Icma.az
close
up
RU
Redustio ad Absurdum və Arz ı Mövud

Redustio ad Absurdum və Arz ı Mövud

Icma.az, Modern.az saytına istinadən bildirir.

Bir xəritəyə baxırdım.
Sərhədlər qələmlə çəkilmiş xətlər kimi görünürdü, sanki onları silmək də, yenidən çəkmək də çox asandır. Amma bilirdim ki, bu xətlərin arxasında minilliklər, müharibələr, yaddaşlar, məzarlar, dillər və səssiz qalan milyonlarla həyat dayanır. Xəritə sadədir. Tarix isə heç vaxt sadə olmur.

Elə bu ziddiyyət məni bir məntiq üsuluna – “Reductio ad absurdum”a qaytardı.

Bəzən bir fikri təkzib etməyin ən təsirli yolu ona qarşı çıxmaq deyil, onu öz məntiqinin son həddinə qədər aparmaqdır. Elə bir həddə qədər ki, sonda həmin fikir özü özünü dağıtsın. Fəlsəfədə buna “Reductio ad absurdum” deyirlər. Yəni bir iddianı müvəqqəti qəbul edirsən, sonra onun nəticələrini ardıcıl şəkildə açırsan və görürsən ki, nəticə həqiqətə yox, absurda çıxır.

Bu üsulun gücünü ilk dəfə anlayanda məni ən çox heyrətləndirən şey onun sadəliyi idi. Heç nəyi zorla dağıtmır. Sadəcə, fikrə öz sonuna qədər getmək imkanı verir.

Arz-ı Mövud – “Vəd edilmiş torpaqlar” məsələsinə də məhz bu baxışla yanaşmaq mümkündür.

Yəhudi dini ənənəsində Arz-ı Mövud Tanrının Hz. İbrahimə və onun soyuna vəd etdiyi torpaq anlayışıdır. Bu, dini yaddaşda əhdin, qayıdışın, hafizənin və mənəvi bağlılığın rəmzidir. Bu qatın mövcudluğunu inkar etmək nə elmi, nə də intellektual baxımdan doğru olmaz.

Amma problem burada başlamır.
Problem o zaman başlayır ki, dini yaddaşa aid olan bir anlayış müasir siyasi hakimiyyətin dəyişməz və mübahisəsiz hüquqi əsası kimi təqdim edilir.

İndi əsas iddianı quraq.

Tutaq ki, qədim dini mətnlərdə bir xalqa vəd edilmiş torpaq varsa, deməli, həmin xalqın bu gün həmin torpaq üzərində siyasi hakimiyyət iddiası da avtomatik haqlıdır.

İlk baxışda bu fikir bəzilərinə təbii, hətta müqəddəs görünə bilər. Mən də bir anlıq bu fikri qəbul edib onun arxasınca getməyə çalışdım. Və məhz orada – onun içində çatlaq görünməyə başladı.
Əgər qədim dini mətn müasir ərazi hüququnun əsası ola bilərsə, onda bu prinsip yalnız bir xalq üçün yox, hamı üçün keçərli olmalıdır.

Bu halda Roma öz köhnə sərhədlərini geri istəyə bilər. Bizans xəritələri yenidən siyasi sənədə çevrilə bilər. Monqol yürüşlərinin çatdığı torpaqlar “tarixi haqq” kimi təqdim oluna bilər. 
Osmanlıdan, Sasanilərdən, ərəb xilafətindən miras qalan hər xatirə müasir dövlətlərin iddiasına çevrilə bilər.

Bu, artıq nəzəri ehtimal deyil. Tarix bunu görüb.
Balkanlarda XX əsrin sonlarında baş verən müharibələr məhz “tarixi torpaq” anlayışının müasir siyasətə çevrilməsinin nəticəsi idi. Orada da xəritələr yaddaşdan çəkilirdi — hüquqdan yox. Nəticə isə qan oldu, köç oldu, parçalanma oldu.

Belə məntiqin sonu yoxdur. Çünki tarixin demək olar hər qarışı üst-üstə düşən yaddaşların, keçmiş hakimiyyətlərin və bir-biri ilə toqquşan iddiaların qatıdır. Hər torpaq parçası hansısa kollektiv yaddaşda “bir vaxtlar bizim idi” kimi yaşayır.

Mənə ən qorxulu görünən məqam da məhz budur.

Əgər bu prinsip müasir hüququn əsasına çevriləcəksə, onda heç bir sərhəd sabit qala bilməz. Heç bir dövlət tam legitim sayıla bilməz. Heç bir xalq öz gələcəyinə əmin ola bilməz.

Belə çıxır ki, beynəlxalq hüququ bağlayıb yerinə arxeologiyanı, mifologiyanı və tarixi nostaljini qoymalıyıq.

Bu isə hüquq deyil. Bu, daimi revanş müharibəsidir.

Müqəddəs mətn sərhəd cızmağa başlayanda, ədalət susmağa məcbur qalır.

Bu məntiqi indiki geosiyasi gərginliklər müstəvisinə gətirəndə isə məsələ artıq abstrakt olmur. Arz-ı Mövud xəritəsinin Türkiyənin cənub-şərqinə və İranın bəzi bölgələrinə qədər genişləndirilməsi ideyası artıq yalnız teoloji müzakirə deyil, siyasi layihə kimi oxunur.

Burada məsələ təkcə bir iddia deyil.
Bu, iddianın silahlanmış formasıdır.

Əgər dini vəd siyasi legitimliyin mənbəyinə çevrilirsə, onda həmin torpaqda yaşayan başqa xalqların hüququ nə olacaq?

Onların əsrlərlə yaşadığı coğrafiya hansı statusu daşıyacaq?
Onların qəbirləri, dilləri, yaddaşları hansı hüquqi çərçivəyə sığacaq?
Bu sualların cavabı yoxdur. Və məhz cavabsızlıq bu məntiqin zəif yeridir.

Əgər bu yanaşma qəbul edilərsə, onda müasir insan hüquqları anlayışı da, vətəndaşlıq prinsipi də, kollektiv bərabərlik ideyası da mənasını itirir.

Bu, ədalət deyil.
Bu, ölülərin yaşayanlar üzərində hökmranlığıdır.

Keçmişin vədi bugünün zülmünə çevrilirsə, orada iman yox, istismar var.

Bu nöqtədən sonra məsələ daha təhlükəli bir istiqamət alır.
Siyasi hakimiyyət dini vədə söykəndikdə, onun legitimliyi artıq hüquqdan yox, təfsirdən asılı olur. Belə olan halda hər tənqid “müqəddəsə hücum” kimi damğalana bilər. Siyasət toxunulmazlaşır.

Toxunulmaz siyasət isə gec-tez avtoritarizm doğurur.
Bu mənzərə tarixdə dəfələrlə təkrarlanıb.

Müqəddəsliklə qorunan hakimiyyət ən təhlükəli hakimiyyətdir. Çünki o, yalnız gücə yox, ilahi haqqa söykəndiyini iddia edir.
İslamın ədalət fəlsəfəsi isə burada başqa bir ölçü təklif edir. Quranda heç bir qövmə verilmiş nemət qeyd-şərtsiz və əbədi üstünlük sənədi kimi təqdim olunmur. Nemət məsuliyyətlə gəlir. Vəd imtahanla gəlir. Torpaq ədalətdən ayrı düşünülmür.

Bu baxımdan, ilahi vədi ədalətsizliyin əsasına çevirmək, əslində onun ruhunu pozmaqdır.

Arz-ı Mövud məsələsində ən təhlükəli yanılsama müqəddəs anlayışla siyasi proqram arasındakı məsafənin silinməsidir. Bu məsafə yox olanda din zədələnir, siyasət isə ilahiləşir.

İlahi rəngə boyanmış siyasət isə səhv edə biləcəyini qəbul etmir.
Və bu, hər zaman təhlükəlidir.

Reductio ad absurdum burada çox sadə, amma amansız bir nəticə göstərir:

Əgər qədim vədləri müasir ərazi hüququnun əsası kimi qəbul etsək, onda bütün dünya bitməz tarixi iddialar müharibəsinə çevrilər.

Hər xalq öz keçmişindən seçdiyi bir parçanı bu günə hökm kimi gətirər.

Hər imperiya öz küllərindən “haqq” tələb edər.
Hər mətn xəritəyə çevrilər.
Bu isə sadəcə yanlış nəticə deyil.
Bu, sivilizasiyanın səssiz dağılmasıdır.

Mən bu nöqtədə yenidən xəritəyə qayıdıram.
Oradakı xətlər artıq mənə sadə görünmür. Onların arxasında yalnız tarix yox, həm də bir razılaşma — yazılmamış, amma həyati bir razılaşma var: keçmişi tanıyaraq, amma onun əsiri olmadan yaşamaq.

Dini yaddaşı tanımaq olar.
Tarixi travmanı anlamaq olar.
Müqəddəs mətnə hörmət etmək olar.
Amma bunların heç biri zorakılığın və hüquqsuzluğun bəhanəsinə çevrilə bilməz.

Torpaq əfsanə ilə deyil, ədalətlə müqəddəsləşir.
Və bəlkə də ən sadə, amma ən çətin həqiqət budur:

Bir fikir nə qədər müqəddəs səslənsə də, əgər onun universal tətbiqi ədalət yox, xaos yaradırsa, deməli, o fikir siyasi prinsip ola bilməz.

11-29 mart 2026

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://modern.az
archiveBu xəbər 30 Mart 2026 12:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Corcina Rodriges ona “kök” deyənlərə cavab olaraq bədənini nümayiş etdirib FOTO

05 Avqust 2026 04:19see390

Bir ailə eyni anda 200 “Ginnes” rekorduna imza atdı

05 Avqust 2026 06:22see380

İtaliya miqrantların yerləşdirilməsi üçün Ermənistanı nəzərdən keçirir KİV

04 Avqust 2026 18:03see300

Deko Xulian Alvares üçün Madridə gəlib

05 Avqust 2026 02:08see294

Təyyarəyə simsiz qulaqlıqla minmək qadağası gəlir səbəb

05 Avqust 2026 02:03see263

Çempionlar Liqası: Sabah Orhus a qarşı Oyun başladı CANLI YAYIM

05 Avqust 2026 21:19see249

19FortyFive: Moskvaya uçan dronlar...

05 Avqust 2026 18:49see242

Qvardiolanın gözü MLS in gənc ulduzundadır

04 Avqust 2026 19:33see240

Hindistan Rusiyanın bu təyyarələrini almaqdan imtina etdi

05 Avqust 2026 01:22see232

Bakteriyanın ən sürətlə çoxaldığı yemək bəlli oldu: Nə toyuq, nə də yumurta

06 Avqust 2026 04:04see213

Bakı metrosunda avqustun 15 dən yeni mərhələ BAŞLAYIR

05 Avqust 2026 19:27see204

Dua edən it, kəkilli buzov, uçan at... Fotolar

05 Avqust 2026 03:47see204

Azərbaycanın yaşıl gələcəyinin qlobal önəmi

05 Avqust 2026 12:12see195

Qarabağda qeydə alınan nadir heyvanlar SİYAHI

05 Avqust 2026 07:01see187

Ağdam Sənaye Parkına 177 milyon manatdan çox yatırım qoyulub

06 Avqust 2026 00:07see186

Özgür Özəl həbs olunacaq

05 Avqust 2026 00:43see171

Fransada sosial gərginlik aviaşirkət işçiləri tətilə başlayır

05 Avqust 2026 02:23see165

Çempionlar Liqası: “Orhus“ “Sabah“ matçı başladı YENİLƏNİR

05 Avqust 2026 21:12see158

ABŞ Braziliya səfirinin vizasını ləğv etdi

05 Avqust 2026 06:40see157

Ceki Çanla görüşmək üçün özlərini maşının önünə atdılar Video

05 Avqust 2026 21:14see157
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri