Icma.az
close
up
RU
Ramiz Mehdiyevlə kimlər işbirliyində olub? (ŞƏRH)

Ramiz Mehdiyevlə kimlər işbirliyində olub? (ŞƏRH)

Icma.az bildirir, Qaynarinfo portalına istinadən.

Xəbər verdiyimiz kimi, 25 il Prezident Administrasiyasına rəhbərlik etmiş Ramiz  Mehdiyev barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin Baş İstintaq İdarəsi tərəfindən başlanılmış cinayət işi üzrə məhkəmə Səbail Rayon Məhkəməsi onun barəsində 4 aylıq ev dustaqlığı qətimkan tədbiri seçib. Sabiq PA rəhbəri xüsusilə ağır cinayətlərdə ittiham olunur. Belə ki, Ramiz Mehdiyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 278-ci (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama) və 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması) maddələri ilə ittiham edilir.

Ağ Partiya sədri Tural Abbaslı Ramiz Mehdiyevin həbsinə münasibət bildirərək, qeyd edib ki, müxalifət partiyasının sədri olaraq, dövlətin atdığı addımları dəstəkləyir:


"Biz Ramiz Mehdiyev haqqında illərdir ki, danışırıq. Azərbaycanın iqtisadi, siyasi, dövlət  idarəçiliyi baxımından indiki vəziyyətdə - neqativ anlamda olmasının baiskarı Ramiz Mehdiyevdir. Üstəlik, istər iqtidar-müxalifət münasibətlərinin formalaşması, xalq-müxalifət, bir sözlə, bu məsələlər arasında uçurum yaradan adamlardan biri də Ramiz Mehdiyevdir, uzun illər yeritdiyi siyasətdir. Aparat rəhbərliyindən gedəndən sonrakı fəaliyyəti də bu cür olub, buna xidmət edib. Göz qarşısındadır, hətta istefaya göndəriləndən sonra da hakimiyyəti zorla ələ keçirmə, saxlama, dövlətə xəyanət maddələrini ehtiva edən əməllər törədib. Həmişə qeyd eləmişik ki, o, burada "5-ci kolon”un rəhbərlərindən biridir”. 

Partiya sədri vurğulayıb ki, indi əsas məsələ onun əlaltılarının, iş birlikçilərinin sürətli şəkildə ifşa olunması, aidiyyəti qurumlardan uzaqlaşdırılması və barələrində cinayət işi açılmasıdır:

"Düşünürəm ki, bunu yubatmaq olmaz. Burada dövlət təhlükəsizliyi məsələsi var. Ramiz Mehdiyev tək iqtidara, müxalifətə yox, o cümlədən dövlətə və dövlətçiliyə ziyan vura biləcək resurslara malik bir insandır. Hələlik cəmiyyətə informasiya az verilir. İstintaqda bilinəcək hər şey. Əmin olduğum şey budur ki, bir adam hakimiyyəti zorla ələ keçirmək maddəsi ilə ittiham olunursa, bunu təkbaşına edə bilməz. Bu, nə praktik, nə də siyasi olaraq  mümkün deyil. Digər iş birlikçiləri tapılmalı, ifşa olunmalı, nəhayət, ictimaiyyət də məlumatlandırılmalıdır. Bu məsələdə, yəni dövlətə xəyanət maddəsi ilə ittiham olunan adamların ifşa olunmasında dövlətin atdığı addımları müxalifət olaraq dəstəkləyirik".

Maraqlıdır ki, Ramiz Mehdiyevin bütün bu əməlləri təkbaşına həyata keçirmədiyi fikrini digər ictimai-siyasi fəallar da dəstəkləyiblər.

Real Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, dövlət çevrilişinə cəhdin iqtisadi, hərbi (hüquq mühafizə), media, məmur və siyasi ayaqları olur:


"Ümid edirəm ki, hökumət bunu bilir, Mehdiyevə belə ağır ittiham verilibsə, mütləq bu ayaqlar, Azərbaycandakı xırda, şimaldakı iri başa xidmət edən qulbeçələr də üzə çıxacaq - bu belə olmasa, çox qeyri-ciddi şərait yaranacaq, dövlət adlanan instituta xələl gələcək".

Partiya sədri bildirib ki, onu siyasi ayaq maraqlandırır:

"30 ildir müxalifət düzəldib gündəmdə saxladığı partiyalar, adamlar siyasi səhnəni necə zəhərlədiklərini görmüşük, bu xidmətçilər mütləq üzə çıxmalıdırlar. Onların Azərbaycana vurduqları ziyan, bu hökumətin gətirdiyi bəlalardan heç də az olmayıb. İllərdir sifarişlə rol alıb oynayıblar, bu oyunlar bitməlidir".

Vəkil Əkrəm Həsənov isə musavat.com saytına bildirib ki, 87 yaşlı Ramiz Mehdiyev təkbaşına dövlət çevrilişinə cəhd göstərə bilməz:


"Bu miqyasda addım üçün həm maliyyə, həm də güc lazımdır. Mehdiyevin ailəsinin milyonları, hətta milyardları var. Qalır güc amili. Azərbaycanda güc yalnız hüquq-mühafizə strukturlarındadır. Görünür, o, həmin qurumlardakı bəzi  şəxslərin dəstəyinə ümid edib. Belə bir cəhdin arxasında xarici  qüvvələrin dayanması da istisna deyil".

Qeyd edək ki, Ramiz Mehdiyev siyasi düşərgələrdə və mediada lobbiçilk fəlaliyyəti ilə seçilib. Bəzi mətbu orqanlar Ramiz Mehdiyevin Rusiya xüsusi xidmət orqanları ilə bağlı olduğunu iddia edirlər.

Siyasət şöbəsi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 15 Oktyabr 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see276

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see268

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see266

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see263

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see247

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see247

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see242

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see234

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see221

Süni kirpiklər gözlər üçün risk yaradır Araşdırma

11 Sentyabr 2026 17:03see202

Ağdərədə minaya düşən gənc müalicəsini evdə davam etdirəcək

11 Sentyabr 2026 16:25see200

Uşaqlarda qarın ağrısının adi və cərrahi səbəbləri

11 Sentyabr 2026 15:27see199

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see197

Alimlər Teylor Sviftə gözlənilməz bir mükafat verdilər...

11 Sentyabr 2026 21:20see194

“Azəri Çıraq Günəşli” yataqlar blokunun ikinci həyatı

12 Sentyabr 2026 01:58see192

Məni ad günlərinə çağırmayın , deyən Röya onun doğum günündə (Fotolar)

11 Sentyabr 2026 17:12see191

2026 2027 ci illərdə sosial şəbəkələrdə effektivliyin artırılması

11 Sentyabr 2026 12:49see189

Qızılın qiyməti ardıcıl üçüncü həftəni itkilərlə tamamlamağa hazırlaşır

11 Sentyabr 2026 21:28see173

PISA da “Sinqapur sindromu” Şəmil Sadiq yazır

11 Sentyabr 2026 01:22see173

Siqal Rusiyadakı 7 milyon dollarlıq malikanəsini satışdan çıxardı Səbəb təəccüblüdür

12 Sentyabr 2026 04:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri