Icma.az
close
up
RU
Rəfail Becanov : “Gürcüstanı da eyni qatara mindirmək istəyirlər”

Rəfail Becanov : “Gürcüstanı da eyni qatara mindirmək istəyirlər”

Cebheinfo portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Gürcüstanda baş verənlər xalq etirazından çox nəzarət uğrunda mübarizədir. Kimsə bunu gənclərin etirazı da adlandıra bilər. Onu da birmənalı olaraq kənara qoymaq olmaz. Amma proses bütünlükdə Cənubi Qafqaz uğrunda başlayan və artıq bir neçə ildir davam edən mübarizənin tərkib hissəsidir. Gürcüstan vətəndaşlarının böyük hissəsi seçimini edərək, öz arzularını yerinə yetirdilər”. 

Bunu “Cebheinfo.az” və “Cümhuriyət” qəzetinin rəhbəri, siyasi şərhçi Rəfail Becanov  deyib.


O, seçimin niyə belə olmasının səbəbini də açıqlayıb: 

“Bütün xalqlar kimi Gürcüstan xalqı da sabitlik və firavanlıq axtarışındadır. O sabitliyi kimin və necə edəcəyi, hər hansı inteqrasiyanın dominantlığı fonunda deyil, öz seçimi əsasında istəyir. Hazırda Qərbi rahatsız edən əsas faktor böyük çoxluğun mövcud hakimiyyətə səs verməsidir. Verilən bəyanatlardan, açıqlamalardan çıxan nəticə budur ki, qalib gələn hakimiyyətin xətti avrointeqrasiyadan imtina etmədən müstəqil siyasi kursa üstünlük verir.

Qərbin bəzi dairələri isə bunu qəbul etmir. Çünki indiki halda avrointeqrasiyaya təzyiq elementi kimi baxılır. Gürcüstanda müxalifətin seçkinin nəticəsindən narazı qalması isə onların siyasi prosesləri qarşıdurma səviyyəsinə çatdırmasına şəriat yaradıb. Cənubi Qafqazın digər bir ölkəsi Ermənistan artıq Fransanın vassal dövlətinə çevrilib. Gürcüstanı da eyni qatara mindirmək istəyirlər. Gürcüstan isə buna etiraz edir”. 

O qeyd edib ki, Azərbaycana da eyni yöndən yanaşırlar: 

“Bu gün Qərb ölkələrindən, onların bir sıra siyasi mərkəzlərindən Azərbaycana edilən təzyiqlərin altyapısında bu məqsəd dayanır. 

Azərbaycanın müstəqil siyasi kurs aparması, ərazi bütövlüyünü öz gücünə və sülh yolunun keçərli olmaması səbəbindən hərbi yolla bərpa etməsini qəbul edə bilmirlər. Torpaqlarımız işğal altında olanda bizi şantaj etmək üçün əllərində rıçaq vardı. İndi isə o rıçaq əllərindən çıxıb.

Azərbaycanda daxilində eyni ssenarini tətikləmək və Qərbin əlindəki “tüfəng”in tətiyi olmaq istəyənlər üçünsə meydan yoxdur. Çünki Azərbaycan xalqı 30 illik işğal dövründə yaşadıqlarını yaşadı, artıq həqiqətləri bilir və dərk edir. Fransanın, ABŞ-nin timsalında Qərbin erməni cinayətkarlara olan dəstəyi informasiyanın indiki yayım sürətində cəmiyyətə çox tez çatır”.

“Cebheinfo.az”
 

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 11 Dekabr 2024 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Məktəblərdə geyimlə bağlı qərar buna görə verilib deputat açıqladı

10 Oktyabr 2026 21:01see968

Təhsil mühitində vahid qaydalar: “Hər kəs geyim normalarına əməl etməlidir”

10 Oktyabr 2026 13:23see434

Yuxuya getməyi asanlaşdıran 7 qida

10 Oktyabr 2026 16:04see336

Səhiyyə Nazirliyinin rəsmisi: Qlobal olaraq orta ömür dünyada 73 ili, Azərbaycanda 77 ili ötüb

10 Oktyabr 2026 09:46see255

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see242

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see240

Rusiyadan miqrantları üzən QƏRAR

10 Oktyabr 2026 05:05see232

Azərbaycanlıların orta ömür uzunluğu 77 il olub Səhiyyə Nazirliyi

10 Oktyabr 2026 09:47see222

Azərbaycanın aparıcı pambıq və iplik istehsalçısı yeni şirkət yaradıb

10 Oktyabr 2026 12:58see211

Qəhvəyi mərmər bağacığının Quba Xaçmaz bölgəsində artımının səbəbləri açıqlanıb

10 Oktyabr 2026 20:16see207

Avrasiyanın yeni iqtisadi güc mərkəzi fəaliyyətini genişləndirir

10 Oktyabr 2026 11:33see203

Səhiyyə Nazirliyi: Azərbaycanda qeyri infeksion xəstəliklərin göstəricisi və ümumi xəstəlik yükü artmaqdadır

10 Oktyabr 2026 10:34see196

AIIB ölkəmizdə “yaşıl” enerji layihələrinə qrant ayıracaq

10 Oktyabr 2026 11:37see194

Xalq artistindən qızı ilə İspaniyada CANLI İFA

10 Oktyabr 2026 18:50see191

Kamil Şahverdiyev: Rəşid Behbudovun müəllif hüquqları Azərbaycana məxsus deyil

10 Oktyabr 2026 17:25see189

Əməkdar artist oğlu ilə rəqs etdiyi görüntüləri paylaşdı

10 Oktyabr 2026 14:45see188

Özəl Məhkəmə Ekspertlərinin Palatası yaradılacaq Tarix AÇIQLANDI

10 Oktyabr 2026 20:01see184

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see182

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see179

Məşhur müğənni Ledi Qaqa makiyajsız görünüşü ilə izləyicilərini təəccübləndirdi Video

10 Oktyabr 2026 18:02see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri