Rasim Balayevdən danışan həmkarı: “Biz Babəkimizi itirdik”
Icma.az bildirir, Baku.ws portalına istinadən.
"Allah ona rəhmət etsin. Dünəndən özümə gələ bilmirəm".
Bu sözləri BAKU.WS-ə açıqlamasında Xalq artisti Rasim Balayevin vida mərasimində iştirak edən həmkarı, Xalq artisti Fatma Mahmudova bildirib.
O qeyd edib ki, Rasim Balayevin vəfatı ilə Azərbaycan xalqı Nəsimi kimi şairi də itirmiş oldu. Bundan sonra Nəsimi obrazı yaddaşlarda sadəcə bir xatirəyə çevrildi:
"Ağır xəstəyəm. Amma evdə dözə bilmədim. Dedim gəlim onunla vidalaşım. Biz Babəkimizi itirdik. Nəsimi o vaxt yox, indi öldü".
Qeyd edək ki, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rasim Balayev ötən gün vəfat edib. O Türkiyənin İstanbul şəhərindəki "Memorial" xəstəxanasında dünyasını dəyişib. O ağciyər xərçəngi və şəkər xəstəliyindən əziyyət çəkirdi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:115
Bu xəbər 30 Mart 2026 12:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















