“Real”ın məğlubiyyəti klubun rəsmi kanalının da səbir kasasını daşırdı
Idman.biz saytına istinadən Icma.az xəbər verir.
Madrid “Real”ı İspaniya Kubokunun 1/8 final mərhələsində “Albasete”yə 2:3 hesabı ilə sensasiyalı şəkildə məğlub olaraq turnirlə vidalaşıb.
İdman.Biz xəbər verir ki, bu məğlubiyyətə klubun öz kanalı da tənqidi yanaşıb.
“Bu, “Real” üçün çox pis imicdir. Bu oyunda özümüzü heç cür göstərə bilmədik. Yeni baş məşqçi günahkar deyil. Komanda üç gün ərzində iki titulu itirdi. Hər şey dəyişməlidir. Oyunumuzu mümkün qədər tez yaxşılaşdırmalıyıq”, – klub televiziyasında yayımlanan süjetdə qeyd edilib.
Qeyd edək ki, baş tutan qarşılaşma Alvaro Arbeloa üçün “Kral klubu”nun sükanı arxasında ilk oyun olub. Bir neçə gün əvvəl isə Xabi Alonso komandanı tərk edib.
Bu mövzuda digər xəbərlər:“Real”ın mövsümdəki ilk məğlubiyyəti
05 Sentyabr 2026 02:01
“Real”ın kanalının yeni aparıcısı FOTOları ilə GÜNDƏMDƏ
08 Mart 2025 03:03
Real ın yetirməsi Araz Naxçıvan da RƏSMİ
23 İyun 2026 13:52
Real ın baş məşqçisi: Məğlubiyyəti izah etməyin mənası yoxdur
06 Mart 2026 11:37
Real ın istədiyi müdafiəçi Bavariya da qaldı RƏSMİ
05 Fevral 2025 15:31
Baxış sayı:115
Bu xəbər 15 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















