Real Madridin baş məşqçisi Mbappedən DANIŞDI: Liverpula qarşı çox yaxşı oynamadı
Icma.az, Redaktor.az portalına istinadən məlumatı açıqlayır.
"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti komandanın fransalı hücumçusu Killian Mbappenin İngiltərə "Liverpul"a qarşı Çempionlar Liqası matçında yaxşı oynamadığını bildirib.
Redaktor.az xəbər verir ki, bu barədə "Marca" məlumat yayıb.
“Başqaları kimi Mbappe də mübarizə apardı. Ancaq çox yaxşı oynamadı və penaltini qola çevirə bilmədi. Çətin anlar olacaq, amma hamımız onu dəstəkləyirik", - Ançelotti deyib.
Qarşılaşma "Liverpul"un 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, beş matçdan sonra "Liverpul" 15 xalla birinci, "Real Madrid" isə 6 xalla 24-cü yerdədir. Çempionlar Liqasının növbəti oyununda “Liverpul” səfərdə İspaniya “Jirona”sı ilə, “Real” isə İtaliya “Atalanta”sı ilə qarşılaşacaq.
Sevinc İBRAHİMZADƏ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 28 Noyabr 2024 10:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















