Icma.az
close
up
RU
Rədd edilmə qorxusu: Oğlanlar yox cavabını qəbul edə bilmirlər

Rədd edilmə qorxusu: Oğlanlar yox cavabını qəbul edə bilmirlər

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Goranboy rayonunda elçilik mərasimi zamanı tərəflər arasında münaqişə baş verib.

"Qafqazinfo" xəbər verir ki, hadisə rayonun kəndlərindən birində qeydə alınıb.

Belə ki, rayon sakini 2004-cü il təvəllüdlü M.Həsənli (şərti) yaxınlarını elçilik məqsədilə həmin kənddə yaşayan Gəncə Dövlət Universitetinin tələbəsi N.Nemətovanın yaşadığı evə aparıb. Lakin mərasim zamanı oğlanın atası ilə qızın atası arasında münaqişə baş verib. Belə ki, qızın atasının qarşı tərəfə rədd cavabı verməsindən sonra narazılıq yaranıb. Dava-dalaş zamanı yaranan səs-küyə qonşular gələrək tərəfləri ayırıblar.

Hadisədən sonra qız tərəfi M.Həsənli barəsində polisə şikayət edib. Onlar dava-dalaş zamanı elçiliyə gəlmiş oğlanın söyüş söyərək ailəni təhqir etdiyini bildiriblər. Həmçinin qızın atası M.Həsənlinin son bir il müddətində övladını narahat etdiyini, dərsə gedib-gələrkən qarşısını kəsərək evlilik təklif etdiyini deyib.

Barəsində inzibati xətaya dair (xırda xuliqanlıq) protokol tərtib edilən 21 yaşlı oğlan məhkəməyə göndərilib. Lakin Goranboy Rayon Məhkəməsi onun əməlində hər hansı xəta olmaması qərarına gələrək protokolla bağlı icraata xitam verib.


Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, rədd  edilmə qorxusu, sosial fobiyalardan biri kimi tanınır: 


“Bu qorxuya sahib olan insanlar, etdikləri və ya dedikləri bir şeyə görə rədd ediləcəkləri düşüncəsinə qapıla bilərlər. Şəxs, özünü olduğu mühitdə pis vəziyyətə salınacağını və ya başqaları tərəfindən qəbul edilməyəcəyini düşünə bilər. Bu cür qorxu, insanın özünə inamını azaldır və onu daha içə qapanıq bir hala gətirir.Cəmiyyətdə kişilərin qadınlara qarşı zorakılıq hərəkətlərinin artmasına səbəb  oğlan uşaqlarının sərbəst, qız uşaqlarının isə daha məhdud şəraitdə, çərçivə daxilində böyüdülməsidir. Oğlanlar "yox" cavabını qəbul edə bilmirlər. Rədd edilmə, əslində, həyatın təbii bir hissəsidir. Lakin, bu vəziyyət davamlı və uzun müddət təkrarlansa, insanda rədd edilməyə qarşı həddindən artıq həssaslıq yarana və bu da mental sağlamlığa mənfi təsir göstərə bilər. Get-gedə nəsillər cırlaşır, niyə? Çünki uşaqları cəmiyyət içərisində bir-birindən üstün olduqlarını demək, əsaslı-əsassız tərifləmək onların gələcəkdə xaraktersizləşməsinə gətirib çıxarır. Ailələr övladlarına "yox" deməyi və bunun mahiyyətini izah etməyi bilmirlər əsasəndı oğlan uşaqlarına. Bu da bizim ailə modelimizin korlanmasına gətirilib çıxarılır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://sherg.az
archiveBu xəbər 18 Fevral 2025 16:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see479

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see368

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see316

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see304

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see267

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see263

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see258

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see258

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see248

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see238

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see233

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see229

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see225

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see220

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see213

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see211

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see202

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see201

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see198

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri