Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda...

Regionda güc balansı dəyişir: Moskva Zəngəzur dəhlizi uğrunda...

Sherg.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Hazırda mübarizə Rusiyanı regional kommunikasiyadan kənarda qoymaq uğrunda yox, Zəngəzur dəhlizinə nəzarət uğrunda gedir"


"Moskva əmindir ki, Rusiya və Azərbaycan tərəfdaş və müttəfiq olaraq qalmalıdır". Bunu Rusiya Prezidentinin sözçüsü Dmitri Peskov deyib. Peskov qeyd edib ki, Moskva ilə Bakı arasında yaranan problemlər konstruktiv şəkildə həll edilməlidir: “Məntiq yalnız bir şeyi deyir: Rusiya və Azərbaycan ən yaxın tərəfdaşlar, müttəfiqlər və ortaq tarix, eləcə də ümumi gələcəyin birləşdirdiyi ölkələrdir və belə də qalmalıdır”. 

Məlumat üçün bildirək ki, "Teleqram" kanalları Moskva-Bakı münasibətlərindəki gərginliyin həlli üçün Rusiya nümayəndə heyətinin Azərbaycana səfərinin gözlənildiyini bildirib. Heyətə Rusiyanın fövqəladə hallar naziri, general-polkovnik Aleksandr Kurenkovun rəhbərlik edəcəyi iddia olunur. O, rəsmi Bakıya Prezident Vladimir Putinin şəxsi mesajını çatdıra bilər. Qeyd olunur ki, Bakıya göndəriləcəyi iddia edilən nümayəndə heyətinə rəhbərliyin Kurenkovun edəcəyi təsadüfən yaranmayıb. Kurenkovu Azərbaycanla rəsmi, eyni zamanda şəxsi əlaqələr də bağlayır. O, ötən ilin yanvarında da Azərbaycana səfər etmiş və ən yüksək səviyyədə görüşlər keçirmişdi.

Rusiya Dövlət Dumasının üzvü, ermənipərəst Konstantin Zatulin deyib ki, Rusiya-Azərbaycan arasında münaqişənin gələcək inkişafının ssenariləri tərəflərin danışıq səylərindən asılı olacaq. O, həmçinin fürsətdən istifadə edərək, Azərbaycana qarşı ənənəvi təbliğatını da davam etdirib. “Bakının indi atdığı addımları nəzərə alsaq, Rusiya vətəndaşlarının bu ölkədə turizm, iş və ya hər hansı digər məqsədlərlə olması sadəcə olaraq təhlükəlidir. Azərbaycanla münaqişənin eskalasiyası və ya əksinə, dondurulması diplomatların danışıqlar səylərindən asılı olacaq. Hər halda bu hekayədən ibrət dərsi götürməliyik. Bu məqamda Bakı nə təyyarə qəzasında, nə də azərbaycanlı mafiya başçılarının həbsində əli olmayan günahsız Rusiya vətəndaşlarını ələ keçirməyi dayandırmasa, Moskvanın bu ölkəyə səfərdən çəkinməyi tövsiyə etməkdən başqa yolu qalmayacaq”. Rusiyadan başqa narahatedici siqnallar da yayılıb. Rusiya Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşlarına mesaj göndərilərək saat heyət arasında azərbaycanlıların olub-olmaması barədə hesabat vermək tələb edilib. Moskvadakı tikinti şirkətlərində Azərbaycan vətəndaşı olan işçilərin yataqxanalardan çıxarılmasına başlanılıb. Bütün bu addımlar Rusiyada azərbaycanlılara qarşı qeyri-rəsmi təzyiq kampaniyasının dayanmadığını göstərir.


Siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib ki, Bakı-Moskva xəttində Rusiyadan qaynaqlanan gərginliyin arxasında regionda güc balansının dəyişməsi uğrunda mübarizənin dayandığı getdikcə daha da aydınlaşır. Onun sözlərinə görə, regionda Azərbaycan, Türkiyə və Ermənistan üçbucağının formalaşması perspektivləri yaranıb: 

"İkinci Qarabağ müharibəsindən sonra bölgədə itirdiyi tarixi rıçaqlarını Zəngəzur dəhlizində hərbi mövcudluğa nail olmaqla saxlamağa çalışan Rusiya kənarda qalır. Bu, Rusiya üçün həlledici məqamdır. Çünki müharibədən sonra Qarabağa daxil etdiyi qoşunlarını da məhz regionu itirmək təhlükəsinə görə çıxarmışdı. Əvəzində Avrasiyanın nəqliyyat şəbəkəsində, xüsusilə Orta dəhlizdə nəzarət payına sahibi olmağı hesablayırdı. Hərçənd, Bakı-Ankara-İrəvan xəttində ehtimal olunan anlaşma regionda daşların yerini tamamilə dəyişir. Moskvanın Ukrayna müharibəsinə görə uzaqlaşdığı prosesə ABŞ ilə danışıqların başlanmasından sonra yaranan qayıtmaq imkanlarının önünü kəsir. “Karnegi” fondunun yazdıqları da bunu təsdiq edir və məlum olur ki, Azərbaycan, Türkiyə və Ermənistan anlaşmasının əsas dəstəkçisi ABŞ-dir. Yekaterinburq hücumu Rusiyanın kənarda qalacağı regional plana qarşı Moskvanın “müharibə elanı” idi və eyni təzyiq aktının hədəfində Bakı ilə yanaşı, İrəvan da var. Bu kontekstdə qarşıdurmanın tezliklə səngiməyəcəyi, regionda uzunmüddətli mübarizənin başlandığı görünür". 


Analitik hesab edir ki, ən böyük rıçaq - "Qarabağ kartı"nın artıq mövcud olmaması Rusiyanın əlini kifayət qədər zəiflədib: 

"Türkiyə qalxanı Gürcüstan və Ukrayna ssenarisinin Azərbaycana qarşı işə salınmasını da mümkünsüz edir. Bu halda Moskvanın kartlarını hazırda işə saldığı “azərbaycanlılarla hücum”la yanaşı, bir neçə istiqamətdə dəyərləndirmək olar. Bunlar informasiya təxribatı, kiberhücumların edilməsi, klassik “etnik kart”dan istifadə istisna edilməməlidir. Yaxud Rusiya aqressiyasından qaynaqlanan digər təxribatlar törədilə bilər. Lakin Moskva bunlarla ciddi nəticə əldə edə bilməyəcəyini anlayır. Onu da anlayır ki, Bakı bu prosesdə güclü halqadır və belə bir qarşıdurma onu regionda çıxılmaz vəziyyətə sala bilər. Rusiyadan “problemlərin həll yollarının tapılması” cəhdləri də göstərir ki, Azərbaycanla müzakirə kanallarını bağlamaq istəmirlər. Bu halda Rusiyanın iki mümkün variantı qalır. Birincisi, Zəngəzur dəhlizinə “sponsorluq” etmək istəyən ABŞ ilə razılaşmaqdır, lakin bu, mürəkkəb görünür. Orta dəhliz Vaşinqton üçün əsas rəqib kimi gördüyü Çinlə mübarizədə strateji coğrafiyadır. Regionda Rusiyasız tranzit xətlərinin yaradılması Moskva-Pekin ittifaqını gücləndirə bilər ki, bu, ABŞ-yə sərf etmir". 


A.Nərimanlı əlavə edib ki, tranzit xətlərinə Rusiyanın nəzarətinin tanınması isə bölgədə güc balansını rusların xeyrinə dəyişdirə, həm də Vaşinqton-Moskva danışıqlarında ikincinin əlini gücləndirə bilər: 

"Rusiyanın ABŞ ilə “anlaşma imkanları” da çox deyil, Vaşinqton Cənubi Qafqazda Moskvaya güzəştə gedərsə, Ukraynada güzəşt istəyəcək ki, Kreml bunu “qazanclı” hesab etmir. Bu baxımdan, Rusiyanın çoxkombinasiyalı olan bu variant üzərində dayanacağı ehtimalı azdır. İkinci variant daha real görünür. Bu isə Ermənistanda nəzarəti bərpa etmək və prosesə buradan müdaxilə etməkdir. Moskvanın Bakı ilə yanaşı, İrəvana hücumları da bundan qaynaqlanır. Lakin Azərbaycandan fərqli olaraq, Ermənistan zəif bənddir və Rusiya məsələni burada həll etməyə çalışacaq. Bu isə hadisələrin hakimiyyət çevrilişinə qədər inkişaf edə biləcəyini vəd edir. Baş verənləri anlamaq üçün bir məqama aydınlıq gətirmək lazımdır. Regionda kommunikasiyanın Rusiyasız açılması ən azı texniki baxımdan mümkün deyil, çünki plan çoxşaxəli tranzit xətlərinin birləşdirilməsidir və bura həm Tehran, həm Moskvanın iştirak etdiyi Şimal-Cənub nəqliyyat dəhlizi də daxildir. Mübarizə Rusiyanı regional kommunikasiyadan kənarda qoymaq uğrunda yox, Zəngəzur dəhlizinə nəzarət uğrunda gedir".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://sherg.az
archiveBu xəbər 08 İyul 2025 09:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see324

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see262

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see257

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see250

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see248

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see236

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see227

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see224

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see223

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see221

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see217

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see215

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see211

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see206

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see192

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see187

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see180

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see173

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri