Icma.az
close
up
RU
Yeni trend: “Spagetti oğlanlar”

Yeni trend: “Spagetti oğlanlar”

Icma.az, Olay.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Yeni trend: “Spagetti oğlanlar”

Uzun illərdir ekranlarda baş roldəki kişi aktyorlar o qədər əzələli idi ki, sanki ekrandan çıxacaqmış kimi görünürdülər. Hollivud prodüserləri “Əzələsi olmayan rola da girə bilməz” deyirmiş kimi idi. Məsələn “Road House“ filmindəki Ceyk Cillenhalll və ya Marvel-in “Qalaktikanın Mühafizəçiləri“ seriyasından Kris Prett nümunələri.  

OLAY yazır ki, artıq Hollivudda işlər dəyişib. Film sənayesinin güclü, əzələli kişilərinin yerini “spagetti oğlanlar” tutub...

Timoti Şalame

Getdikcə böyüyən bədənləri ilə güc nümayişi edən Kris Evans, Hyu Cekman kimi adlardan sonra son dövrün ən populyar aktyoru, arıq bədənli Timoti Şalame və onun kimi olanlar diqqət mərkəzindədir.  

28 yaşlı yarıamerikalı, yarıfransız aktyor buruq saçları, kəskin çənə xətləri və uzun-arıq bədəni ilə, 2017-ci ildə çəkilmiş  “Call Me by Your Name “ filmində özünəməxsus cazibəsi ilə fərqli bir kişi idealını təqdim etdi. Daha sonra “Dune” seriyası ilə şöhrətini artıraraq dünya səviyyəsində kassalarda uğur qazandı və kinonun “arıq oğlanı” kimi tanındı.

Dominik Sessa  

İlk kino təcrübəsini ötən il Aleksandr Peynin gənclik filmi  “The Holdovers”da problemli gənc Anqus Tolli obrazını canlandıraraq qazanan amerikalı aktyor Dominik Sessa da “spagetti oğlan” olaraq seçilir.

Finn Volfhard və Mark Eydelşteyn

“Stranger Things”dən tanınan və indi yenidən çəkilən “Ghostbusters” filmində rol alan, dərin baxışlı Finn Volfhard, eləcə də  “Anora”da spagetti qolları hər yana hərəkət edən arıq rus aktyor Mark Eydelşteyn də yeni dövrün yaraşıqlı kişiləri kimi diqqət çəkir.

Arıq kişi ulduzlarının yüksəlişi, şişirilmiş kimi görünən xarakterlərdən çox fərqli bir kişi idealını təmsil edir. Güclü, aqressiv və döyüşkən kişi anlayışının başqa bir şeyə çevrilmək istəyində olduğu görünür.

Eşton Sanders

Hollivud kinolarında bu əzələli kişi dövründən arıq bədənlərə keçidi əsasən ağdərili aktyorlar təmsil etsə də,  “Moonlight” filmi ilə tanınmış 29 yaşlı Afroamerikalı aktyor Eşton Sanders kimi birini nəzərdən qaçırmaq olmaz.

Tarixi nəzərdən keçirsək, Hollivudda bədənlərin genişlənib, sonra daralması əvvəl də müşahidə edilmişdi.

Xatırlayın, Arnold Şvarzzenneger və Silvester Stallone kimi şişirdilmiş ulduzların hökmranlıq etdiyi 80-ci illərin ardından “Mənim gözəl İdahom” filmində Kianu Rivz və River Feniks “Jilbertin xəyalları” filmində Conni Depp və Leonardo DiKaprio kimi 90-cı illərin “bir dəri, bir sümük” yaraşıqlıları meydana çıxdı.

Deməli, bir avtomobili əl gücü ilə qaldıra bilməyəcək kimi görünən kişi ulduzlarına hər zaman maraq olub. Çökük sinələri və spagetti qolları ilə bu kişilər hər şeydən öncə müdafiəsiz görünürlər. Daha az özünü göstərən, iddiasız, amma bir o qədər də duyğusal və düşüncəli kişilərdir.  

Yeni kişi anlayışı  “Spagetti oğlanlar”ın yenidən yüksəlişi bizə gücün yalnız bədəndən ibarət olmadığını və fərqli bir kişi anlayışı təqdim edir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:211
embedMənbə:https://olay.az
archiveBu xəbər 24 Dekabr 2024 14:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see354

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see286

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see273

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see272

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see270

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see261

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see259

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see258

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see256

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see252

Tramp arvadına xəyanət edən biznesmenə dəstək oldu

09 Noyabr 2026 13:28see238

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see236

Muxtar Babayev Xəzər dənizinin suyunun duzsuzlaşdırılması layihəsinin əhəmiyyətindən danışdı

09 Noyabr 2026 17:45see231

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see228

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see227

Röya Ayxanın adından bilet tələsi: Amsterdamda saxta konsert qalmaqalı

09 Noyabr 2026 21:55see225

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see206

Tanınmış aktyor 10 il 6 ay həbs cəzasına məhkum edildi

10 Noyabr 2026 02:53see202

Səhər yeməyində bu qidanı yeyin Səbəb

10 Noyabr 2026 02:07see202

Bitcoin in SON qiyməti

09 Noyabr 2026 12:45see202
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri