Rayon apteklərində QANUN POZUNTUSU Bu apteklər reseptsiz dərman satışına görə CƏRİMƏLƏNDİ
Bizim media saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Ötən ay 37 aptekdə yoxlama aprılıb və 8 müxtəlif nöqsan aşkarlanıb. Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzinin məlumatına görə, həmin yoxlamalardan 9-u paytaxtda, 28-i isə respublikanın digər şəhər və rayonlarında yerləşən apteklərində aparılıb.
Nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinin beş maddəsi üzrə 11 protokol tərtib edilib.
Bölgə apteklərində hansı nöqsanlar qeydə alınıb?
Məsələ ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, yoxlamalar zamanı regionlarda yerləşən 8 aptekdə nöqsanlar aşkarlanıb.
Qeyd edilib ki, protokollar aşağıdakı nöqsanlara görə tərtib edilib:
“210.1 –lisenziya olmadan əczaçılıqla məşğul olmağa görə;
215.4 –qanunvericiliyə uyğun olaraq sertifikasiyadan keçməyən şəxslərin (işçilərin) praktik əczaçılıq fəaliyyətinə buraxılmasına görə;
452.1 –apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə;
452.2 –aptek təşkilatlarında qanunla nəzərdə tutulmayan digər malların satılmasına görə
452.3 –aptek təşkilatlarına dair tələblərin pozulmasına görə”.
AEM vətəndaşlara aptek təşkilatlarında qanunsuz fəaliyyətlə və ya şübhəli hallarla rastlaşdıqda “Bir pəncərə” sektorun, qaynar xətt: (012) 596 07 12, elektron poçt: [email protected], veb-sayt: www.pharma.az (“Müraciət” bölməsi) vasitəsi ilə məlumat vermələrini tövsiyə edir.
Qurumdan qeyd edilib ki, daxil olan bütün müraciətlər qanunvericiliyə uyğun şəkildə araşdırılır, zərurət olduqda həmin müəssisələrdə plandankənar yoxlamalar həyata keçirilir.
Günay Şahmar, Bizim.Media


