Icma.az
close
up
RU
Regional, qlobal təhlükəsizliyə təhdid və Bakının adekvat addımları Şərh

Regional, qlobal təhlükəsizliyə təhdid və Bakının adekvat addımları Şərh

Olke.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Prezident İlham Əliyev qlobal çağırışların tələblərinə uyğun olaraq çoxvektorlu diplomatiyaya üstünlük verməklə, Azərbaycanın yerləşdiyi coğrafi məkanın yaratdığı imkanları fürsətlərə çevirərək Avropa və Asiya, həmçinin bir-birinə rəqib güclər arasında uğurlu əməkdaşlıq körpüsü modelini formalaşdıra bilib. Yürüdülən siyasətin ana xəttini isə beynəlxalq və regional sülhün və təhlükəsizliyin təmin edilməsi təşkil edir. Azərbaycanın bu siyasətə sadiqliyini və bu istiqamətdəki niyyətini cənab Prezident Çində keçirilən “ŞƏT+” formatlı sammitdə çıxışı zamanı bir daha beynəlxalq aləmin diqqətinə çatdırdı. Cənab Prezident sammitdə bəyan etdi ki, Azərbaycan beynəlxalq sülhün, təhlükəsizliyin və inkişafın təşviqi məqsədilə Çin tərəfindən irəli sürülmüş Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev deyib.

Komitə sədrinin sözlərinə görə, Prezident eyni zamanda bəyan edib ki, Azərbaycan beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə vermək məqsədilə genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçirir: “Bu istiqamətdə ciddi praktiki layihələrin reallaşdırılması nəticəsində Azərbaycan böyük coğrafiyaya malik Avrasiyada Şərqlə Qərbi birləşdirən Orta Dəhliz, Şimalla Cənubu birləşdirən “Şimal-Cənub” nəqliyyat dəhlizlərini yaradıb. Bu dəhlizlər nəinki böyük Avrasiya coğrafiyasında yerləşən ölkələrlə, eyni zamanda Afrika ilə də yeni iqtisadi və nəqliyyat əlaqələrinin qurulması istiqamətində geniş perspektivlər açır. Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında reallaşacaq Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək”.

Deputat əlavə edib ki, yürüdülən siyasət nəticəsində təkcə Azərbaycan deyil, bütövlükdə Cənubi Qafqaz nəqliyyat-logistika qovşağına çevrilir: “Bu da regionun inkişafına, o cümlədən qlobal və regional sülhə və təhlükəsizliyə öz töhfəsini vermiş olur. Azərbaycan yalnız iqtisadi və bağlantı layihələri həyata keçirməklə deyil, eyni zamanda Cənubi Qafqazda sülhün memarı və təminatçısı rolunda çıxış etməklə praktik şəkildə regional və qlobal təhlükəsizliyin təmin olunmasında ciddi rol oynayır.

Azərbaycan bölgənin etibarlı təhlükəsizliyinin təmin olunması istiqamətində isə davamlı olaraq hərtərəfli siyasət yürüdür. Bununla bağlı cənab Prezident avqustun 21-də Kəlbəcərdə çıxışı zamanı bəyan edib ki, Azərbaycan bölgədə sülh müqaviləsinin müəllifi və təminatçısıdır və bu istiqamətdə də addımlar atır.

Ona görə də dövlət başçısı kəlbəcərlilərlə görüşdə “bizim gücümüz bütün dünyaya göstərdi ki, hər kəs bizimlə hesablaşmalıdır və bizimlə hesablaşmayan nəticədə peşman olur. Kiminsə xəstə ağlına Azərbaycana qarşı hər hansı bir təxribat törətmək gələrsə, yenə də peşman olacaq” ifadəsini təsadüfən işlətməyib. Prezident həmin bədniyyətli güclərə mesaj verdi ki, heç kim Azərbaycana qarşı hər hansı bəd əməllər barədə düşünməsin. Azərbaycan Ordusu dövlətimizin maraqlarının, təhlükəsizliyinin keşiyində möhkəm dayanıb. Bunun üçün də İkinci Qarabağ müharibəsindən sonra ordunun gücləndirilməsi məqsədilə ən müasir silah və texnika ilə təchiz edilib və bu proses davam edir. Bundan əlavə, xüsusi təyinatlı qüvvələrin say tərkibi artırılıb, yeni komando qüvvələri yaradılıb.

Digər tərəfdən, bu gün dünyada baş verən proseslərin inkişafını proqnozlaşdırmaq mümkün olmadığından istənilən varianta hazır olmaq vacibdir. Ona görə də Azərbaycan müəyyən etdiyi dayanıqlı sülhə nail olub, uğurlu quruculuq işlərini həyata keçirmək üçün etibarlı şəkildə təhlükəsizliyini təmin etməlidir və edir də.

Əminəm ki, yürüdülən uğurlu diplomatiya nəticəsində Azərbaycan qarşısına qoyduğu strateji hədəflərə nail olacaq, yeni uğurlara imza atacaq”, – Arzu Nağıyev vurğulayıb.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:152
embedMənbə:https://olke.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri