Rasim Balayevin nəşi Azərbaycana bu tarixdə gətiriləcək
Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Türkiyədə vəfat edən Xalq artisti Rasim Balayevin nəşi bu gün axşam saatlarında Azərbaycana gətiriləcək.
Bakupost.az xəbər verir ki, bu barədə Musavat.com-a mərhum aktyorun yaxın dostu, tanınmış şair Baba Vəziroğlu məlumat verib.
Onun sözlərinə görə, hazırda bununla bağlı təşkilati proseslər davam edir və sənətçinin nəşinin axşam saatlarında vətənə gətiriləcəyi gözlənilir:
“Proseslər davam edir, ehtimal olunur ki, bu gün axşam saatlarında gətiriləcək. Rasim Balayevin aldığı müalicələrə ürəyi tab gətirmədi və dayandı”.
Qeyd edək ki, Rasim Balayev bu gün Türkiyədə müalicə aldığı xəstəxanada vəfat edib.
Baxış sayı:84
Bu xəbər 29 Mart 2026 14:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















