Icma.az
close
up
RU
Rayonlardan Bakıya gələn bu şəxslər çarəsiz duruma düşdü

Rayonlardan Bakıya gələn bu şəxslər çarəsiz duruma düşdü

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Yeni tədris ilinin başlamasına sayılı günlər qaldıqca, tələbələrin üzləşdiyi problemlər də aktuallaşır. Bu məsələlərdən biri onların kirayə ev tapmaqda yaşadıqları çətinliklərdir. Bildirilir ki, bu vəziyyətdən yararlanan “virtual oğrular” elan saytlarında saxta məlumatlar yerləşdirir, “beh” adı ilə ödəniş alaraq daha sonra yoxa çıxırlar. Nəticədə tələbələr həm maddi ziyana düşür, həm də yaşamaq üçün gəldikləri şəhərdə çarəsiz vəziyyətdə qalırlar. Bu problem hər il təkrarlanır və yüzlərlə ailəni narahat edir.

Bəs tələbələr belə hallardan necə qorunmalıdır? Elanlar vasitəsilə ev tapmaq və beh göndərmək hansı riskləri yaradır?

Globalinfo.az-a danışan Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı bildirib ki, bu problem artıq illərdir təkrarlanır və hələ də tam şəkildə qarşısı alınmayıb:

“Təəssüf ki, hər il eyni məsələyə toxunuruq və eyni çağırışları təkrar edirik. Biz bu istiqamətdə maarifləndirici məlumatlar təqdim edirik, buna baxmayaraq problem davam edir. Hesab edirəm ki, bu məsələnin qarşısının alınması yalnız yeni profilaktik tədbirlərlə mümkün deyil. Maarifləndirmə işləri gücləndirilməli, vətəndaşlar bu prosesə daha fəal şəkildə qoşulmalıdır”.

Ekspertin fikrincə, problemin əsas hədəfi regionlardan gələn və bu sahədə təcrübəsi olmayan tələbə və ailələrdir:

“Bakıda yaşayan vətəndaşlar bu hallarla bağlı daha məlumatlıdır. Amma regionlardan paytaxta gələnlər, xüsusilə yeni qəbul olunan tələbələr bu məsələlər barədə kifayət qədər bilgi sahibi olmurlar. Bu da onları dələduzların asan hədəfinə çevirir. Aldadılma halları məhz bu zümrənin arasında daha çox yayılıb”.

Ramil Osmanlı xüsusilə xəbərdarlıq edir ki, heç kim görmədiyi, yoxlamadığı bir mənzil üçün onlayn şəkildə ödəniş etməməlidir:

“Heç bir valideyn və ya vətəndaş fiziki olaraq görmədiyi mənzil üçün naməlum şəxslərə bank vasitəsilə ödəniş göndərməsin. Əgər belə bir vəziyyət yaranarsa, dərhal polisə müraciət edilməlidir. Təəssüf ki, başqa çıxış yolu görmürəm”.

Zaira Akifqızı
Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 Sentyabr 2025 20:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see254

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see201

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see167

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see164

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see145

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see143

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri