Rəhim Sadıxovun gələcəyi ilə bağlı “Turan Tovuz”dan ə AÇIQLAMA
Icma.az, Idman.biz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Azərbaycan millisinin və “Turan Tovuz”un futbolçusu Rəhim Sadıxovun komandadan ayrılmaq istədiyi barədə yayılan məlumatlara aydınlıq gətirilib.
Yerli mediada 30 yaşlı yarımmüdafiəçinin komandada kifayət qədər forma şansı qazanmadığından narazı olduğu bildirilir. Belə ki, “boz qurdlar”ın baş məşqçisi Kurban Berdiyevin onu əsas heyətin daimi üzvü kimi görmədiyi və bu vəziyyətin isə futbolçunu qane etmmədiyi iddia olunub.
Məsələ ilə bağlı İdman.Biz “Turan Tovuz”un mətbuat katibi Süleyman Tağıyevlə əlaqə saxlayıb.
Klubdan saytımıza bildirilib ki, heyətdə olan bütün futbolçularla hazırda qüvvədə olan müqavilə var:
“Qarşımıza qoyulan hədəflər var. Hər hansısa xəbər rəsmiləşdikdə rəsmi səhifəmizdən ictimaiyyətə açıqlayırıq”.
Qeyd edək ki, Azərbaycan millisinin üzvü Rəhim Sadıxov 2025-ci ilin yanvarında “Sumqayıt”dan “Turan Tovuz”a keçib. O, 2024/2025 mövsümündə Tovuz klubunun heyətində 17, 2025/2026 mövsümündə isə 33 oyunda meydana çıxıb. Cari mövsümdə yarımmüdafiəçi 12 turun 9-da iştirak edib. Sadıxov Azərbaycan millisində də çıxış edir. Onun “Turan Tovuz”la müqaviləsi 2027-ci ilin yayına qədər qüvvədədir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 25 Noyabr 2026 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















