Icma.az
close
up
RU
Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Saçlarına gül düzüm

Mənim günüm, gündüzüm!

Sənsiz mən necə dözüm?

Bilmirəm özüm...

Yazıya sözləri Yusif Həsənbəyə, musiqisi isə Rauf Hacıyevə məxsus, könüllərdə geniş vüsət tapmış unudulmaz bir Azərbaycan mahnısının misraları ilə başlamaq istədim. Çünki elə sənətkarlar var ki, onların yaradıcılığına toxunarkən bircə sətir, bircə melodiya kifayətdir – həmin an siması, ruhu və sənət dünyası göz önündə canlanır. Belə görkəmli şəxsiyyətlərdən biri, Azərbaycan musiqisinin parlaq simalarından olan Rauf Hacıyev doğum günündə dərin hörmət və ehtiramla yad edildi...

2025-ci il mayın 15-də dahi bəstəkarımızın dühası duyulan məkan Üzeyir Hacıbəylinin Ev-Muzeyində Azərbaycan musiqi mədəniyyətinin görkəmli nümayəndələrindən biri – bəstəkar, ictimai xadim və yüksək insani dəyərləri ilə seçilən Rauf Hacıyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş elmi-ədəbi tədbir keçirildi. Tədbirin əsas məqsədi musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru Humay Fərəcova-Cabbarovanın yeni işıq üzü görmüş “Rauf Hacıyevi düşünərkən” adlı nəşrinin ictimaiyyətə təqdimatı idi.

Tədbirə giriş nitqi ilə başlayan Üzeyir Hacıbəyli adına Ev-Muzeyinin direktoru, Xalq artisti, bəstəkar Sərdar Fərəcov Rauf Hacıyevin Azərbaycan musiqisinin inkişafında tutduğu mühüm mövqeyə diqqət çəkdi. O, bəstəkarın çoxşaxəli yaradıcılıq fəaliyyəti, ictimai-mədəni həyatda fəal iştirakı və beynəlxalq musiqi məkanında qazandığı nüfuz haqqında geniş məlumat verdi. Sərdar Fərəcov, həmçinin Rauf Hacıyevin musiqi dünyasının formalaşmasında Üzeyir Hacıbəyli yaradıcılığının təsirini xüsusi qeyd edərək, onun musiqi irsində milli və klassik ənənələrin vəhdətindən danışdı.

Daha sonra söz nəşrin müəllifi – musiqişünas Humay Fərəcova-Cabbarovaya verildi. O, yeni nəşrin meydana gəlmə ideyası, hazırlanma prosesi və elmi-nəzəri çərçivələri haqqında geniş məlumat təqdim edərək bildirdi ki, bu kitab təkcə Rauf Hacıyevin sənət yolunun əks etdirilməsi ilə kifayətlənmir, eyni zamanda onun şəxsiyyətinə dair xatirələrin toplanması baxımından da mühüm elmi dəyərə malikdir. Müəllif qeyd etdi ki, nəşr həm sənətşünaslıq, həm də musiqi tarixi aspektindən yeni tədqiqat imkanları açır.

Təqdimat mərasimi zamanı Azərbaycan musiqi ictimaiyyətinin bir sıra tanınmış nümayəndələri çıxış edərək, Rauf Hacıyevlə bağlı xatirələrini, onun yaradıcılığına dair düşüncələrini bölüşdülər. Tədbirdə iştirak edənlər sırasında Azərbaycan Bəstəkarlar İttifaqının mətbuat katibi, Əməkdar mədəniyyət işçisi Səadət Təhmirazqızı, Əməkdar incəsənət xadimi, musiqişünas, professor Zümrüd Dadaşzadə, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Ülkər Talıbzadə, kitabın redaktoru, musiqişünas Aytən Baxşiyeva, Azərbaycan Milli Konservatoriyasının professoru Akif Quliyev, bəstəkar, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, professor Məmmədağa Umudov, sənətşünaslıq üzrə fəlsəfə doktoru Rauf Bəhmənli, saksafon ifaçısı, Əməkdar incəsənət xadimi Rafiq Seyidzadə, müğənni, Əməkdar incəsənət xadimi Natəvan Şeyxova, bəstəkarın nəvəsi Naminə Hacıyeva və digərləri yer aldı. Sənətşünaslıq üzrə elmlər doktoru, Əməkdar incəsənət xadimi, professor İmruz Əfəndiyevanın təbriki isə tədbirdə kitabın müəllifi tərəfindən səsləndirildi.

Çıxışlarda Rauf Hacıyevin Azərbaycan musiqi mədəniyyətinə verdiyi töhfələr yüksək dəyərləndirildi, onun yaradıcılığının çoxqatlı mənaları, musiqi dilinin yenilikçi cəhətləri və milli musiqi məktəbinin formalaşmasında rolu vurğulandı. Tədbir iştirakçıları onun xatirəsini ehtiramla yad edərək, Rauf Hacıyevin yaradıcılığının bu gün də aktual olduğunu bildirdilər.

Tədbirdə bəstəkarın ailə üzvləri də iştirak edərək şəxsi təəssüratlarını bölüşdülər və kitabın hazırlanmasında əməyi olanlara minnətdarlıqlarını bildirdilər.

Tədbirin bədii hissəsində Rauf Hacıyevin müxtəlif janrlarda yazdığı əsərlər ifa olundu. Gənc ifaçı Ləman Əhədova bəstəkarın “Əlcəzair süitası”nı təqdim etdi. Elyar Əliyev konsertmeyster Leyla Əliyevanın müşayiəti ilə “Sevgilim” mahnısını ifa etdi. Həmçinin, Rauf Hacıyevin adını daşıyan 15 №-li Musiqi məktəbinin xor kollektivi “Bəxtiyarlıq” və tanınmış “Azərbaycan” mahnıları ilə tədbirə emosional rəng qatdı.

Ümumilikdə təqdimat mərasimi boyu isti, səmimi atmosfer və ruhlandırıcı ab-hava hökm sürürdü. Bu xüsusi ovqat, təkcə Rauf Hacıyevin səmimiyyəti ilə seçilən musiqisinin təsiri ilə deyil, həm də onun nurlu siması, xeyirxah təbiəti ilə yaddaşlarda yaşayan şəxsiyyətinə olan dərin ehtiramdan qaynaqlanırdı.

“Rauf” - Allahın müqəddəs adlarından biridir və mənası “şəfqətli”, “mərhəmətli”, “yumşaq qəlbli”, “rəhmli və qayğıkeş” deməkdir. Bu xüsusiyyətlər adla vəhdət təşkil edərək, bəstəkarın xarakterinə də sirayət etmiş, onu ətrafındakılara sevdirərək yaddaşlarda məhz bu cür iz buraxmışdır. Tədbirə toplaşanların da hər biri onun mənəvi zənginliyi və sənət aləminin işıqlı çalarları ilə yoğrulmuş yaradıcılığı ətrafında bir araya gəlmiş, bu musiqi dünyasının nurundan pay almağa gəlmişdilər.

Aytən Baxşıyeva

Musiqişünas, sənətşünaslıq üzrə fəlsəfə doktoru

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Rauf Hacıyevin yaddaşlarda yaşayan irsi - yeni nəşrin təqdimatına həsr olunmuş tədbir

Şəkil sayı: 7

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:75
embedMənbə:https://525.az
archiveBu xəbər 19 May 2025 10:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri