Icma.az
close
up
RU
Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb Həkimdən şok açıqlama

Rayon xəstəxanalarında ölümlər buna görə çoxalıb Həkimdən şok açıqlama

Turkstan.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bu gün rayonlardan paytaxtda yerləşən tibb ocaqlarına üz tutan sakinlərin sayı kifayət qədərdir. Buna səbəb isə bölgədəki xəstəxanalara və orada fəaliyyət göstərən həkimlərə əhalinin inamsızlığıdır.

Çoxları iddia edir ki, rayon yerində yetəri qədər biliyi olan həkim tapmaq müşkülə çevrilib. Elə məhşurlar da bu fikri təsdiqləyirlər. Bir neçə gün bundan öncə Aşıq Namiq Fərhadoğlunun atası Şəmkir rayonunda yerləşən xəstəxanaların birində edilən əməliyyatdan sonra dünyasını dəyişdi. Sənətçinin efirdə səsləndirdiyi iddialara görə, bu, həkim səriştəsizliyinin nəticəsi olub. İfaçı bu hadisədən danışarkən atasını dəfələrlə Bakıdakı xəstəxanalarda müayinə etdirmək istədiyini, bölgədəki tibb ocaqlarına güvənmədiyini dilə gətirmişdi.

Maraqlıdır, rayonlarda işləyən həkimlərin paytaxtdakılardan fərqi nədir? Niyə əhali arasında onlara inam aşağı səviyyədədir?

Həkim-terapevt Rasif Bağırov bu barədə sualları “Yeni Sabah”a cavablandırarkən iddialara belə aydınlıq gətirib:

“Bu fikirlərdə müəyyən qədər həqiqət var. Həqiqət ondan ibarətdir ki, rayon yerində rəqabət demək olar ki, yoxdur. Kim harada təyin olunub işləyirsə, hökumətdən maaş alır və belə də yaşayır. Yəni təminatı o istiqamətdə həyata keçirir. Amma Bakıda vəziyyət başqa cürdür. Burada çox güclü rəqabət var. Özəl və dövlət klinikalarında kifayət qədər həkimlər işləyir. Bu həkimlərin içərisində kimsə kifayət qədər xəstə kontingenti toplaya bilirsə, o, ancaq öz biliyi sayəsində bunu bacarır. Doğrudur, bəzən efirlərdə reklamlar vasitəsilə də həmin prosesi həyata keçirmək mümkündür. Amma o da çox uzunömürlü olmur. Bir müddət sonra insanlar reallığı bildikdə belə yerlərdən uzaqlaşırlar”.

Həkim bildirib ki, şəhərdəki rəqabətə tab gətirən, insanları öz ətrafına toplamağı bacaran həkimlər həqiqətən də savadlı, qabiliyyətli həkimlərdir:

“Xəstələrə də həmin həkimlərin təsiri çox olur. Bölgələrdə fəaliyyət göstərən həkimlər öz üzərində çalışmır. Bilir ki, yanına gələn xəstənin imkanı zəif olduğuna görə, şəhərdəki tibb ocaqlarına üz tuta bilməyəcək və məcbur olub onların qəbuluna gedəcək. Öz üzərində çalışmayan həkimlər də xəstələrə lazımi kömək göstərə bilmirlər. O nöqteyi-nəzərdən bugün rayondan Bakıya elə xəstəni göndərirlər ki, onu həmin bölgə xəstəxanasında da müalicə etmək olar. Biz həmin həkimlərlə fikir mübadiləsi apararkən də məlum olur ki, öz üzərilərində çalışmır və universitet vaxtında öyrəndikləri biliklərə əsasən fəaliyyətlərini davam etdirirlər”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:148
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 19 Noyabr 2024 15:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri