Icma.az
close
up
RU
Rasim Balayevdən baş nazirə: Yox dərəcəsindədir!

Rasim Balayevdən baş nazirə: Yox dərəcəsindədir!

Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri, xalq artisti Rasim Balayev Baş nazir Əli Əsədova müraciət ünvanlayıb.

Kult.az APA-ya istinadən xəbər verir ki, Rasim Balayev Azərbaycan Kinematoqrafçılar İttifaqının 26.09.2024 tarixli iclasında uşaq kinosunun durumunun müzakirəyə səbəb olduğunu xatırladıb.

Onun sözlərinə görə, iclasın yekun bəyanatında Uşaq kinosunun inkişafı Dövlət Proqramının qəbul edilməsi təşəbbüsü öz əksini tapıb:

"Uşaq və yeniyetmələrə ünvanlanmış filmlərin sayı yox dərəcəsindədir: son otuz ildə bu istiqamətdə dövlət dəstəyi ilə cəmi beş tammetrajlı bədii film çəkilib. Bu müddət ərzində çəkilən animasiya filmlərinin sayı isə orta hesabla ilə bir film təşkil edir. Bununla yanaşı, uşaq və yeniyetmələrin Azərbaycan kinosunun Qızıl fonduna daxil olan filmləri ilə tanışlığı da aşağı səviyyədədir".

AKİ sədri müraciətdə qeyd edib ki, Dövlət Proqramın məqsədi, uşaq və yeniyetmələrə ünvanlanmış, onların milli ruhda tərbiyələnməsinə xidmət edən filmlərin çəkilməsi, bu filmlərin ünvanına çatdırılması üçün təhsil və kino sahəsi üzrə aidiyyəti qurumların birgə işinin təmin edilməsidir:

"Kinomuzun Qızıl fonduna daxil olan filmlərinin nümayişlərinin sistemli təşkili, animasiya filmlərimizin qənaətbəxş səviyyəyə qalxması, animasiya istehsalı üçün kadrların hazırlığı, azyaşlı tamaşaçılar üçün nəzərdə tutulmuş kino zallarının təşkili, məktəblərdə film nümayişi üçün texniki imkanların artması Proqramın əsas vəzifələrindən olmalıdır. Özəl prodüserlərin və investorların bu sahədə passivliyi səbəbindən uşaq və yeniyetmələrə ünvanlanmış bədii və animasiya filmləri çəkən, dövlət tərəfindən dəstəklənən film studiyası da Proqram çərçivəsində yaradıla bilər. Bu studiyanın, fəaliyyətlərini faktiki dayandırmış “Azanfilm” və “Yaddaş” studiyalarının bazasında yaranması məqsədəuyğun olardı”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:183
embedMənbə:https://axar.az
archiveBu xəbər 15 Fevral 2025 16:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həyatın görünməz tərəzisi Məryəm Bağırova yazır

18 Avqust 2026 14:25see630

İran ABŞ hərbçilərini bu tətbiqlə izləyir Açıqlama

17 Avqust 2026 20:03see526

Vəfat edən məşhur general Heydər Əliyev onu iclasda niyə tənqid etmişdi?

18 Avqust 2026 11:10see279

Nəhəng asteroid Yerə doğru gəlir? Kritik açıqlama

17 Avqust 2026 21:16see244

“Gözdə olan qara su zamanı itirilən görmə faizini geri qaytarmaq mümkün deyil” OFTOLMOLOQ

17 Avqust 2026 16:46see237

Kuşner: ABŞ və İran arasında təmaslar heç vaxt olmadığı qədər intensivdir

18 Avqust 2026 02:01see213

30 yaşdan sonrakı beyin...

17 Avqust 2026 21:08see198

Çin “Supermen” robotunu təqdim etdi

18 Avqust 2026 04:32see191

Şimali Makedoniyada Qərbi Nil virusundan 4 nəfər ölüb

19 Avqust 2026 01:53see191

Çelsi nin sabiq hücumçusu Premyer Liqaya qayıda bilər

17 Avqust 2026 21:00see185

İnstagram da 1,4 milyon izləyicisi olan azərbaycanlı qız (VİDEO)

19 Avqust 2026 04:49see178

Çin buna görə sürətlə inkişaf edib (Video)

18 Avqust 2026 05:05see176

Hücum təhlükəsi: Moskvada festival təxirə salındı

18 Avqust 2026 01:43see172

Azərbaycan əleyhinə danışan şəxs Rusiyada vəzifədən qovuldu

19 Avqust 2026 03:06see167

Xaricdə həyat qurmaq üçün ən yaxşı 10 ölkə Siyahı açıqlandı gecə

19 Avqust 2026 05:06see166

Çində 5,9 bal gücündə zəlzələ baş verib

19 Avqust 2026 02:23see161

Müşfiq Ələsgərli: “Azərbaycanın geosiyasi əhəmiyyətinin artması Rusiyadakı mərkəzləri narahat edir”

19 Avqust 2026 01:51see153

Azər Bağırov Qarabağ a məğlubiyyəti belə şərh etdi

17 Avqust 2026 23:42see149

Mustafa Abbasbəyli nazirlikdə yeni vəzifəyə TƏYİN EDİLDİ

19 Avqust 2026 01:35see149

Kuşner ABŞ İran razılaşmasının şərtlərini açıqlayıb

18 Avqust 2026 00:35see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri