Icma.az
close
up
RU
Qaynı iş adamını Ramiz Mehdiyevlə işbirliyində ittiham edir MÜRACİƏT

Qaynı iş adamını Ramiz Mehdiyevlə işbirliyində ittiham edir MÜRACİƏT

Azpolitika.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

İş adamı Şahəddin Abdullayev keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə sıx əlaqələrindən istifadə edərək özünə toxunulmazlıq qazanıb və bu illər ərzində dövlət büdcəsindən milyonlarla manat mənimsəyib.

Bu barədə Ş. Abdullayevin qaynı İbrahimov Oktay Həsən oğlu və onun həyat yoldaşı Əsədova Yeganə Həmzə qızı tərəfindən dövlət qurumlarına ünvanlanan və bir nüsxəsi də “AzPolitika”-ya göndərilən şikayət məktubunda bildirilir.

Ailənin iddiasına görə, Şahəddin Abdullayev təxminən 25 il ərzində Ramiz Mehdiyevin dəstəyi ilə Ukraynanın Mariopol Metallurgiya Zavodundan vaqonlarla dəmir məmulatı gətirərək Azərbaycanda dəmir bazarında monopoliyanı ələ keçirib və bu yolla inanılmaz sərvət yığıb. Daha sonra isə bu sıx əməkdaşlığın əhatə dairəsi genişlənib.

Məktubda qeyd olunur ki, Ramiz Mehdiyevin Şahəddin Abdullayevlə qohumluq əlaqəsi olmasa da, onun uşaqlarının toy mərasimlərində şəxsən iştirak edib və hətta onlara bahalı mənzillər hədiyyə edib. İddialara görə, Şahəddin Abdullayev Ramiz Mehdiyevin nüfuzunun zəiflədiyi bir dövrdə siyasi motivlərlə Türkiyədə böyük miqdarda investisiyalar edib. Bu investisiyalara İstanbulda 5 milyon dollarlıq "Eurobond", "Burhan" bankında 500 min dollarlıq əmanət, İstanbulun nüfuzlu Nişantaşı məhəlləsində 2 daşınmaz əmlakın alınması daxildir. Məktubun müəllifləri Abdullayevin yalnız öz adına 30-dan çox daşınmaz əmlakı olduğunu iddia edir.

Ailə Abdullayevin "Güzdək Metal" və "Roofs" MMC-lərində Vergi Məcəlləsinin pozulduğunu və dövlət büdcəsindən kütləvi miqdarda vəsaitin mənimsədildiyini iddia edərək, Dövlət Vergi Xidmətinə və İqtisadiyyat Nazirliyinə çoxsaylı müraciətlər etdiyini bildirir. Lakin qeyd olunur ki, bu müraciətlər cavabsız qalıb və yalnız uzun sürən təkidlərdən sonra yoxlama təyin edilib. Bildirilir ki, yoxlamaların birində 7.8 milyon manat dövriyyəsi olan müəssisəyə cəmi 1000 manat cərimə yazılıb.

Ən ciddi iddialardan biri də Bakı Ağır Cinayətlər Məhkəməsində davam edən bir cinayət işi ilə bağlıdır. Ailənin oğlu - Şahəddin Abdullayevin şirkətlərində qeyri-rəsmi işləmiş Həsən İbrahimov 179.4-cü maddə (korrupsiya) ilə ittiham olunaraq, məhkum edilir. Lakin ailə heç bir sübut olmadan oğullarının təqib olunduğunu iddia edir. Məhkəmə prosesinin 1 oktyabr 2025-ci ildəki iclasında baş verənlər, iddiaya görə, nüfuzun təzyiqinin açıq nümunəsidir. “İlk şahid dinlənərkən, ittihamçı prokuror Eldar Gözəlova zəng gəlir. Zəngdən sonra prokurorun üz ifadəsi dəyişir, təlaş içində zalı tərk edir. Onun ardınca hakimlər heyəti də zalı tərk edir. 10 dəqiqə sonra hamı geri qayıdır və məhkəmə davam edir. Bu hadisədən dərhal sonra Şahəddin Abdullayev ayağa qalxaraq, Həsən İbrahimovun ev həbsinin həbs qətimkan tədbiri ilə əvəz edilməsini tələb edir. Və hakim heç bir qanuni əsas olmadan, Cinayət Prosessual Məcəlləsinin 155.1-ci maddəsində nəzərdə tutulan şərtlər pozulmadığı halda, bu qərəzli qərarı verir”, -deyə məktubda qeyd olunur.

Ailə bu qərarın əvvəlcədən hazırlanmış ssenarinin bir hissəsi olduğunu iddia edir.

Məktubda Şahəddin Abdullayevin ailəni təqib etdiyi, onları hədələdiyi, o cümlədən övladlarının həyatına qəsd ediləcəyi ilə bağlı xəbərdarlıq etdiyi iddia edilir. Ailə dörd ildir Mütəşəkkil Cinayətkarlığa və Korrupsiyaya qarşı Mübarizə idarələri, prokurorluq və məhkəmələrdə öz haqlılıqlarını sübut etməyə çalışsa da, Abdullayevin milyonlarına və dövlət orqanlarındaki himayədarlarına arxalandığını, bu səbəbdən də rahatlıqla hərəkət edə bildiyini bildirir.

Ailə Şahəddin Abdullayevin və onun dövlət orqanlarındakı himayədarlarının gələcəkdə dövlətçilik üçün təhlükə yaratdığını iddia edərək, Şahəddin Abdullayevin barəsində ciddi araşdırma aparılmasına göstəriş verilməsini, 29 yaşlı oğulları Həsən İbrahimovun təhlükəsizliyinin təmin edilməsini xahiş edir.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.

“AzPolitika.info”

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:307
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 Oktyabr 2025 18:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see341

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see301

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see301

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see294

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see290

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see284

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see282

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see278

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see273

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see266

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see249

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see246

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see238

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see232

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see230

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see230

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see228

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see215

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see215

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see215
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri