Icma.az
close
up
RU
“Real” azlıqda da güclüdü

“Real” azlıqda da güclüdü

Icma.az, Footbal-plus portalına istinadən məlumat yayır.

“Real”, nəhayət, Xabi Alonsonun rəhbərliyi altında ilk qələbəsini qazandı. Amma komanda yenə xeyli güc sərf etməli oldu. Raul Asensio sanki bu turnirə “Real”a qənim kəsilməyə gəlib.

"Football-plus.az" xəbər verir ki, ilk turda penaltiyə səbəbkar olan gənc müdafiəçi bu dəfə artıq 7-ci dəqiqədə “son ümid folu”na görə meydandan qovuldu! Yəni “kral klubu”, demək olar, bütün oyunu azlıqda keçirmək məcburiyyətində qaldı. Ancaq bunun “Paçuka”ya bir faydası dəymədi.
Səviyyəcə rəqibdən üstün olan Madrid nəhəngi hələ fasiləyə qədər 2 topluq üstünlük yaxaladı. Əvvəlcə Bellingem işlək olmayan sol, çox keçmədən Arda Gülər işlək olmayan sağ ayağı ilə fərqləndi. Meksika təmsilçisi bu nəticə ilə razılaşmaq istəmirdi.
“Paçuka”nın qapıya 25 zərbə endirməsi də bunu göstərir. 2014-cü ildən bəri əlavə vaxta gedən oyunları saymasaq, heç bir klub “Real”la görüşdə qapıya bu qədər zərbə endirməmişdi. Amma bu zərbələrdən yalnız biri qolla nəticələndi. Bu qola qədər isə intriqa artıq ölmüşdü. Çünki ilk turda penaltini boşa verən Valverde bu dəfə 2-ci hissədə fərqi darmadağın həddinə çatdırdı.
Qrupun digər oyununda “Əl-Hilal” favorit statusunu doğrulda bilmədi və “Zaltsburq”la qolsuz bərabərliyə razı oldu. Halbuki Səudiyyə Ərəbistanı nəhəngi ilk turda “Real” ilə qarşılaşmada çox yaxşı təsir bağışladığı üçün bu dəfə komandadan çox şey gözləmək olardı. Beləliklə, bu qrupda son turda əsas mübarizə üç komanda arasında gedəcək.
“Paçuka” artıq pley-off şansını itirib. “Real”la “Zaltsburq”un duelində qalib gələn tərəf qrupu lider kimi tamamlayacaq. Maraqlıdı ki, burda da E qrupundakı kimi vəziyyət yaranıb. “Real” ilə “Zaltsburq” arasında 0:0 və 1:1-dən başqa qeydə alınacaq istənilən hesablı bərabərlik nəticəsində “Əl-Hilal”ın “kitabı bağlanacaq”.
H qrupu, 2-ci tur
Real – Paçuka 3:1 (2:0)

Real (Madrid, İspaniya): Kurtua, Aleksander-Arnold (Rüdiger, 78), Asensio Höysen, F.Qarsiya, Çuameni, Arda Gülər (Modriç, 60), Cud Bellingem (Sebalyos, 60), Valverde, Vinisius (Munyos, 87), Q.Qarsiya (Dias, 46).
Paçuka (Meksika): Moreno, L.Rodriges (Lopes, 60), Bauermann, Pereyra, Qonsales, E.Montyel, Palavesino (Viktor Alfonso Qusman, 72), Dominges (Kabral, 46), Bautista (Kennedi, 46), Kenedi (Sançes, 60), Rondon.
Qollar: C.Bellingem, 35 (1:0). A.Gülər, 43 (2:0). Valverde, 70 (3:0). E.Montyel, 80 (3:1).
Vərəqələe: Palavesino, 18 – sarı. Asensio, 7 – qırmızı.
Hakim: Ramon Abatti (Braziliya).
22 iyun. Şarlott. 70248 tamaşaçı.
Zaltsburq – Əl-Hilal 0:0
Zaltsburq (Avstriya): Zavişitski, Layner, Qadu, Rasmussen, Kratsiq, Bidstrup, Diabate (Mellberq, 46), Dorgeles (Kyarqor, 77), Qlux (Kitano, 65), Baydu (Vertessen, 77), Onisivo (Dagim, 65).
Əl-Hilal (Ər-Riyad, Səudiyyə Ərəbistanı): Bunu, Kanselo (Əl-Yami, 80), Kulibali, Əl-Tombakti (Layami, 88), Lodi (Əl-Harbi, 89), Neveş, N.Əl-Davsari (Əl-Cuvayr, 86), Malkom (Kanno, 68), Milinkoviç-Saviç, S.Əl-Davsari, Leonardo.
Vərəqələr: Diabate, 36. Kitano, 85 – sarı.
Hakim: Vilton Sampayo (Braziliya).
22 iyun. Vaşinqton. 16167 tamaşaçı.
1. Real 2 1 1 0 4-2 4
2. Zaltsburq 2 1 1 0 2-1 4
3. Əl-Hilal 2 0 2 0 1-1 2
4. Paçuka 2 0 0 2 2-5 0
Bombardirlər: Di Mariya (Benfika), K.Yıldız (Yuventus), Musiala, Olise (hər ikisi “Bavariya”) – 3.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:188
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 26 İyun 2025 23:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see280

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see272

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see266

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see255

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see253

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see244

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see230

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see229

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see220

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see216

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see216

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see210

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see205

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see201

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see201

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see199

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see186

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see186

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see184

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri