Icma.az
close
up
RU
Rayon həkimlərinin Bakıda işləyənlərdən FƏRQİ

Rayon həkimlərinin Bakıda işləyənlərdən FƏRQİ

Icma.az, Medicina portalına istinadən məlumat yayır.

Həkimlər niyə bölgələrə gedib işləməyə həvəs göstərmirlər - səbəblər

Son illərdə bütün rayonlarda mərkəzi xəstəxanaların əsaslı təmiri, avadanlıqlar, kadrlarla təchiz edilməsi, bölgələrdə böyük diaqnostika mərkəzlərinin açılması, kompüter tomoqrafiya, MRT müayinələrin aparılması səbəbindən Bakıya gəlməyə ehtiyac qalmır. Amma bölgələrdə ixtisaslaşmış həkimlərin çatışmazlığı hələ də mövcuddur. Bu səbəbdən xəstələr hələ də müalicə üçün paytaxta üz tuturlar. Rayonlarda tibb müəssisələrindəki kadr çatışmazlığının əsas səbəbi kimi maddi-məişət qayğıları göstərilir.

Problemi həll etmək üçün hətta həkimlərin məcburi xidmətə göndərilməsi də təklif edilir. Təklifə görə, rezidenturaya qəbul olunan hər bir şəxslə müqavilə bağlanmalıdır ki, təhsilindən sonra 1, 2 və ya 3 il rayonlardan birində işləsin. Türkiyədə müəyyən qərarlar qəbul olunub. Belə ki, universiteti bitirdikdən sonra həkimlər 3 il ərzində müəyyən bölgələrdə mütləq məcburi əmək şəraitində işləməlidirlər. Yəni onların təyinatları mütləq bölgələrə olur.

Azərbaycanın regionlarında ciddi həkim çatışmazlığı var. Bu barədə TƏBİB-in icraçı direktorunun müavini Araz Nəsirov Bakıda keçirilən “Səhiyyə İdarəçiləri Zirvəsi 2024" tədbirində bəyan edib. Araz Nəsirovun sözlərinə görə, həkimlərin 60-70 faizi son 4-5 ildə Bakıda cəmlənib. TƏBİB-in icraçı direktorunun müavini problemin həlli yollarından da bəhs edib. O qeyd edib ki, regionlarda bu problemi həll etmək üçün ürək mərkəzləri, onkoloji mərkəzlər yaradılıb və məqsəd səhiyyənin əhali üçün əlçatan olmasıdır. O qeyd edib ki, bütün yaxşı səhiyyə xidmətinin Bakıda yerləşməsi fikri yanlışdır. Dövlət Statistika Komitəsinin yaydığı məlumatlar da həkimlərin böyük hissəsinin Bakıda olduğunu sübut edir.

Komitənin məlumatına görə, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi - 23 minə yaxını Bakıdadır. Paytaxtda həkimlərin ən çox olduğu rayonlar Nəsimi və Yasamaldır.

Sumqayıtda 1458, Abşeronda 417 həkim var. Regionlardan ən çox həkimin olduğu bölgələr Gəncə (1135), Naxçıvan (445), Mingəçevir (392), Lənkəran (336), Şəmkir (324), Şəkidir (305).

Bütün Azərbaycanda əhalinin 10 min nəfərinə düşən həkim sayı 33 olduğu halda Bakı şəhərində bu rəqəm 97, Nəsimi rayonunda 291-dir.

Həkimlər niyə bölgələrə gedib işləməyə həvəs göstərmirlər?

Yeri gəlmişkən, Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, həkimlərin böyük hissəsi Bakıda fəaliyyət göstərir. Belə ki, 2024-cü ilin əvvəlində Azərbaycanda 33645 həkim olub. Onların 67 faizi - 23 minə yaxını Bakıdadır. Paytaxtda həkimlərin ən çox olduğu rayonlar Nəsimi və Yasamaldır. Sumqayıtda 1458, Abşeronda 417 həkim var. Regionlardan ən çox həkimin olduğu bölgələr Gəncə (1135), Naxçıvan (445), Mingəçevir (392), Lənkəran (336), Şəmkir (324), Şəkidir (305). Bütün Azərbaycanda əhalinin 10 min nəfərinə düşən həkim sayı 33 olduğu halda Bakıda şəhərində bu rəqəm 97, Nəsimi rayonunda 291-dir.


Tanınmış həkim, invaziv ağrı mütəxəssisi Zülfüqar Yusifov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini bölüşüb:

“Bu problem xeyli aktualdır. Əslində tək Azərbaycanda yox, bir çox inkişaf etmiş ölkələrdə də regionlardan daha çox mərkəzlərə meyl edir, böyük şəhərlərdə çalışmağa üstünlük verir. Elmi mərkəzlər böyük şəhərlərdə cəmlənir, ilkin addımları atan mütəxəssislər həmişə təcrübənin daha çox olduğu, daha güvənli olan, daha yaxşı təchiz olunmuş mərkəzlərdə çalışmağa can atır. Regionlarda son illər böyük mərkəzlər açılıb, yaxşı təmir, təchiz edilib. Bu, olduqca əhəmiyyətli işlərdir və nəticədə regionlarda tibbin səviyyəsi əvvəlki illərlə müqayisədə xeyli yaxşılaşıb. Ancaq bu da yetərli deyil. Daha yüksək səviyyəyə çatmaq üçün əlbəttə ki, adekvat kadrlara ehtiyac var. Bütün bu inkişafa baxmayaraq kadrlar daha çox təcrübəni yenə də şəhərdə əldə edə bilirlər. Çünki şəhər əhalisinin, müraciətlərin sayının çoxluğu, buradakı peşəkar mütəxəssislərdən öyrənə biləcəkləri kadrların mərkəzə meyllənməsinə təsir edir. Bundan əlavə, maaşla bağlı məsələlər də burada mühüm rol oynayır. Bu problemlərin həlli üçün Türkiyədə olduğu kimi müəyyən sistemlərin tətbiqi mümkündür. Məsələn, məcburi xidmət sistemi. Azərbaycanda təyinat sistemi mövcuddur. Bu təyinata uyğun regionlara yönləndirmək olar. Bundan başqa, regionlarda çalışanların əmək haqqında müəyyən dəyişikliklər etmək olar. Bu, olduqca vacib bir məqamdır”.

Son illər müşahidə olunan maraqlı tendensiya ondan ibarətdir ki, regionlarda müxtəlif konfransların keçirilməsi, kursların təşkil edilməsi özlüyündə bölgələrə yaxınlaşma deməkdir. Yəni bu tədbirlərin ardıcıl olaraq davam etdirilməsi vacibdir. Bəzi institutların, tibbi mərkəzlərin regionlara köçürülməsi olduqca mühüm addımdır. Beləliklə, ölkəmizin coğrafi yerləşməsi imkan verir ki, regionlarla çox sıx əlaqə saxlayaq".

Həkim əlavə edib ki, bununla belə, regionlarda tibbi təchizat və mütəxəssis sayı kifayət qədər yaxşı olsa belə, mərkəzlərə meyl etməyə davam edirlər:


“Çünki insanlar hər zaman kəndlərdən qəsəbələrə, qəsəbələrdən şəhərlərə, şəhərlərdən isə daha böyük şəhərlərə və ya digər ölkələrə getməyə meyllidirlər.

Məsələn, insanlar Bakıya gəlirlərsə, Türkiyəyə gedənləri də görə bilirik - halbuki eyni xidmətlər artıq Bakıda da kifayət qədər yüksək səviyyədə göstərilir. Türkiyədən də Avropa ölkələrinə, Avropadan isə Amerikaya getmək tendensiyası var. Yəni bu, xroniki xəstəliklərdən pasiyentlər həmişə daha yaxşı əlac olacağı ümidi ilə hərəkət edirlər.

