Real Madrid Mourinyodan narazıdır
Icma.az, Modern.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Madridin “Real” klubunun futbolçuları baş məşqçi Joze Mourinyonun iş metodlarından narazıdırlar.
Modern.az xarici mediaya istinadla bildirir ki, oyunçular portuqaliyalı mütəxəssisin oyunlara taktiki hazırlıq zamanı sistemli oyun modelindən daha çox futbolçuların fərdi ustalığına güvənməsini bəyənmirlər. Nəticədə “Real”ın paltardəyişmə otağında bir neçə qrup yaranıb və bu qruplar Mourinyonun fəaliyyətini fərqli qiymətləndirirlər.
Joze Mourinyo “Real”ın baş məşqçisi vəzifəsində Xabi Alonsonu əvəz edib. Alonso 2026-cı ilin yanvarında klubdan ayrıldıqdan sonra komandaya Alvaro Arbeloa rəhbərlik edib. Arbeloanın rəhbərliyi altında komanda 28 oyun keçirib, 18 qələbə qazanıb və 2025/26 mövsümünü heç bir titul əldə etmədən başa vurub. “Real” İspaniya çempionluğunu “Barselona”ya uduzub.
Mourinyo bundan əvvəl 2010–2013-cü illərdə də “Real”da çalışıb. Həmin dövrdə o, komandaya İspaniya çempionatında, ölkə kubokunda və İspaniya Superkubokunda qələbə qazandırıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:141
Bu xəbər 11 Oktyabr 2026 14:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















