“Ramştayn” formatında 30 cu iclasın tarixi və məkanı açıqlanıb
Apa.az saytına istinadən Icma.az xəbər verir.
Ukraynanın müdafiəsi üzrə Əlaqə Qrupunun (“Ramştayn” formatı) 30-cu iclası sentyabrın 9-da Londonda keçiriləcək.
APA xəbər verir ki, bu barədə Almaniya Müdafiə Nazirliyinin nümayəndəsi Ukrayna mediasına məlumat verib.
Alman nazirliyinin sözçüsü bildirib ki, Londondakı “Ramştayn” iclası “qarışıq formatda” keçiriləcək, lakin gündəlik hələ açıqlanmır.
Qeyd edək ki, “Ramşteyn” formatı 2022-ci ilin martında ABŞ tərəfindən Ukraynaya hərbi yardımın koordinasiyası üçün 50-dən çox ölkənin iştirak etdiyi platforma kimi yaradılıb.

“Ramştayn” formatında yeni koalisiya elan edilib
11 Aprel 2025 19:46
Ramştayn formatında növbəti iclas iyunun əvvəlində Brüsseldə keçiriləcək
29 May 2025 14:43
Britaniya və Almaniya 15 oktyabrda Ramştayn formatında görüş çağırır
02 Oktyabr 2025 15:06
Ukrayna üzrə “Ramştayn” formatında görüş sentyabrın 9 da Londonda keçiriləcək
08 Sentyabr 2025 20:56
ABŞ “Ramştayn” formatını tərk edir?
10 Aprel 2025 09:27

