Rekord istilər İsveçrədə buzlaqların həcminin 5,5% azalmasına səbəb oldu
Yeniavaz saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
İsveçrə buzlaqlarının həcmi bu yay Avropanı bürüyən rekord istilik dalğası fonunda 5,5 faiz azalıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti İsveçrə Buzlaqlarının Monitorinq Şəbəkəsinin və İsveçrə Kriosfer Müşahidə Komissiyasının səkkiz aylıq hesabatına istinadla məlumat yayıb.
Məlumata görə, 2022-2026-cı illər arasında buzlaqların əriməsi əvvəllər müşahidə edilən beş illik dövrdən iki dəfədən çox olub.
Son beş ildə isə İsveçrə buzlaqlarının təxminən 20 faizini itirib.
Sənəddə qeyd olunur ki, bu il ayrı-ayrı buzlaqların orta qalınlığı 2,5-4 metr azalıb.
Hesabatda həmçinin, Avropanın qlobal orta göstəricidən iki dəfə sürətlə istiləşdiyi bildirilib.
İsveçrə Meteorologiya və İqlim Xidmətinin təhlilinə görə, bu ilin ilk səkkiz ayında müşahidə edilən ən isti və ən quraq dövr son dəfə 1864-cü ilə müşahidə edilib.
Bu mövzuda digər xəbərlər:Anomal istilər İsveçrədə buzlaqların əriməsini sürətləndirib
04 İyul 2026 00:20
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
27 İyun 2026 22:02
İsveçrədə referendum keçiriləcək SƏBƏB
13 Fevral 2026 01:37
İsveçrədə “rozetka” ukraynalı qadının başına bəla oldu SƏBƏB
21 Sentyabr 2026 15:04
İsveçrədə bardakı yanğına səbəb nə olub?
01 Yanvar 2026 19:10
Baxış sayı:175
Bu xəbər 02 Oktyabr 2026 23:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















