Icma.az
close
up
RU
“RehaPoint” məntəqəsində 1600 dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

“RehaPoint” məntəqəsində 1600 dən çox şəxsə reabilitasiya xidmətləri göstərilib

Bakı, 3 fevral, AZƏRTAC

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi Bərdə şəhərindəki Qarabağ Regional DOST Mərkəzində “RehaPoint” reabilitasiya məntəqəsində reabilitasiya xidmətlərini davam etdirir.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, 2023-cü ilin dekabrın 1-dən fəaliyyətə başlayan məntəqədə ötən dövrdə əlilliyi olan 1600-dən çox şəxsə ambulator şəraitdə reabilitasiya xidmətləri göstərilib.

Bölgədə yaşayan əlilliyi olan şəxslər burada ambulator formada müalicəvi bədən tərbiyəsi, əmək terapiyası, psixoloq və loqoped xidmətlərindən yararlanırlar.

Məntəqədə əlilliyi olan şəxslərə ehtiyaclarına uyğun olaraq 800-dən çox reabilitasiya vasitəsi də verilib.

seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri