Icma.az
close
up
RU
Menu

İran rejimi legitimliyini itirir ŞƏRH

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

Saça yapışan saqqızdan qurtulmağın yolları

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

Regionlarla bağlı yeni proqram: 100 milyardlıq investisiya, 3 Dövlət Proqramı necə icra edilib?

Regionlarla bağlı yeni proqram: 100 milyardlıq investisiya, 3 Dövlət Proqramı necə icra edilib?

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Baş nazir Əli Əsədov regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramının hazırlanacağını bildirib. Onun sözlərinə görə, əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir. İndiyədək regionların sosial-iqtisadi proqramına 3 Dövlət Proqramı və 100 milyard manata yaxın investisiya yatırılıb. Bəs hansı nəticələr var? 

Globalinfo.az-a danışan iqtisadçı-analitik, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İctimai Şuranın sədri, professor Elşad Məmmədov deyib ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair yeni standartlara və çağırışlara uyğun proqramın qəbul olunmasına ehtiyac hiss olunur.

Onun fikrincə, yeni çağırışlar mütləq şəkildə nəzərə alınmalıdır:

“Düşünürəm ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı yeni hazırlanacaq proqramda bir sıra məqamlar nəzərə alınmalıdır. Bura dünya iqtisadiyyatında, bölgələrdə baş verən proseslər, ölkəmizin faktiki olaraq idxalı stimullaşdıraraq inflyasiyanın da stimullaşdırılması kimi çağırışlarla üz-üzə qalması, yerli qeyri-xammal sektorunun inkişafının prioritet olaraq dəstəklənməsi və s. məsələlər də daxildir. Hesab edirəm ki, bu proqramda ilk növbədə investisiyaların kəskin artımı öz əksini tapmalıdır. Daxili investisiya institutunun inkişafına söykənən bir layihə olmalıdır. Eyni zamanda xarici investisiyaların texnologiyalar idxalı hesabına reallaşdırılması həmin proqramda öz əksini tapmalıdır. Bank krediti institutunun aktiv şəkildə investisiyalara xidmət etməsi və iqtisadiyyatın şaxələndirilməsi, regionlarda məhsuldar qüvvələrin effektiv şəkildə yerləşdirilməsi kimi məsələlərin hamısı yeni proqramda yer almalıdır”.

Elşad Məmmədov

İqtisadçının fikrincə, əvvəlki proqramlarda bu istiqamətdə mövcud olmuş boşluqlar iqtisadi blokun problemlərindən biri kimi qeyd olunmalıdır:

“Çünki son nəticədə ölkə iqtisadiyyatının tarazlığı və regional inkişafı baxımdan bunların fəsadları hiss olundu. Ona görə də mənə elə gəlir ki, yeni çağırışlara uyğun və eyni zamanda dünyada, bölgədə baş verən proseslərə adekvat, yanaşılmalıdır. Sosial-iqtisadi inkişaf proqramının reallaşdırılmasına ehtiyac var. Xüsusilə qeyd etmək istəyirəm ki, bu proqram strateji planlaşdırmaya söykənən bir sənəd kimi hazırlanıb, təqdim olunmalı və tətbiq edilməlidir”.

E.Məmmədovun sözlərinə görə, strateji planlaşdırmaya söykənən proqramın reallaşdırılması olduqca önəmlidir:

“Çünki son nəticədə biz iqtisadiyyatın uzunmüddətli, dayanıqlı və qabaqlayıcı inkişafına nail olmalıyıq. Nəzərə almaq lazımdır ki, eyni zamanda Azərbaycanda investisiyaların artımı ilə bağlı böyük potensial var. Ölkədə pul kütləsinin hələ də lazımi indikativ göstəricilərdən uzaq olması, kredit yükünün məhz investisiya yönümlü artım və kredit institutunun inkişafı hesabına və s. bütün bunlar investisiyaların artımına, eləcə də qabaqlayıcı dayanıqlı iqtisadi inkişafa əsas yarada bilər. Xüsusilə regional iqtisadi əməkdaşlığın dərinləşməsini qeyd etmək istəyirəm. Ölkədə, əsasən də regionlarda yaranan istehsal güclərinin regional bazarlara yönəlik olması olduqca önəmlidir. Düşünürəm ki, regional iqtisadi əməkdaşlıq, regional iqtisadi inteqrasiya buna müvafiq təkan verməlidir. İnvestisiyaların daxilində innovativ tutumlu istiqamətlərə prioritet verilməlidir. Bütün bunlar ölkə iqtisadiyyatının yaxşılaşdırılmasına şərait yarada bilər”.

Deputat Müşfiq Cəfərov deyib ki, tezliklə regionların sosial-iqtisadi inkişafına dair növbəti 5 illik dövlət proqramı hazırlanacaq:

“Proqramda əsasən sahibkarlığın inkişafının dəstəklənməsi, kənd yerlərində infrastrukturun inkişafı və məşğulluğun artırılması, turizm potensialının reallaşdırılması tədbirləri nəzərdə tutulur. Hazırda nəinki Azərbaycanda, bütün dünyanın qarşısında duran əsas vəzifələrdən biri də ərzaq təhlükəsizliyinin təmin edilməsi, idxalın əvəzləşdirilməsi və ixrac coğrafiyasının şaxələndirilməsidir. Azərbaycan iqtisadiyyatının əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı çoxsaylı layihələr reallaşdırılır. Prezident İlham Əliyev vaxtaşırı rayonlara səfər edir və yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır”.

Deputatın sözlərinə görə, Azərbaycan dövlətinin əsas fəaliyyəti bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına istiqamətlənib:

“Bu proqramların uğurlu nəticələrindən biri də, regionların dinamik inkişafında sənaye parkları və zonalarının yaradılması oldu. Hazırda Azərbaycanın iqtisadi zonalarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb. Ölkəmizdə 7 sənaye parkının və 5 sənaye rayonunun uğurlu fəaliyyəti təmin edilib. Respublikanın 6 sənaye zonasında indiyədək 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri açılıb. Növbəti mərhələdə sənaye zonalarındakı mövcud layihələrə 864 milyon manat sərmayə yatırılacağı və 6700-dən çox daimi iş yerinin fəaliyyətə başlayacağı planlaşdırılıb. Sənaye zonalarında 11,1 milyard manat dəyərində məhsul istehsal olunub ki, onun 3,6 milyard manat hissəsi ixrac edilib”.

Qeyd: Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb.

Mövzu: “Regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi”

Zaira Akifqızı

Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:166
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 17 Dekabr 2024 19:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see294

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see285

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see226

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see217

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see216

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see214

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see206

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see200

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see199

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see190

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see189

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see182

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see178

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see165

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see158

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see156

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see155

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see153

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see153

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri