Regionda yeni eskalasiya riski: Ermənistan 700 milyon dollarlıq silahlar alır...
Sitat.info saytından alınan məlumata görə, Icma.az bildirir.
Ermənistan Hindistandan 700 milyonluq zenit-raket kompleksi olan "Akaş" raketləri alıb. Raketlərin növbəti aylarda Ermənistana ixracı nəzərdə tutulur. Ermənistanın silahlanması regionda yeni eskalasiya riski yaradır. Ermənistan Baş naziri Nikol Paşinyan bir tərəfdən müharibə olmayacaq bəyanatını verir, bir tərəfdən də kifayət qədər böyük məbləğdə silahlar alır. Bu, Ermənistanın müharibə hazırlığıdır.
Qeyd edim ki, Hindistandan alınan silahlıların texniki parametrlərinin son günlər Pakistanla müharibədə effektiv olmadığı göründü. Hindistan istehsalı "Akaş" raket kompleksleri 25 km. mənzillidir. Azərbaycan Ermənistana silahlanmaya son verəcəyi təqdirdə sülhə hazır olacağını şərtini irəli sürməlidir.
Ermənistan Baş naziri ölkədə sosial problemləri həll etmək əvəzinə silahlanmaya bu qədər vəsait ayırması suallar doğurur. Ermənistan öz ərazisində Zəngəzur dəhlizinin avtomobili və dəmir yolunu çəkmir. Həmçinin İranla Ermənistanı birləşdirən əsas yol infrastruktur baxımından köhnədir. Ermənistan əhalisi sosial problemlərə görə ölkəni tərk etməkdədir. N. Paşinyanın hakimiyyəti ölkədə miqrasiyaya son qoymayıb. Bu onu göstərir ki, N. Paşinyanın vəd etdiyi sosial proqramlar kağız üzərində qalır.
Siyasi şərhçi Məhəmməd Əsədullazadə,
Sitat.info
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 12 May 2025 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















