Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

14 milyon tona yaxın yük daşınıb

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

“Real”ın yeni transferi kimdi?

“Real”ın yeni transferi kimdi?

Icma.az, Footbal-plus portalına istinadən məlumatı açıqlayır.

Kilian Mbappenin “torba-torba” qollarına baxmayaraq, mövsümü titulsuz başa vuran “Real” indidən gələn mövsüm üçün “qollarını çırmalayıb”.

Xabi Alonsonun baş məşqçi postuna gəlişi hələ rəsmən gerçəkləşməsə də, onun istəyi ilə artıq yeni transferlər həyata keçirilir. Sağ müdafiəçi Trent Aleksander-Arnoldun ardından Madrid nəhəngi indi də “Bornmut”un və İspaniya yığmasının mərkəz müdafiəçisi Din Höyseni heyətinə qatıb. 20 yaşlı futbolçu “kral klubu”na 58 milyon avroya başa gələcək! Bu məbləğ ingilislərə 3 hissəyə bölünərək 2027-ci ilin sonuna qədər ödəniləcək. Höyseni yetişdirən klublardan “Yuventus” 10 faiz, “Malaqa” 5 faiz pay alacaq.
195 sm boya malik Höysen 2005-ci ildə Amsterdamda doğulub. Atası Donni vaxtilə “Ayaks”, “Alkmaar” kimi klublarda top qovub və hazırda oğlunun meneceridi. Höysenin ailəsi 2010-cu ildə İspaniyanın Marbelya şəhərinə köçdüyündən o, İspaniyada böyüyüb. 6 il “Malaqa”nın akademiyasında futbolun sirlərini öyrəndikdən sonra 2021-də, yəni 16 yaşında “Yuventus”un akademiyasına yollanıb. Amma “Yuve”nin əsas komandasında ona yer tapılmayıb. 2023/24-ün ikinci dövrəsini icarə əsasında “Roma”da keçirəndən sonra həmin yay 15,2 milyon avroya “Bornmut”a transfer olunub. Məhz İngiltərənin ortabab klubuna yollanmaqla bu futbolçunun karyerasında yeni dönəm başladı. İngilislərin uzaqgörənliyi də diqqəti çəkir. “Bornmut” cəmi bir ildən sonra bu futbolçunu az qala dördqat baha qiymətə satdı!
Höysen ilk aylarda əsas heyətə düşməkdə çətinlik çəkirdi. Amma dekabrdan etibarən şans qazanmağa və etimadı doğrultmağa başladı. Artıq 2-ci dövrənin gedişində ona “Çelsi”, “Liverpul”, “Arsenal”, “Bavariya” kimi nəhənglər maraq göstərirdi. Yəni istedadlı futbolçunun yayda klubunu dəyişəcəyi bəlli idi. Martda o, yığma səviyyəsində də debüt etdi. Niderlandda doğulmasına və aşağı yaş qruplarında məhz bu ölkənin şərəfini qorumasına baxmayaraq, Höysen İspaniya yığmasında oynamağa üstünlük verdi.
Maraqlıdı ki, onun “buğalar”ın heyətində debütü Millətlər Liqasının 1/4 finalında məhz elə Niderlanda qarşı oyuna təsadüf etdi. “Real” bu futbolçu uğrunda mübarizəyə qoşulandan sonra digər klublar geri çəkilməli oldular. Bir sıra məqamlar üst-üstə düşdü. Din həm ÇL-də, həm də klublararsı dünya çempionatında iştirak etmək istəyirdi. Xabi Alonso da şəxsən rəhbərlikdən həmyerlisinin transferini tələb etdi. Höysenin uşaqlıqdan “Real” azarkeşi olması və ailəsinin İspaniyada yaşaması da sözünü dedi. O, ispan və niderland dillərindən başqa ingilis və italyan dillərində də danışa bilir.
Höysen geridən hücumu başlamaq baxımından artıq indidən top-səviyyədədi. O, hətta təzyiq altında olanda belə topu irəli vurmaq əvəzinə yaxındakı komanda yoldaşına ötürməyə üstünlük verir. Yəni pressinqdən həm ötürmə, həm də topla irəliləmək sayəsində çıxa bilir. Boş zona yaxalayan kimi topla ən azı 40-50 metr irəliləməyi xoşlayır. Çünki topla çox yaxşı rəftar edir. İndidən onu “Real”da hücuma qoşulmağı xoşlayan mərkəz müdafiəçisi kimi görəcəyimiz dəqiqdi. Amma topsuz oyunda bəzi axsayan cəhətləri üzə çıxır. Oyunu alınmadıqda ikili mübarizələrdə tez-tez uduzur. Bəzən aqressiv müdafiə olunmağa və özünü topun qarşısına atmağa üstünlük verir. Ona görə də onu aldadıcı hərəkətlə keçmək asanlaşır. Amma təbii ki, cəmi 20 yaşı olan bu futbolçunun “Real” kimi klubda inkişaf edəcəyi, yeni səviyyəyə yüksələcəyi gözlənilir.
Oynadıqca özünəinamı da, təcrübəsi də artacaq. İlk vaxtlarda onun hər hərəkəti mikroskop altında izlənilən əsas futbolçulardan olmayacağı dəqiqdi. Ancaq bir neçə mövsüm ərzində Höysenin “Real”ın əsas müdafiəçisinə və top-səviyyəli futbolçuya çevrilməsi ehtimalı yüksəkdi. Xabi Alonso belə “brilyantı” parlatmaq” baxımından ən ideal mütəxəssisə bənzəyir. Çünki onun “Bayer-04”ündə, demək olar, bütün mərkəz müdafiəçiləri – Tapsoba, Ta, Kossunu yeni səviyyəyə yüksəldi. Alonso həqiqətən də bu mövqenin oyunçularını inkişaf etdirməyi bacarır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:103
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 23 May 2025 15:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see771

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see736

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see731

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see527

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see526

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see495

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see428

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see386

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see379

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see367

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see360

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see354

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see342

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see341

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see337

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see327

İnnovasiya xəritəsində yüksələn Azərbaycan

07 Oktyabr 2026 17:54see286

Azercell “Gamesummit” və “Omni AI Summit”in eksklüziv tərəfdaşıdır

07 Oktyabr 2026 17:46see277

14 milyon tona yaxın yük daşınıb

07 Oktyabr 2026 16:38see261

Putin Azərbaycandan keçəcək “Şimal Cənub” dəhlizi boyu hansı torpaqların pulla alınmasından danışdı?.. ARAŞDIRMA

07 Oktyabr 2026 17:20see254
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri