Icma.az
close
up
RU
Rəfail Becanov: “Azərbaycan klassik modellərdən kənarda da uğurlu siyasət aparır”

Rəfail Becanov: “Azərbaycan klassik modellərdən kənarda da uğurlu siyasət aparır”

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

“ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə yaradılmış “Sülh Şurası”nın təsisçi üzvlüyü Azərbaycanın qlobal siyasi arenada əhəmiyyətli rol oynayan dövlətlərdən biri kimi qəbul olunmasının əsas göstəricilərindəndir”. 

Bunu "Cümhuriyət” qəzeti və “Cebhe.info” Xəbər Portalının baş redaktoru Rəfail Becanov deyib.

O bildirib ki, Prezident İlham Əliyev tərəfindən Davosda “Sülh Şurası”nın Nizamnaməsinin imzalanması ilə Azərbaycan sülh quruculuğu sahəsində əsas aktorlardan birinə çevrildi:

“Azərbaycan postmünaqişə ölkəsi statusundan çıxaraq, öz sülh təcrübəsini dünya ilə bölüşən, sülh ixrac edən ölkə statusu qazandı. Bu, ölkəmizin xarici siyasət və regional geosiyasətdə öz sözünü demiş ölkələrdən biri olduğunu göstərir.  

Bu tərəfdaşlıq Azərbaycan-ABŞ münasibətlərində də mühüm əhəmiyyət kəsb edir. Rəsmi Bakı və Vaşinqton arasında institusional əlaqələrin daha da dərinləşməsində böyük rol oynayacaq. Sülh təcrübəsi olan ölkə kimi ABŞ daxilində Azərbaycana diplomatik etimadın daha da güclənməsinə xidmət edəcək. Regionda sülh prosesinə təsir imkanlarını artıracaq. 

Eyni zamanda, mövcud beynəlxalq təşkilatlardan kənar bir modeldə təmsil olunmaq tərəfdaşlarımızın çoxalması imkanı yaradacaq. Artıq ölkəmizin bu təcrübəsi var”.

Rəfail Becanov qeyd edib ki, Qoşulmama Hərəkatında aktiv rol, sədrlik bir daha göstərdi ki, Azərbaycan klassik modellərdən kənarda da uğurlu siyasət aparır:

“Bu isə həm siyasi əlaqələrimizin güclənməsi, həm də illərlə dünyada formalaşmış anti-Azərbaycan lobbiçiliyinin qarşısında əlavə güc qazanmaq üçün əsas amillərdən biri olub. 

“Sülh Şurası”nda təmsilçilik də növbəti uğurlu addımlardan biridir. Bu, Azərbaycanın beynəlxalq nüfuzuna, onun qlobal dünyada və yeni nizamda öz yerini möhkəmlətməsində əsas faktorlardan biri olacaq”.

"Cebheinfo.az"

Açar sözlər: Azərbaycan ABŞ Rəfail Becanov

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:216
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 23 Yanvar 2026 16:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see334

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see312

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see276

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see269

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see267

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see259

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see251

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see249

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see239

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see228

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see227

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see226

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see217

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see213

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see213

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see206

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see201

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see197

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see197

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri