Rəis müavini: Yeni Vergi Məcəlləsinin hazırlanmasında məqsəd yalnız mövcud sistemin təkmilləşdirilməsi deyil AZƏRTAC
Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.
Bakı, 29 noyabr, AZƏRTAC
Azərbaycanda gələcək dövr üçün yeni Vergi Məcəlləsinin hazırlanması ilə bağlı işlər davam edir. Bütün dəyişikliklər sistemli və strukturlaşdırılmış şəkildə təqdim olunacaq.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin ikinci oxunuşda müzakirəsi zamanı İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin rəis müavini Samirə Musayeva söyləyib.
“Bu, həm vergi ödəyiciləri, həm də vergi orqanları üçün işin daha sadə və şəffaf olmasına imkan verəcək. Nəticədə yeni məcəllə vergi qanunlarının daha asan başa düşülməsini və düzgün tətbiqini təmin edəcək. Yeni Vergi Məcəlləsinin hazırlanması prosesində məqsəd yalnız mövcud sistemin təkmilləşdirilməsi deyil, həm də vergi administrasiyasının daha səmərəli işləməsini təmin etməkdir”, - deyə S.Musayeva əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 29 Noyabr 2024 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















