Icma.az
close
up
RU
Rayonlarda ötən ay başladı, Bakıda indi... Əhalini maraqlandıran sualın cavabı

Rayonlarda ötən ay başladı, Bakıda indi... Əhalini maraqlandıran sualın cavabı

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeni tədris ilinin başlamasına artıq sayılı günlər qalıb. Bir çox ailələrdə məktəb alış-verişlərinə start verilib. Bakıdan fərqli olaraq bölgələrdə bu prosesə, əsasən avqust ayından etibarən başlanır. Paytaxtda isə adətən sentyabrın əvvəllərində canlanma yaşanır. Bildirilir ki, bu il məktəbli ləvazimatlarında qiymət artımları müşahidə olunur.

Bir məktəbli üçün yeni tədris ilində alış-veriş neçəyə başa gəlir? Məktəbli çantası, geyim, dərs ləvazimatları minimum əməkhaqqı ilə keçinən ailə üçün nə dərəcədə uyğundur?

Globalinfo.az-a danışan iqtisadçı Xalid Kərimli deyib ki, hazırda inflyasiya mövcuddur və qiymətlər ötən illə müqayisədə daha yüksəkdir:

Xalid Kərimli

“Gözləntilərə görə, bu proses yaxın zamanda daha da sürətlənə bilər. Bazardakı məhsulların qiymətləri müxtəlifdir: 10 manata da çanta var, 1000 manata da. Eyni vəziyyət geyim və digər məktəb ləvazimatlarına da aiddir. Ailələr alış-veriş edərkən büdcələrinə uyğun seçim etməlidirlər. Azərbaycanda tez-tez minimum əmək haqqı orta aylıq əmək haqqı ilə müqayisə olunur. Son bir ildə orta aylıq əmək haqqı təxminən 10 faiz artıb. Lakin minimum gəlirli ailələr qiymət artımlarından daha çox zərər görür və bu prosesdən daha çox əziyyət çəkirlər”.

Təhsil eksperti Elşən Qafarov bildirib ki, hər il bu dövrdə məktəb ləvazimatlarında qiymət artımı müşahidə olunur:

Elşən Qafarov

“Alış-veriş üçün ən münasib vaxt adətən avqustun sonudur, çünki tədrisə bir neçə gün qalmış həm mağazalarda sıxlıq yaranır, həm də qiymətlər artır. Bir şagirdin məktəbli forması istisna olmaqla tədris ilinə hazırlığı orta hesabla 200 manata başa gəlir. Forma ilə birlikdə bu rəqəm 450-500 manata çatır. Ailədə bir neçə məktəbli olduqda bu, ciddi maliyyə yükü yaradır. Üç və daha çox övladı olan ailələr üçün dövlət sosial paket hazırlamalıdır. Həmin ailələrə məktəbli formalarının güzəştli qiymətlərlə təqdim olunması məqsədəuyğun olar. Hazırda bir çox valideyn bütün ləvazimatları birdəfəyə almır, övladını yalnız ən zəruri olanlarla təmin edir və sonradan alış-verişi davam etdirir”.

Qeyd edək ki, son statistikaya əsasən, yəni 2024-2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrində 1 619 335 nəfər şagird təhsil alıb.

Ləman İmran
Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:210
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Sentyabr 2025 09:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri