Icma.az
close
up
RU
Rasim Balayevdən sonra yeni sədr kim olacaq?

Rasim Balayevdən sonra yeni sədr kim olacaq?

Hurriyyet portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Xalq artisti, görkəmli sənətkar Rasim Balayevin vəfatından sonra Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni sədr seçilənə qədər kimlər tərəfindən və necə idarə olunacağı açıqlanıb.

İttifaqın katibi Əli İsa Cabbarov Musavat.com-a açıqlamasında bildirib ki, nizamnaməyə görə, Azərbaycan Kinematoqrafçılar İttifaqının İdarə Heyəti ali idarəedici orqandır. Onun sözlərinə görə, operativ qərarlar isə katiblik tərəfindən verilir:

“İdarə Heyəti 37 nəfərdən ibarət olub, Rasim Balayevdən sonra bu say 36-ya düşüb. Katibliyin isə 14 üzvü var. Birinci katibimiz Şəfiqə Məmmədovadır. İcraçı katib Əli İsa Cabbarovdur. Təhsil məsələlərinə isə katib Oleq Səfərəliyev baxır. Yəni idarəetmə əsasən rəhbərlik və katiblik tərəfindən həyata keçirilir. Belə demək olar ki, əsas qərarverici orqanlar bunlardır”.

Əli İsa Cabbarov deyib ki, növbəti sədr seçkilərinin vaxtı hələ dəqiqləşməyib:

“Rasim müəllimin 40 mərasimi başa çatdıqdan sonra qurultayın keçirilmə tarixi elan olunacaq. Çünki nizamnaməyə əsasən, qurultaydan 1-2 həftə əvvəl onun keçirilməsi barədə rəsmi elan verilməlidir. Bundan sonra isə qurultayda yeni sədr seçiləcək. Namizəd ittifaqın istənilən üzvü ola bilər”.

Xatırladaq ki, Xalq artisti Rasim Balayev martın 29-da Türkiyədə müalicə olunduğu xəstəxanada vəfat edib. Onun nəşi Birinci Fəxri xiyabanda torpağa tapşırılıb. Aktyor 4 il idi ki, Azərbaycan Kinematoqrafçılar İttifaqına sədrlik edirdi.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 31 Mart 2026 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see370

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see358

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see279

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see269

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see258

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see246

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see239

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see234

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see229

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see222

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see213

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see212

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see204

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see192

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see191

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see186

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see183

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see175

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see172

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri