Icma.az
close
up
RU
Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı SEPARATÇI KÜRDLƏRLƏ ƏLAQƏ İDDİASI

Ramiz Mehdiyevin yaxın adamı Mikayıl İsmayılovun Almaniyada 36 mənzili üzə çıxdı SEPARATÇI KÜRDLƏRLƏ ƏLAQƏ İDDİASI

Icma.az, Moderator.az portalına istinadən məlumatı açıqlayır.

Moderator.az Musavat.com-a istinadla xəbər verir ki, Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayevin həbsi ilə bağlı adı hallanan SOCAR-ın sabiq vitse-prezidenti Mikayıl İsmayılov barədə sensasion məlumatlar yayılıb.

Mənbələr bildirir ki, 16 il ərzində SOCAR-da vitse-prezident vəzifəsində çalışan Mikayıl İsmayılov Ramiz Mehdiyevin birbaşa himayəsində olub və onun vasitəsilə dövlət neft şirkətinin iri layihələrindən əldə edilən vəsaitlərin böyük hissəsini Ramiz Mehdiyev klanına və öz şəxsi şəbəkəsinə yönləndirib. 

İsmayılovun fəaliyyəti dövründə milyardlarla manatın mənimsənildiyi, müxtəlif “şirkət-tender” sxemləri ilə bu pulların ölkədən çıxarıldığı qeyd olunur.

Musavat.com-a daxil olan xüsusi mənbə məlumatına əsasən, Mikayıl İsmayılovun xaricdəki daşınmaz əmlak imperiyası da ifşa olunub.

Mənbənin bildirdiyinə görə, onun təkcə Almaniyanın Düsseldorf şəhərində 28, Münxendə isə 8 mənzili var.

Bu daşınmaz əmlakların bir qismi Almaniyada yaşayan, vaxtilə Türkiyəyə qarşı fəaliyyət göstərən separatçı kürd mənşəli bacanağı vasitəsilə alınmışdır. İddialara görə, həmin şəxs vasitəçi kimi çıxış edib və bu yolla Azərbaycandan çıxarılan vəsaitlərin ofşor hesanlara ötürülməsini təmin edib.

Məlumata görə, İsmayılov bu əməliyyatlarda qaynı Rövşənin də köməyindən istifadə edib. Rövşən adlı şəxs vasitəsilə pulların bir hissəsi Gürcüstan və Kipr üzərindən Avropaya daşınıb.

Hal-hazırda hüquq-mühafizə orqanları Mikayıl İsmayılovun digər xarici aktivləri, şirkətləri və ofşor hesabları ilə bağlı məlumat toplayır. Mənbələr bildirirlər ki, onun adının keçdiyi sənədlər arasında Azərbaycanın neft sektorunda illərlə yığılan korrupsiya pullarının izləri var.

Qeyd edək ki, Mikayıl İsmayılov 2005–2021-ci illərdə SOCAR-ın vitse-prezidenti olub, uzun illər “Neftçi” İdman Klubuna və Cüdo Federasiyasına rəhbərlik edib, hal-hazırda “Ekol Mühəndis Xidmətləri” QSC-nin Direktorlar Şurasının sədridir.

Ekspertlər bildirirlər ki, Balakən hadisəsi ilə başlayan bu istintaq dalğası Ramiz Mehdiyev klanının iqtisadi dayaqlarını tam şəkildə çökdürmək məqsədi daşıyır.

Musavat.com-un əldə etdiyi məlumata görə, İsmayılovun xaricdəki gizli aktivləri üzrə beynəlxalq araşdırmalar artıq başlanıb və yaxın günlərdə yeni ifşalar gözlənilir.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:45
embedMənbə:https://moderator.az
archiveBu xəbər 30 Oktyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see450

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see212

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see201

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see198

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see194

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see176

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see176

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see176

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see170

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see166

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see164

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see163

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see162

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see157

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see151

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see147

İlhan Omar canlı yayımda hücuma məruz qaldı

28 Yanvar 2026 15:33see141

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see141

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see140

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see139
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri