq şəkildə səsləndirilməsə də, mədəniyyət cameəsi daxilində kifayət qədər hiss olunurdu.

Lakin proseslərin sonrakı inkişafı bu narazı səsləri də arxa plana keçirdi. Qısa müddət sonra Daxili İşlər Nazirliyinin toyda iştirak edən şəxslərlə bağlı tədbirlər görməsi, eyni zamanda ictimai müstəvidə Ramiz Mehdiyev və onun yaxınlarına yönələn sərt tənqidlər mövzunun fokusunu dəyişdi. Artıq məsələ kimin dəvət olunub, kimin olunmaması yox, toyun özü və onun yaratdığı ictimai rezonans üzərində cəmləndi.

Məsuliyyətə cəlb olunanlar arasında Ramiz Mehdiyevin xüsusi rəğbət bəslədiyi sənət adamları da vardı. Siyahıda Azərbaycan Dövlət Filarmoniyasının direktoru, pianoçu və Xalq artisti Murad Adıgözəlov, eləcə də onun keçmiş həyat yoldaşı, 2009-cu ildə "Avroviziya" mahnı müsabiqəsində üçüncü yer tutmuş Aysel Teymurzadə yer alırdı. Bu da toyun sıradan ailə tədbiri olmadığını, seçimin simvolik məna daşıdığını göstərirdi.

Toyda iştirak edənlərin siyahısına baxdıqda Ramiz Mehdiyevin musiqi zövqü də açıq şəkildə sezilir. Seçimlər göstərir ki, o, xüsusilə caz və estrada janrlarına üstünlük verib. Məhz bu səbəbdən saksafon ifaçısı Teymur Süleymanbəylinin məclisə dəvət olunması təəccüb doğurmurdu. Uzun illər elit məclislərin daimi iştirakçısı olan Süleymanbəyli Mehdiyevin zövq dairəsinə uyğun ifaçılardan sayılırdı.

Ramiz Mehdiyevin məclislərində görməyi istədiyi sənət adamlarından biri də müğənni Azad Şabanov olub. Gənc müğənni toydan sonra Daxili İşlər Nazirliyi tərəfindən məsuliyyətə cəlb olunan şəxslər arasında yer almışdı.

Lakin adıçəkilən şəxslərdən əlavə, bu toyda iştirak etmək istəyən çox musiqiçi, mədəniyyət adamı olub. Bu məsələ daha sonra müxtəlif dairələrdə də səsləndirilib.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 Fevral 2026 20:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see549

Face Studionun yaradıcısı: Amerikaya köçməyim deyə valideynlərim salon açıb məni direktor qoydular

08 Oktyabr 2026 02:25see198

“Mükafat üçün daha nə etməlidir?”

08 Oktyabr 2026 17:16see180

Türkiyə və Pakistan ordu yeridir İran “nəzərə alacaq”?

08 Oktyabr 2026 07:01see179

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see170

Bu işlə məşğul olan kişilərdə qırtlaq xərçəngi qaçılmazdır

07 Oktyabr 2026 22:25see169

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see165

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see165

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see164

Qətər sahillərində neft tankerinə hücum Ölən və yaralananlar var

08 Oktyabr 2026 03:55see164

Trampdan FTB yə biabırçı ittiham Həyat yoldaşımı və oğlumu...

08 Oktyabr 2026 00:00see162

Kadırova Rusiya Federasiyasının Fəxri Memarı adı verildi

08 Oktyabr 2026 03:25see162

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see161

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see160

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see159

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see159

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see159

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see159

“Real” Holand transferində “Barselona”nı qabaqlayır

07 Oktyabr 2026 23:56see159

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri