Icma.az
close
up
RU
Regionda alovlanan münaqişələr Azərbaycanda evlər bahalaşacaq?

Regionda alovlanan münaqişələr Azərbaycanda evlər bahalaşacaq?

Icma.az bildirir, Olke.az saytına əsaslanaraq.

Regionda baş verən hərbi-siyasi gərginliklər, xüsusilə İsrail-İran müharibəsi təkcə birbaşa iştirakçı ölkələrə deyil, eyni zamanda region ölkələrinin iqtisadiyyatına da dolayı təsir göstərə bilər. Bu kontekstdə Azərbaycanın daşınmaz əmlak bazarı da istisna təşkil etmir. Maraqlıdır, İran-İsrail qarşıdurması Azərbaycandakı əmlak bazarına təsir edə bilərmi?

Ölkə.az "Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edir:

Gərginliklər gündəmə gəlsə də...

Azərbaycan Rieltorlar Assosiasiyasının rəhbəri Elnur Azadov deyir ki, son 15 ildə oxşar gərginliklər vaxtaşırı gündəmə gəlsə də, əmlak bazarına əhəmiyyətli təsir göstərən konkret nəticələr müşahidə olunmayıb: "Bölgədə İranla İsrail arasında hərbi-siyasi gərginliyin artması region ölkələri üçün müəyyən iqtisadi risklər yarada bilər. Azərbaycan İranla birbaşa qonşu olduğu üçün bu vəziyyət xüsusilə diqqətlə izlənilir".

"Prosesin kütləvi xarakter alması real görünmür"

Əmlak eksperti bildirir ki, mövcud fonda ölkəni tərk etmək istəyən bəzi iranlıların Azərbaycana yönəlməsi ehtimalı müzakirə olunsa da, bu prosesin kütləvi xarakter alması real görünmür: "Əvvəllər də bir neçə türkdilli iranlı Azərbaycan daşınmaz əmlak bazarına sərmayə qoymuşdu, lakin bu, məhdud sayda idi və bazara ciddi təsir göstərmədi. Hazırda isə İran vətəndaşlarının ölkədən çıxışı, beynəlxalq əlaqələri və sərmayə imkanları əvvəlki kimi geniş deyil, bu da onların Azərbaycana kütləvi axınının qarşısını alan faktorlardan biridir".

"Belə nümunələr göstərir ki..."

İqtisadçı ekspert Vüqar Oruc isə deyir ki, regionda baş verən hərbi-siyasi hadisələr birbaşa həmin bölgədəki ölkələrin daşınmaz əmlak sektoruna ciddi təsir göstərir: "Təsadüfi deyil ki, Rusiya-Ukrayna müharibəsi başlayandan sonra həmin ölkələrdən Azərbaycana, xüsusilə Bakıya müvəqqəti də olsa insanların axını baş verdi. Bu isə paytaxtın daşınmaz əmlak bazarında aktivliyin artmasına, qiymətlərin yüksəlməsinə səbəb oldu. Həmin müharibə inşaat materialları bazarına da ciddi təsir göstərdi. Belə nümunələr göstərir ki, İran-İsrail gərginliyi kimi münaqişələrin də Azərbaycan əmlak bazarına təsir etməsi realdır".

İnsanlar mənzili gəlir gətirən aktiv kimi qiymətləndirirlər

İqtisadçı vurğulayır ki, əgər daşınmaz əmlakın qiymətində kəskin sıçrayış baş verirsə, bu, dərhal investorların diqqətini cəlb edir və bazarda yeni qiymət artımı dalğasına səbəb olur: "Belə vəziyyətlərdə daşınmaz əmlak bank depozitləri ilə müqayisədə daha gəlirli investisiya alətinə çevrilir. Son illərin təcrübəsi göstərir ki, illik 15-20 faizlik artım həm sahibkarları, həm də kapitalını qorumaq və artırmaq istəyən vətəndaşları bu sahəyə yönəldib. Bu proses nəticəsində daşınmaz əmlak sektoru tədricən Azərbaycanda biznes sahəsi kimi formalaşmağa başlayıb. Artıq insanlar mənzili yaşayış vasitəsi kimi deyil, gəlir gətirən aktiv kimi qiymətləndirməyə başlayıblar. Bu proses təkcə Azərbaycana xas deyil. Orta Asiya ölkələrində, Rusiyada, Türkiyədə və Avropada da müşahidə olunur".

Kirayə bazarı canlanacaq

V.Orucun sözlərinə görə, insanlar daha stabil və təhlükəsiz mühitdə yaşamaq və ya sərvətlərini qorumaq üçün Azərbaycana yönələ bilərlər: "Azərbaycanda xarici vətəndaşların mənzil alması qanuni olaraq mümkündür. Minlərlə güney azərbaycanlı artıq Bakıda və digər bölgələrdə daşınmaz əmlaka sahibdir. Bu axın ilkin mərhələdə kirayə bazarında canlanmaya səbəb ola bilər. Davamlı müraciətlər olarsa, bu, satış bazarına da təzyiq yaradacaq və nəticədə əmlak qiymətlərində yeni artım dalğası başlaya bilər".

"Bu, tikinti və mənzil bazarında əlavə təzyiq yaradacaq"

Mütəxəssis vurğulayır ki, münaqişənin bölgədə iqtisadi və sosial zəncirvari təsirləri qaçılmazdır: "Tikinti sektoru üçün idxaldan asılı materialların bahalaşması və ehtiyat çatışmazlığı daxili bazarda məhsul qıtlığına və nəticə etibarilə qiymət artımına səbəb ola bilər. Əgər İranla bağlı vəziyyət daha da kəskinləşərsə və Azərbaycan humanitar səbəblərlə qapılarını gələn qaçqın və köçkünlər üçün açarsa, bu, tikinti və mənzil bazarında əlavə təzyiq yaradacaq".

"Bazarda stabillik hökm sürür"

Hazırkı vəziyyətə gəldikdə isə, həmsöhbətimizin sözlərinə görə, bazarda stabillik hökm sürür: "Kirayə və satış bazarına olan tələbin artması əmlak qiymətlərində yeni artım dalğasına yol aça bilər. Hazırda əmlak bazarında durğunluq müşahidə olunmasa da, stabillik hökm sürür. Maraqlıdır ki, müharibə Azərbaycan sərhədlərinə yaxın olsa da, bazar iştirakçıları gələcəyə yönəlik riskləri nəzərə alaraq düşünülmüş qərarlar verməyə çalışırlar. Hazırkı mərhələdə alıcılıq qabiliyyəti yüksək olmasa da, qiymətlərin artmasında yalnız tələb və təklif deyil, həm də regional qeyri-müəyyənlik, psixoloji amillər və idxaldan asılılıq əsas rol oynayır".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 İyun 2025 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see335

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see334

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see317

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see298

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see290

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see288

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see262

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see260

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see250

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see244

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see233

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see230

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see229

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see224

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see224

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see218

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see217

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see213

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see202

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri