Icma.az
close
up
RU
Regionda PKK layihəsinin ləğvi Suriya Bəşər Əsədin ardınca onu yola salacaq

Regionda PKK layihəsinin ləğvi Suriya Bəşər Əsədin ardınca onu yola salacaq

Icma.az, Oxu.az portalına istinadən məlumat yayır.

Suriyada Bəşər Əsəd rejiminin yıxılması ölkədə, regionda və beynəlxalq münasibətlərdə yeni şəraitin yaranmasına səbəb olub. Son 13 ildə suriyalılar kimləri yola salıblar? "Əl-Qaidə", İŞİD terror qruplaşmaları, İran İnqilabı Keşikçiləri Qvardiyasının (SEPAH) Qüds qoşunları, Tehranın yaratdığı müxtəlif proksi dəstələr, ölkə üzrə fəaliyyət göstərən Rusiya hərbçiləri, Livan "Hizbullah"ının döyüşçüləri və başqaları ölkəni tərk ediblər.

Bu il noyabrın 27-də başlayan hərəkat Suriyada fəaliyyət göstərən PKK terror qruplaşmasının qolu YPG-PYD dəstəsinə də yerini göstərir.

Məlumatlara görə, terror qruplaşması Suriyada işğal etdiyi ərazilərdən çıxarılır. Artıq Mənbic, Deyr əz-Zor (əyalət mərkəzi) PKK/YPG birləşməsindən azad edilib. İraq-Suriya sərhəd xəttində yerləşən Elbukemal və Məyadin rayonlarından da qruplaşma çıxarılıb.

Suriya Milli Ordusunun "Azadlıq şəfəqi" əməliyyatı davam edir.

PKK/YPG-PYD terror qruplaşması ölkənin ərazi bütövlüyü, təhlükəsizliyi və suverenliyinə təhdid mənbəyidir. Bu birləşmə Suriyanın ərazisinin parçalanmasına çalışır. Onun bütün səyləri də bu istiqamətdədir.

YPG-nin (Xalq özünümüdafiə dəstələri) əsası 2012-ci ilin iyulunda qoyulub. Onlar de-fakto Suriyanın şimal və şərq hissələrinə nəzarət edirlər. Terror qruplar həmin ərazilərdə silahlı dəstələr yaradıblar. Onların ABŞ və Qərb blokuna aid başqa dövlətlər tərəfindən dəstəkləndiyi də bildirilir. PKK ilə YPG arasında təşkilati, ideoloji və digər məsələlər üzrə əlaqələrin olduğu müxtəlif xüsusi xidmət orqanları, rəsmi və qeyri-rəsmi analitik mərkəzlər tərəfindən təsdiqlənib.

ABŞ, Avropa İttifaqı ölkələri, NATO, Avstraliya, Yaponiya, Kanada, Qazaxıstan, bölgədəki Türkiyə, Suriya, İraq və İran PKK-nı terror qruplaşması olaraq tanıyır. Rusiya, Çin, Hindistan, İsveçrə, Misir, İsrail, Tunis, Səudiyyə Ərəbistanı, Ukrayna, Birləşmiş Ərəb Əmirlikləri isə onu terror dəstəsi olaraq qəbul etməyənlərdən bəziləridir.

Bu kimi faktlar da YPG-nin terrorçu dəstə olaraq tanınmasına əsas verir.

Hazırda "Həyat Təhrir əş-Şam"a bağlı hərəkat Suriyanın 70 faizindən çox hissəsinə nəzarət edir. Bu isə o deməkdir ki, ölkə ərazisinin üçdəbiri başqa güclərin, o cümlədən PKK-nın nəzarəti altındadır.

Belə bir vəziyyət isə Suriyanın ərazi bütövlüyü və təhlükəsizliyi üçün başlıca təhlükə mənbəyidir. PKK istənilən zaman qarışıqlıq yarada bilər.

Bu günlərdə onların qazdığı kilometrlərlə uzunluğu olan tunellər aşkarlanıb. Nəzərə almaq lazımdır ki, Fələstinin Qəzza zolağında HƏMAS-ın qazdığı tunellər İsrail ordusu və təhlükəsizlik üçün başlıca hədələrdən idi. Ona görə də PKK-nın Suriyadakı qollarının tunellərinin də oxşar funksiya daşıdığı istisna edilmir.

Bundan başqa, bu silahlı birləşmə yeni hakimiyyətə tabe olacağını və ya silahları təhvil verəcəyini açıqlamır. Bu terror qruplaşması "Həyat Təhrir əş-Şam"ı tanıdığını və Suriyanın gələcək inkişafında onunla əməkdaşlıq edəcəyini də bildirməyib. Odur ki, PKK/YPG-PYD-nin silahları gələcəkdə Suriyanın ərazi bütövlüyü, suverenliyi və təhlükəsizliyinə tuşlana bilər.

PKK/YPG-PYD bununla BMT Təhlükəsizlik Şurasının 2254 saylı qətnaməsinin əsas maddəsini (Suriyanın ərazi bütövlüyü) pozur, yaxud onu heçə sayır. Bununla da terror qruplaşması beynəlxalq ictimaiyyətin bütöv Suriya hədəfinə qarşı çıxır.

PKK/YPG-PYD terror qruplaşması ifşa olunduqdan sonra "Suriya Demokratik Güclər" "blokunu" elan edərək, təmsilçiliyi ona verdilər. Bununla da təşkilat öz bölücü, terrorçu mahiyyətini gizlətməyə çalışdı. Bu işdə onlara İraqın şimalındakı yerli özünüidarəetmə quruluşu da yardım edib.

Yeri gəlmişkən, bu silahlı qruplaşmalar özlərini "demokratik" quruluşlu sayırlar. Bu ifadə PKK-nın PYD (Demokratik Birlik Partiyası) qolunda da var. Demokratiya sözündən istifadə etsələr də, fəaliyyət və davranışlarında buna əməl olunmur.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu qruplaşmanı ələ keçirdikləri ərazilərdə türklərə qarşı etnik təmizləmə aparmaqda ittiham edib.

Bəşər Əsədə bağlı qüvvələr kimi PKK/YPG-PYD qruplaşması da narahatlığını gizlətmir. Türkiyəyə qarşı iftira və şantaj dolu çıxışları ilə tanınan PKK/YPG-nin həmsədri Salih Müslim Suriya Milli Ordusunun irəliləməsindən təşvişə düşərək dialoq çağırışı edib: "İdeologiyalar nə olursa-olsun, onlarla birlikdə yaşamağa məcburuq. Onlar da suriyalıdırlar".

Müslim HTŞ-yə nikbin, Suriyada baş verənlərə isə ümidlə baxdıqlarını, onlara hücum etmək istəmədiklərini bildirib: "Biz Türkiyəyə təpki göstəririk, bununla belə, dialoq kanallarımız açıqdır".

Rəsmi Ankaranın isə terror qruplaşması olaraq tanıdığı PKK/YPG-PYD ilə danışıqlar aparması ehtimalı azdır. Çünki bir dövlətin terror dəstəsi ilə dialoqu məntiqsizdir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan bu günlərdə DEM Partiyanın rəhbərləri ilə görüşdə Suriyadakı bütün kürd cəmiyyətinə cavab verib. O, Türkiyənin xarici siyasətinin kürdofobiya olduğu iddiasını tamamilə rədd etdiyini bildirib. Nazir yeni ildə onlara daha rasional addım atmağı tövsiyə edib:

"Üçüncü dünya demaqogiyası ilə heç yerə getmək şansımız yoxdur. Siyasi xəttinizə daha yaxşı xidmət etmək üçün özünüzü yeniləyin".

İndi Suriyadakı bu etnik qrupun da yenilənməsi zamanıdır. Bu proses isə ilk növbədə Türkiyəyə qarşı tuşlanan silahların yığışdırılmasından, onun təhlükəsizliyi və ərazi bütövlüyünü təhdidlərə son verməkdən başlayır. Bir sözlə, bu qruplaşma və onun ətrafındakıların Türkiyə qotxusundan imtina etməsi daha məntiqli olar.

PKK terror qruplaşmasını vaxtilə keçmiş SSRİ-nin təhlükəsizlik orqanları Türkiyədə pozuculuq fəaliyyəti göstərmək üçün yaratmışdı. İndiki terminlərlə ifadə etsək, PKK sovetlərin proksi qrupu olub. İndiyədək onlar bu funksiyalarını icra edir.

İraqın şimalındakı özünüidarəetmə sistemi PKK-nı kürd etnik qrupu üçün ziyanlı sayır. Yəni ondan imtina edir. İraq hökuməti də bu qruplaşmanın adının çəkilməsini rəsmi olaraq qadağan edib.

Belə bir şəraitdə PKK/YPG-PYD hansı addımı atacaq? Adını, yoxsa proqramını dəyişəcək? Hadisələr sübut edib ki, ad dəyişmək formal, gözdən pərdə asmaq üçün atılan addımdır. Çünki PKK Suriyada adını "Suriya Demokratik Gücləri", YPG-yə, PYD-yə dəyişməklə sovetdənqalma proksi funksiyasını davam etdirir. Atalar sözüdür: "Daşın böyüyünü götürmək atmamaq əlamətidir".

Odur ki, PKK-nın iddiaları da "böyük daş"a oxşayır. İraqın şimalı da onun ideyasını yerə vurub.

Bu etnik qrupun siyasi qüvvələri Suriyadakı reallıqla barışmalı olacaq.

Hafiz Əsəd də SSRİ-nin müdafiə etdiyi dövlət başçısı, Bəəs (Ərəb Sosialist Dirçəliş Partiyası) isə Moskvanın qurduğu solyönlü siyasi təşkilat olub. Ona görə oğul Bəşər də Rusiyadan əl çəkə bilmədi. Suriyada, habelə Yaxın Şərqdə SSRİ-dən qalma bütün rejimlər, proksilər sıradan çıxır, çıxarılır. Odur ki, PKK və onun ətrafı Bəşər Əsədin ardınca yollana bilər. Bununla da İraqdakı kimi, Suriyada da PKK layihəsinin ləğv ediləcəyi gözlənilir...

"Report" İnformasiya Agentliyi

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:83
embedMənbə:https://oxu.az
archiveBu xəbər 12 Dekabr 2024 17:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

DOGE səmərəliliyi qeyd ediləndən aşağı ola bilər

13 Aprel 2025 23:11see147

Premyer Liqa: Araz Naxçıvan Kəpəz lə heç heçəyə razılaşdı

13 Aprel 2025 19:17see139

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see138

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see134

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see129

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see129

Azər Bağırov 0:0 ı belə şərh etdi

13 Aprel 2025 20:54see126

Bakı və İrəvan bizə arxalana bilər Tiflis

13 Aprel 2025 19:06see125

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see123

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see119

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see119

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see119

Yeniyetmə İlham Əliyev Çayka avtomobili ilə

13 Aprel 2025 21:03see117

Suriya təhlükəsizlik qüvvələri SDF ilə koordinasiyada Hələbdə yerləşməyə başlayıb

13 Aprel 2025 21:21see117

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see116

Laçına enən ilk təyyarə bu ölkəyə məxsus olub

13 Aprel 2025 19:48see113

Rusiyanın ən çox miqrant uşaqların yaşadığı 3 regionun adı çəkilib

13 Aprel 2025 22:56see112

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see109

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see109

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri