Icma.az
close
up
RU
Qəribə ad ı olan kənd İmran Verdiyev yazır

Qəribə ad ı olan kənd İmran Verdiyev yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

İmran VERDİYEV
Əməkdar müəllim 

Haqqında söhbət açmaq istədiyimiz kənd Oğuz rayon mərkəzindən 50 km şimal-şərqdə, qədim Xaçmaz kəndinin 10 km. şimalında, Baş Qafqaz silsiləsinin cənub ətəyində, məşhur Fıy keçidinin qarşısındadır. Rayonun dəniz səviyyəsindən ən yüksək (1160 metr) və ən ucqar kəndidir. Öz gözəlliyi ilə fərqlənir, ekoturizm üçün çox əlverişlidir. Kəndin adı Filfillidir. Akademik A.Qurbanov bu adı "qəribə ad" adlandırırdı.

Mənbələrdə bu ərazidə məskunlaşanların əksəriyyətinin çox qədimdən Fıy aşırımı ilə Dağıstanın Doqquzpara mahalının kəndlərindən gəldikləri və ya köçürüldükləri qeyd edilir. Kəndin əhalisi əsasən ləzgilərdən ibarətdir.

Filfilli oykoniminin adının semantikası barədə maraqlı fikir və mülahizələr söylənilir. Onu da deyək ki, bu məsələ çox vaxt mübahisəli olub.   

Bir mülahizəyə görə, buranın əhalisinin xasiyyəti tünd olduğu üçün kəndin adı "bilbilli" ("acı bibər") olub. Sonradan bu ad dəyişərək "Filfilli" formasına düşüb. 

Başqa bir mülahizəyə görə, Filfil etnos, tayfa adıdır, Filfil tayfasından olan adamların yaşadığı yer, məkan, kənd kimi şərh edilir. Bu zaman rus şərqşünası (Qafqazşünas) V.F.Minorskinin tədqiqatlarında adları keçən Fil, Filfilli, Fili-Dzax adlarına istinad olunur və onların etnik əlamət olduğu iddia edilir. Bəziləri isə Filfilli sözündə "f" səsinin işıq bolluğunu, "il" hissəciyinin isə Günəşin əksetdiricisi olduğunu, sözün günəş görünüşlü, günəş əzəmətli, işıqlı, Tanrı qüdrətli el, oba, yer, yurd mənaları daşıdığını bildirirlər. 

Bir xalq əfsanəsinə görə isə kəndin adı onu əhatə edən və yatmış filə bənzəyən dağların relyefindən yaranmışdır. 

Filfilli oykoniminin adını Dağıstanın Doqquzpara mahalındakı Fıy və Filya, yaxud Filə (?) kəndlərinin adı ilə də əlaqələndirirlər. 

Hətta fıyfıy (vıyıltı) sözündən yarandığını da bildirirlər. Söylədiklərinə görə, kəndin adı güclü külək zamanı yaxınlıqdakı dağ və dərələrdən gələn (eşidilən) həmin təqlidi səsdən alınmış, sonralar bu söz "Filfilli"yə çevrilmişdir.

Mülahizələrdə "Filfilli" adının ərəbcə (bəzi mənbələrdə udi dilində) yabanı bibər (istiot) mənasını verən filfil sözündən yarandığı fikri üstünlük təşkil edir. Düzdür, bitki adlarından formalaşan oykonimlər çoxdur. Azərbaycan toponimikasında yer, o cümlədən kənd adlarının faydalı bitki adları ilə adlandırılması halları da kifayət qədərdir. 

Lakin yeni tədqiqatların nəticələrinə görə, Filfilli fitooykonim deyil. Tamamilə fərqli leksik mənada olan başqa bir sözün təhrifi nəticəsində yaranmışdır. Həmin sözün təhrif olunmuş formasını oxşarlığına görə ərəb sözü olan "filfil"ə (acı və yabanı bibərə) bənzətmək və semantik mənasını elə də şərh etmək doğru deyil.

Son araşdırmalardan belə məlum olur ki, bu kəndin adı Dağıstanın Axtı rayonundakı qədim, lakin indi mövcud olmayan tarixi Fili(far) kəndinin adı ilə analogiya təşkil edir. Faktlar göstərir ki, haqqında danışdığımız Filfilli kəndi də əvvəllər Filifar adlanmışdır. Yazılı mənbələrdə Filfillinin adının Filifar kimi qeyd olunması da fikrimizi doğruldur. Coğrafiyaçı professor E.Nuriyev də  "Şəki-Zaqatala zonasının toponomiyası" əsərində belə ehtimal edir. Görünür, ləzgi xalqının yaşlı və orta yaşlı nümayəndələrinin bu gün də Filfilli kəndini bəzən Filifar adlandırmaları təsadüfi deyil.

Bəs Filifar sözünün leksik mənası nədir? Hesab edirik ki, bu söz "fili" və "far" olmaqla iki hissədən ibarətdir. "Fili" (əslində "fil") oykonimin ilk komponenti hesab olunur, ləzgi dilində fonetik genişlənmə ilə "fili" formasını alıb. Belə dəyişmə Qafqaz dillərində normal hal sayılır.

"Fil(i)"nin bir şəxsin, nəslin, sülalənin, tayfanın ləqəbi olduğu ehtimal edilir. Akademik A.Qurbanovun da qeyd etdiyi kimi, müxtəlif dövrlədə coğrafi obyektlərin adlandırılmasında müəyyən meyillər olmuşdur. Belə ki, yaşayış məskənlərinin adları müəyyən dövrdə ancaq hər hansı bir şəxsin adını, soyadını, hətta ləqəbini daşımışdır. Qusarın Yasab kəndində Fili(far) ("Filifı")  adında sülalənin varlığı da bunu sübut edir. 

"Fili" sözünün kökü "fil" sözündən alınmışdır. Fars sözü olan "fil" kəlməsi ləzgi dilində də eyni şəkildə və eyni mənada işlənir. Bu baxımdan X əsr ərəb tarixçisi H.İsfahaninin keçmiş Filifar kəndinin daxil olduğu Axtı rayonunun ərazilərini (qədim Sərir vilayətini) idarə edən Filanşah ləqəbli bir sərkərdənin ləqəbinin mənasını "fillər şahı" kimi qeyd etməsi də diqqət çəkicidir. 

Ən son ehtimallara görə, Filifar kəndinin adı ilə "Fillər şahı" ləqəbi arasında etimoloji əlaqə vardır. Filifar, hətta həmin rayondakı Filidzax kəndinin adlarının da burdan alındığı ehtimal olunur. Rusiya Elmlər Akademiyası Dağıstan Federal Tədqiqat Mərkəzinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutunun əməkdaşı L.D.Ramazanov da özünün "Modern Humanities success / uspexi qumanitarnıx nauk" (2021, №3) jurnalında rusca dərc olunmuş "Dağıstan Respublikasının Axtı rayonunun antropotoponimik vahidlərinin tədqiqinə dair" məqaləsində Filifar və Filidzax oykonimlərinin köklərinin "fil" ləqəbindən ("Filifar ot prozviha Fil", "Filidzax nazv. sela svəzano s prozvihem Fil") alındığını göstərir.  

Yəqin ki, bu ləqəb sizə qəribə gələcək. Düzdür, cəmiyyətdə belə hallar müxtəlif mübahisələrin yaranmasına səbəb olur. Amma unutmayaq ki, bir sıra ləqəblər (məcazi olmaqla) sözə verilən subyektiv mənadan başqa bir şey deyildir.

Antroponimin bir növü olan ləqəb hər hansı bir şəxsə onu tanıyanlar tərəfindən müəyyən əlamət, xasiyyət və hərəkətinə görə verilir. Ləqəblərə daha çox dialekt və şivə leksikasında lokal olaraq rast gəlirik.

Fil komponenti ilə bağlı oykonimlər birbaşa heyvan adı ilə bağlı olmayıb, müsbət motivli ləqəbdir. Görünür, bu ləqəbi daşıyan fil əzəmətli, fil güclü, fil kimi həssas, nüfuzlu və mərd şəxs, soy və sülalə ya həmin kəndin binasını qoyanlar olub. Ya da "fil kimi insanlar" ifadəsi lokal olaraq bütün  kənd sakinlərinə aid edilib. Belə ifadə isə adətən ucaboylu, nəhəng gücə sahib, təbiətcə sakit və mülayim, mərd və qorxmaz, keçmiş hadisələri, başqalarının onlara etdiyi yaxşılığı və pisliyi unutmayan, ailəyə, elə-obaya sadıq, dostluqda möhkəm, empatiya qabiliyyətləri yüksək olan, təhlükə anında güclü reaksiya verən insanlara aid edilir. Xüsusi olaraq qeyd edək ki, mədəniyyət və incəsənətdə də fillər müsbət xarakter daşıyır, müdriklik və bəzən ölümsüzlük - uzunömürlülük simvolu hesab olunurlar.

Filifar sözünün sonundakı  "far" isə ləzgi toponomiyasında Azərbaycan dilindəki "abad" topoformantına yaxın söz olub, lokal variantda "yer", "kənd", "yurd", "məskən" mənalarını bildirir. Beləliklə, Filifar fil ləqəbli (fil kimi güclü, elə-obaya sadıq, sakit təbiətli, lakin təhlükə anında qarşısıalınmaz gücə çevrilib, reaksiya verən, mərd və qoçaq) insanların toplusu, onların yaşadıqları kəndin adı kimi anlaşılır ("Şirvan" toponimi kimi).

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarixçi-yazar, əslən Filfilli kəndindən olan Dilbər Rəhmanın (Ağayevanın) da dediyi kimi, sonralar Oğuz ərazisində Filifar sözü deformasiyaya uğrayaraq (çox güman Azərbaycan dilinin təsiri ilə) dialektal variant kimi "Filfilli" şəklinə düşmüş, belə də rəsmiləşmişdir. Burada türkmənşəli "-li" şəkilçisinin əsas vəzifəsi sözün apelyativliyini aktivləşdirməkdən ibarət olub, əsas komponentin müstəqil şəkildə oykonim kimi işlənməsini təmin etməkdir.

"Filifar" sözünün təhrifi nəticəsində yarandığına görə Filfilli adı da eyni mənanı daşıyır. Bu baxımdan "Filfilli"nin "fil" sözünün reduplikasiyası ilə yaranması barədə söylənilənlər də həqiqətə uyğun gəlir. 

Mənbələrdə Filfilli adına bəzən "Filfili" kimi də təsadüf olunur. Paralel adlarla (Filifar, Filfilli, Filfili) adlandırıldığına görə bu oykonimi allonim də hesab etmək mümkündür.   

Vaxtı ilə kəndin yaxınlığında Aşağı Filfilli adlı başqa bir kənd də olub, yaxınlıqdan Filfilli adlı çay da (bu çay Qalaçay, Ağçay, Xaçmaz çay da adlanır) keçir. Sel təhlükəsinə görə sonralar (XX əsrin 70-ci illərində) Aşağı Filfilli kəndinin sakinləri Oğuzun Bayan kəndinə köçmüşlər.

Yaxın ərazilərdəki Fil, Filfili, Fili-Dzax (Fil qalası (qayası, dərəsi) kimi çay və yer adlarının da  Filifar (Filfilli) adından törədiyini düşünürük.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://525.az
archiveBu xəbər 19 İyun 2026 20:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Unudulmaz media xadimi

25 Avqust 2026 11:50see383

Sabah , yoxsa Hapoel ?

25 Avqust 2026 12:14see326

Yuxuda danışdığımız sözləri niyə xatırlamırıq?

25 Avqust 2026 03:03see260

Məşhur idmançı 4 ay ərzində 33 dəfə cərimələndi

25 Avqust 2026 01:20see233

London derbisində beş qol: Çelsi Fulhem ə qalib gəlib VİDEO

25 Avqust 2026 01:19see224

“Zirə”də yamaykalı vinger

25 Avqust 2026 07:57see223

Məsud Pezeşkian Asim Munirlə görüşdü

25 Avqust 2026 00:45see211

Bakı “Fly to Baku. Art Weekend. Sense the Future NOW” festivalına ev sahibliyi edəcək

25 Avqust 2026 12:32see203

“TikTok”da Azərbaycanı təhqir etdi: “Köləmiz olacaqsız”

25 Avqust 2026 09:09see196

“Zirə”dən güclü olduğumuzu göstərmək istəyirik”

26 Avqust 2026 01:47see195

İt burnunu dişlədi, müalicə olunmasa çürüyəcək VİDEO

25 Avqust 2026 00:52see190

Qol vurdu, “ən yaxşı” oldu

25 Avqust 2026 22:16see186

Nəsli kəsilməkdə olan növlərin qorunmasını ləğv etdi

26 Avqust 2026 01:38see185

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2026 cı ilin sentyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

25 Avqust 2026 18:07see182

Fransa Ukraynaya qoşun göndərir

25 Avqust 2026 13:51see180

DSMF 7 ayda 267 mindən çox vətəndaş müraciətini cavablandırıb

25 Avqust 2026 10:35see168

Hər uşağa 70 min dollar yardım veriləcək Sinqapurda

25 Avqust 2026 04:59see166

“Qayıtmaq yalnız evə dönmək deyil: Qarabağda yenidən qurulan həyat“

25 Avqust 2026 22:22see146

Mehriban Əliyeva Bakıda incəsənət məktəbinin AÇILIŞINDA

26 Avqust 2026 16:25see146

Yaponiyada ayı xarici turistə hücum ETDİ

25 Avqust 2026 19:53see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri