Icma.az
close
up
RU
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb: Həkimdən şok AÇIQLAMA

Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb: Həkimdən şok AÇIQLAMA

Redaktor.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bu gün rayonlardan paytaxtda yerləşən tibb ocaqlarına üz tutan sakinlərin sayı kifayət qədərdir. Buna səbəb isə bölgədəki xəstəxanalara və orada fəaliyyət göstərən həkimlərə əhalinin inamsızlığıdır.

Çoxları iddia edir ki, rayon yerində yetəri qədər biliyi olan həkim tapmaq müşkülə çevrilib. Elə məhşurlar da bu fikri təsdiqləyirlər. Bir neçə gün bundan öncə Aşıq Namiq Fərhadoğlunun atası Şəmkir rayonunda yerləşən xəstəxanaların birində edilən əməliyyatdan sonra dünyasını dəyişdi. Sənətçinin efirdə səsləndirdiyi iddialara görə, bu, həkim səriştəsizliyinin nəticəsi olub. İfaçı bu hadisədən danışarkən atasını dəfələrlə Bakıdakı xəstəxanalarda müayinə etdirmək istədiyini, bölgədəki tibb ocaqlarına güvənmədiyini dilə gətirmişdi.

Maraqlıdır, rayonlarda işləyən həkimlərin paytaxtdakılardan fərqi nədir? Niyə əhali arasında onlara inam aşağı səviyyədədir?

Redaktor.az xəbər verir ki, həkim-terapevt Rasif Bağırov iddialara belə aydınlıq gətirib:

“Bu fikirlərdə müəyyən qədər həqiqət var. Həqiqət ondan ibarətdir ki, rayon yerində rəqabət demək olar ki, yoxdur. Kim harada təyin olunub işləyirsə, hökumətdən maaş alır və belə də yaşayır. Yəni təminatı o istiqamətdə həyata keçirir. Amma Bakıda vəziyyət başqa cürdür. Burada çox güclü rəqabət var. Özəl və dövlət klinikalarında kifayət qədər həkimlər işləyir. Bu həkimlərin içərisində kimsə kifayət qədər xəstə kontingenti toplaya bilirsə, o, ancaq öz biliyi sayəsində bunu bacarır. Doğrudur, bəzən efirlərdə reklamlar vasitəsilə də həmin prosesi həyata keçirmək mümkündür. Amma o da çox uzunömürlü olmur. Bir müddət sonra insanlar reallığı bildikdə belə yerlərdən uzaqlaşırlar”.

Həkim bildirib ki, şəhərdəki rəqabətə tab gətirən, insanları öz ətrafına toplamağı bacaran həkimlər həqiqətən də savadlı, qabiliyyətli həkimlərdir:

“Xəstələrə də həmin həkimlərin təsiri çox olur. Bölgələrdə fəaliyyət göstərən həkimlər öz üzərində çalışmır. Bilir ki, yanına gələn xəstənin imkanı zəif olduğuna görə, şəhərdəki tibb ocaqlarına üz tuta bilməyəcək və məcbur olub onların qəbuluna gedəcək. Öz üzərində çalışmayan həkimlər də xəstələrə lazımi kömək göstərə bilmirlər. O nöqteyi-nəzərdən bugün rayondan Bakıya elə xəstəni göndərirlər ki, onu həmin bölgə xəstəxanasında da müalicə etmək olar. Biz həmin həkimlərlə fikir mübadiləsi apararkən də məlum olur ki, öz üzərilərində çalışmır və universitet vaxtında öyrəndikləri biliklərə əsasən fəaliyyətlərini davam etdirirlər” (yeni sabah). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:210
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 19 Noyabr 2024 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see383

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see255

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see249

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see246

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see245

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see245

Fermer ucuz satır, alıcı baha alır: Qiymət fərqi harada yaranır?

21 Noyabr 2026 14:38see242

Qızıl gələn il ucuzlaşacaq

21 Noyabr 2026 16:40see239

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see238

Mehriban Əliyeva və qızlarından Vyetnam mədəniyyətinə zərif ehtiram Foto

21 Noyabr 2026 15:21see238

Samvel Karapetyan: “Paşinyan müalicə olunmalıdır”

21 Noyabr 2026 17:14see230

Sumqayıtda gənc oğlan qətlə yetirilib

22 Noyabr 2026 04:55see223

SEPAH ABŞ nin hərbi bazalarını hədəf aldı

22 Noyabr 2026 00:43see220

Allah uzaq tutsun, amma müharibə bizim işimizdir Hakan Fidan

22 Noyabr 2026 02:18see220

Türkiyə Super Liqası: “Qalatasaray” evdə sevindi

22 Noyabr 2026 00:13see219

2026 cı ilin sonunda almaq üçün ən sərfəli iPhone modelləri

21 Noyabr 2026 21:07see219

İbrahim Kalın HƏMAS nümayəndə heyəti ilə Qəzzada atəşkəsi müzakirə etdi

22 Noyabr 2026 00:03see218

İran Bəhreyndə sənaye müəssisəsinə zərbə endirdi

22 Noyabr 2026 00:23see218

Ötən gün götürülən narkotik vasitələrin həcmi açıqlandı

21 Noyabr 2026 16:00see217

Milton qasırğası ABŞ də yaşayan azərbaycanlıların evlərini də vurdu

22 Noyabr 2026 07:05see213
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri