“Real Madrid” və “Liverpul”un futbolçuları Azərbaycan millisi ilə oyunu buraxa bilərlər
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 8 oktyabr, AZƏRTAC
Fransa millisinin iki aparıcı futbolçusu Kilian Mbappe ("Real Madrid") və İbrahima Konate ("Liverpul") DÇ-2026-nın seçmə mərhələsində Azərbaycan yığması ilə oyunu buraxa bilər.
AZƏRTAC Fransa mətbuatına istinadən xəbər verir ki, zədədən əziyyət çəkən hər iki oyunçu milli komandanın son iki məşqində iştirak etməyib. Bu səbəbdən onların meydana çıxması sual altındadır.
Daha əvvəl Bredli Barkolyanın eyni səbəbdən Azərbaycan və İslandiya ilə matçlarda oynamayacağı dəqiqləşib. Onun əvəzinə komandaya "Lans"ın hücumçusu Floryan Toven dəvət edilib.
Seçmə mərhələdə oktyabrın 10-da Azərbaycan millisini qəbul edəcək Fransa yığması həmin oyundan 3 gün sonra səfərdə İslandiyanın qonağı olacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:59
Bu xəbər 08 Oktyabr 2025 11:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















