Raşford İspaniya nəhəngində SON DURUM
Fanat saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
"Mançester Yunayted"in hücumçusu Markus Raşford "Barselona"ya transfer olmaq üzrədir.
Fanat.Az xəbər verir ki, məlumatı "Sport.es" yayıb.
Mənbənin məlumatına görə, "qırmızı şeytanlar" futbolçusunu mövsümün sonuna qədər Kataloniya klubuna icarəyə verməyə razılaşıb.
"Barselona" Markusu transfer etmək üçün maaş fondunu boşaltmalıdır. Bununla belə, Raşfordun artıq İspaniyaya köçməyə hazırlaşdığı bildirilir. O, "Barselona"da cəmi yarım mövsümdə 9 milyon avro qazanacaq.
Son bir neçə gündə mətbuat 27 yaşlı ingilislə altı klubun maraqlandığını yazıb: "Milan", "Yuventus", "Napoli", "Komo", "Borussiya Dortmund", "Vest Hem".
Qeyd edək ki, Raşfordun klubu ilə müqaviləsinin müddəti 2028-ci ilin yayına qədər nəzərdə tutulub. Cari mövsüm Mançester təmsilçisinin forması ilə bütün turnirlərdə 24 matça çıxan ön xətt oyunçusu 7 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transfer qiymətini 55 milyon avro ilə dəyərləndirir.
Mirağa
Baxış sayı:94
Bu xəbər 21 Yanvar 2025 10:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