Ancaq düzgün maarifləndirmə aparılarsa, insanlar öyrənər ki, xroniki xəstəliklər zamanı tibb elminin bəlli bir potensialı var. Bu da bugünkü müasir protokollarda əks olunub. Normal tibbi xidmət olan yerdə, bu protokollar çərçivəsində, təyin olunan müalicələr dünyanın hər yerində demək olar ki, eynidir. Təbii ki, bu kimi maarifləndirmə işləri mərkəzlərə qaçışı qismən əngəlləyə bilər.

Lakin bu istiqamətdə hər hansı irəliləyiş regionlarda kadr çatışmazlığını aradan qaldırmaqla sıx bağlıdır. Çünki hazırda ölkədə ixtisaslaşmış və adekvat tibbi fəaliyyət göstərə bilən mütəxəssislərin sayı regionlarımız üçün yetərli səviyyədə deyil. Bu istiqamətdə daha çox iş görülməlidir. Xüsusən yeni tələb olunan ixtisaslar üzrə kadrların hazırlanması və onların regionlara yönləndirilməsi əsas hədəflərdən biri olmalıdır. Bu baxımdan, xüsusilə qəbul sayı artırılmalı, rezidentura yerləri genişləndirilməli və rezidentlər regionlarda bir neçə il məcburi işləmək üçün təyinat almalıdır. Türkiyə təcrübəsi göstərir ki, bir neçə il regionda işləyən şəxslər artıq oraya alışır, orada ailə qururlar və uzun müddət həmin bölgədə yaşamağa davam edirlər. Bu da gələcəkdə həmin ərazilərdə kadr potensialını artırmaq üçün mühüm vasitələrdən biridir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://www.medicina.az
archiveBu xəbər 20 Dekabr 2024 11:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan və Qazaxıstan Transxəzər Fiber Optik Kabel Xəttinin çəkilişini başa çatdırıb

27 Avqust 2026 20:56see376

Əliaçıq olmaq təzyiqi normallaşdırır

27 Avqust 2026 22:01see356

Azərbaycan pambıq parça istehsalını 5 % dən çox artırıb

27 Avqust 2026 21:13see280

Türk aktrisa Nihal Yalçının son halı təəccübləndirdi (Foto)

27 Avqust 2026 21:38see269

Ürək əməliyyatı keçirdi, xərçəngdən sağaldı Möcüzə

27 Avqust 2026 20:32see257

Dünyanın sonu yaxınlaşır Dəccal haqqında peyğəmbərlik gerçəkləşməyə başladı

27 Avqust 2026 23:51see244

Azərbaycan və Türkiyənin Avstriyadakı səfirləri görüşdü

27 Avqust 2026 20:13see241

Nepalda güclü daşqın: 389 ölü, 1400 itkin

27 Avqust 2026 22:12see238

Qiymətlər niyə yüksəlir? Hörmüz boğazının təsiri nə qədərdir, digər amillər hansılardır?

28 Avqust 2026 13:00see229

Onlar üçün kiçik ailə biznesləri yaradıldı Fotolar

28 Avqust 2026 18:00see217

Beşbarmaq: əsrlərin sirrini qoruyan müqəddəs dağ

28 Avqust 2026 15:04see212

Fransa 44 fələstinlini Qəzza bölgəsindən təxliyə edib

28 Avqust 2026 23:21see203

Cəmalanın 43 yaşı var...

28 Avqust 2026 21:07see200

İnfarkt üçün yeni təsnifat hazırlandı

28 Avqust 2026 17:20see196

Rusiya niyə qəsdən valyutasını zəiflədir?

28 Avqust 2026 20:06see194

Bakıda Türkiyənin Zəfər Bayramı qeyd olundu

28 Avqust 2026 23:53see191

“Mançester Siti”dən “Kristal Pelas”a 4 qol: Haland və Şerki dubl etdi VİDEO

29 Avqust 2026 01:33see186

Sabah çimərliyə gedənlərə XƏBƏRDARLIQ

27 Avqust 2026 19:54see173

Milan A Seriyasında ardıcıl ikinci qələbəsini qazandı

29 Avqust 2026 01:42see172

Qardaşının pasportu ilə 15 günlük getdiyi ölkədə 33 il sonra tutuldu

29 Avqust 2026 03:52see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri