Icma.az
close
up
RU
Rəfail Becanov: Bayağı hazırlanan şou materiallar ailə institutuna, gənclərin həyat tərzinə mənfi təsir edir

Rəfail Becanov: Bayağı hazırlanan şou materiallar ailə institutuna, gənclərin həyat tərzinə mənfi təsir edir

Demokrat.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

"Şou tipli xəbərlər təkcə Azərbaycanın media, yaxud televiziya məkanında üstünlük təşkil etmir. Bütün dünyada həmin tip verilişlər, yazılar digər mövzularla rəqabətdə irəlidədir. Bu hal kriminal xəbərlərlə, o cümlədən idman, xüsusən futbol xəbərləri ilə də bağlıdır. Belə hallar feyk xəbərlər, dezinformasiyalarla bağlı da var. Həmin xəbərlər daha sürətlə yayılır, oxucusu, izləyicisi çox olur və və bütün cəmiyyətlərdə dominantlıq təşkil edir".
Bu sözləri Demokrat.az-a açıqlamasında "Cümhuriyyət" qəzeti və "Cebhe.info" xəbər portalının rəhbəri, siyasi şərhçi Rəfail Becanov deyib. 
O bildirib ki, hazırda bizim media məkanımızda da şou tipli xəbərlər rəqabətdə üstünlük mövqeyindədir:
"Sosializmin, sovet cəmiyyətinin indi media dediyimiz kütləvi-informasiya vasitələri təbliğat-təşviqat vasitəsi idi. Hazırda isə media kommersiyalaşıb, biznes və tələb mediası statusundadır. Oxucu, izləyici nə tələb edirsə o mövzulara daha çox üstünlük verir. Ola bilər ki, kimsə bu fikri düzgün hesab etməsin, amma reallıq budur. Oxucu, izləyici nə tələb edirsə, hansı mövzular daha çox reytinq gətirirsə, media da o istiqaməti seçir. Burada media ilə bərabər vətəndaşın da məsuliyyət payı böyükdür.Lakin düşünürəm ki, bir vətəndaşlıq mövqeyimiz də olmalıdır. Ona görə də hər iki subyektin bu məsələdə məsuliyyəti bölüşdüyü qənaətindəyəm.  Şou tipli xəbərlərin yayılması baxımından onlayn media, yaxud print mediası ilə televiziyalar arasında fərq var. Televiziyalarda bu tip xəbərlər, verilişlər daha çoxdur"
Onun sözlərinə görə, cəmiyyətdə tez-tez bu məsələ müzakirəyə çıxarılır, televiziyalar tənqid olunur:
"Təbii ki, bu tənqidlərin əsası və haqlılıq payı var. Bayağı hazırlanan şou materiallar, xəbərlər milli mentalitetimizə, ailə institutuna, gənclərin həyat tərzinə mənfi təsir edir. Bütün bunlar reallıqdır və inkar edilməsi mümkün deyil. Bunun səbələrindən biri ictimai fikri analiz etmədən reytinq göstəricilərinə əsaslanan fəaliyyətin üstünlük təşkil etməsidir. Cəmiyyətin daha çox inkişafı, maariflənməsi ilə mənfi tendensiyalardan uzaqlaşmaq olar. Bu məsələdə medianın üzərinə müəyyən bir vəzifələr düşür  və media subyektləri reytinq və tələblə yanaşı cəmiyyətin inkişafına töhfə verməklə bağlı könüllü şəkildə bir milli öhdəlik götürməlidir.  Təbii ki, onu da bilirik, hər hansı ciddi və ya maarifçilik istiqamətində hazırlanan verilişin, xəbərin bir şou xəbəri qədər oxucusu, izləyicisi olmayacaq. Amma media çalışmalıdır, sistemləşdirməlidir və izləyicinin, oxucunun tələbatına yer ayırdığı qədər də cəmiyyətin maariflənməsinə, inkişafına töhfə verəcək müxtəlif məzmunlu verilişlər, xəbərlər hazırlamalı və yaymalıdır. Eyni zamanda şou tipli verilişlərdə cəmiyyətin əxlaqına mənfi təsir edən məqamlara diqqət ayırmaq vacib məsələdir. Düşünürəm ki, media könüllü olaraq, harmoniyanı təşkil etməyi bacarmalıdır. Həm insanlara daha rahat gələn, oxunması, izlənməsi asan olan, reytinq gətirən, həm də cəmiyyəti düşşündürən, onun inkişafına təkan, istiqamət, yön verən materiallar hazırlanmalıdır. Ancaq bu halda biz ittihamlardan uzaqlaşarıq, eyni zamanda cəmiyyətin inkişafına töhfə vermiş olaraıq".
Əfsanə Kamal
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:125
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 04 Aprel 2025 17:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri