“Real Madrid” Kurtuanın əvəzləyicisini müəyyənləşdirib
Idman.biz portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Madrid klubu “Brayton”un niderlandlı qapıçısı Bart Verbrüqgenlə maraqlanır, onun transfer qiyməti 40 milyon avro göstərilir
“Real Madrid” “Brayton”un qapıçısı Bart Verbrüqgeni transfer etmək imkanını nəzərdən keçirir.
İdman.Biz xəbər verir ki, bu barədə jurnalist Ben Fernandes Santos məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, Madrid təmsilçisi 24 yaşlı niderlandlı qapıçını Tibo Kurtuanın gələcək əvəzləyicisi kimi nəzərdən keçirir. Bununla belə, transferin yaxın zamanda reallaşacağı gözlənilmir. Belə ki, “Real Madrid” hələ “Brayton”la danışıqlara başlamayıb.
Bundan əlavə, İspaniya nəhəngi 34 yaşlı Kurtuanın müqaviləsini 2028-ci ilədək uzatmağı planlaşdırır.
Məlumata görə, “Brayton” Verbrüqgenin transfer qiymətini təxminən 40 milyon avro müəyyənləşdirib.
Qeyd edək ki, niderlandlı qapıçı cari mövsümdə bütün turnirlərdə 13 oyuna çıxıb. O, bu qarşılaşmalarda 7 qol buraxıb, 10 matçda isə qapısını toxunulmaz saxlayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:48
Bu xəbər 02 Noyabr 2026 14:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















