Real Madrid Vinisiusun Səudiyyə Ərəbistanına mümkün satışı ilə bağlı mövqeyini açıqlayıb
Report.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İspaniyanın "Real Madrid" futbol klubunun rəhbərliyi 24 yaşlı braziliyalı hücumçu Vinisius Juniorun Səudiyyə Ərəbistanına mümkün transferi ilə bağlı yayılan məlumatları şərh edib.
"Report" xəbər verir ki, bu barədə İspaniyanın "Relevo" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, klub mediada yaranan xəbərlərdən narahatdır, lakin sakitliyini qoruyur. Belə ki, Vinisiusun "Real Madrid"lə müqaviləsi 2027-ci ilə qədərdir.
Daha əvvəl Vinisius Juniorun "Real Madrid" ilə müqaviləsini uzatmaqdan imtina etməsi və Səudiyyə Ərəbistanı klublarının oyunçuya konkret transfer marağı ilə bağlı məlumatlar yayılıb.
Onun Madrid klubu ilə hazırkı müqaviləsi 2027-ci ilin yayında başa çatacaq. “Real” onunla müqaviləni uzatmaq istəyir, ancaq hələlik yeni anlaşma ilə bağlı razılığa gələ bilməyib.
24 yaşlı forvard İspaniya çempionatının cari mövsümündə 17 oyun keçirib, 8 qol vurub və 5 məhsuldar ötürmə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 14 Fevral 2025 06:25 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















