Icma.az
close
up
RU
Rejimin uğursuz daxili və xarici siyasi fəaliyyəti İranı ictimai cə iqtisadi cəhətdən böhran vəziyyətinə salıb

Rejimin uğursuz daxili və xarici siyasi fəaliyyəti İranı ictimai cə iqtisadi cəhətdən böhran vəziyyətinə salıb

Icma.az, Bizimyol portalına istinadən məlumat yayır.

“İran rejimi hicabın və yaxud hicab adı altında qanunların ləğvinə getmək istəmir. Amma formalaşdırdıqları Ali Milli Təhlükəsizlik Şurasının qərarı elə bir qərardır ki, bu qərar verilirsə, Əli Xamenei tərəfindən təsdiqlənməlidir. Buna görə də bir çox radikal qüvvələr məsələni belə qoyurlar ki, burada ya Əli Xameneiyə ciddi basqılar var, ya da o da bunun tərəfdarıdır. Bu səbəbdən də bu gün etirazları gündəmə gətirməklə onlar bilmək istəyirlər ki, ümumiyyətlə nə baş verir”.

Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, hicab məsələsi normal dövlətlərə sadə görünə bilər, amma dərin və ciddi problemdir: “Nə tamamilə onu aradan qaldıra bilirlər, nə tamamilə onu tətbiq etmək üçün bir iş görə bilirlər. Hələ ki, məsələni belə qoyurlar ki, Ali Milli Təhlükəsizlik Şurasında belə qərara alınıb ki, hicab qanun layihəsi icraya verilməsin. Ona görə də hər hansı bir məhdudiyyət yoxdur. İnsanların geyimi ilə bağlı polis və digər icraedici orqanlar burada məsuliyyət daşımırlar. Ona görə də bu prosesin aparılmasında yeni bir dəyişməyə getməliyik. Əgər bunu Məhəmmədrza Bahonər dilə gətirirsə, demək ki, burada Hizbullah və Xameneinin tərəfdarı olan qüvvələrə ciddi bir siqnal verilmiş olur ki, "bəli, burada Əli Xameneinin də rəyi bundan ibarətdir ki, bu hicabla bağlı qanun layihəsi durdurulsun". Bu da onlar üçün bu siqnalı vermiş olur ki, Əli Xamenei bu məsələdə ya təklənib, ya öz razılığını bildirib”.

Sadiq İsabəyli

Sadiq İsabəylinin fikrincə, onlar Xameneidən imtina etmək zorunda qalacaqlar, çünki artıq səslənir ki, "Əgər Xamənei dini dəyərləri dini rəhbər kimi qoruya bilmirsə, onu saxlaya bilmirsə, onda ona biz niyə tabe olmalıyıq?". Siyasi şərhçi hesab edir ki, “bu xəmir çox su aparacaq”.

“Adı hər nə olursa olsun məsələnin mahiyyətinə varanda burada ideoloji çöküşün, kütlə və hakimiyyət arasında uçurumun yaranması, kütlənin qərbyönlü baxışı və bütün məsələlərdə, özəlliklə fərdi və ictimai azadlıqların təmin olunması məsələlərində tələbkar olması və digər tərəfdən də o radikal qruplar tərəfindən bunun qarşısının alınması üçün həyata keçirilən çalışmalar ortada ciddi təzadın olduğunu sübut edir. Bu da gələcəkdə ciddi qarşıdurmaların meydana çıxma ehtimalını artırır. Ölkənin iqtisadi problemləri, ölkənin xarici siyasətindəki son uğursuz fəaliyyətləri İran rejimini həm daxili, həm də xarici siyasi-ictimai böhranlar içinə salıb. Bunun da ən sürətlə görünən tərəfi iqtisadi böhran olaraq gündəmə gəlməkdədir. Artıq Pezeşkian deyir ki, "bir milyard dollara belə İran rejimi artıq möhtac qalıb" və bilmirlər bunu necə əldə eləsinlər. Bu da çox ciddi məsələlərdən xəbər verir. Bu qanun layihəsi ilə bağlı məsələlər, sadəcə hicab qanun layihəsi ilə bağlı məsələ deyil. Çox əhatəli, çoxqatlı və mürəkkəb bir prosesin getdiyini göstərməkdədir. Bu, həm də onu göstərir ki, artıq yeni nəsil və vətəndaşlar ölkənin ideoloji və siyasi mahiyyətinə qarşıdırlar”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:43
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see756

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see226

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see207

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see194

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see194

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see168

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see164

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see155

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see151

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see143

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see139

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see137

Davamlı inkişaf, milli güc və strateji baxışın təntənəsi

07 Yanvar 2026 14:27see137

XIX turun oyun proqramı məlum olub

07 Yanvar 2026 14:28see136

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see136

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see133

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see130

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri