Icma.az
close
up
RU
Rektor: 20 sentyabr tarixi ölkəmizin suverenliyinin tam bərpasını təcəssüm etdirən milli qürur günüdür

Rektor: 20 sentyabr tarixi ölkəmizin suverenliyinin tam bərpasını təcəssüm etdirən milli qürur günüdür

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Xankəndi, 20 sentyabr, Tahir Ağaməmmədov, AZƏRTAC

Bu gün milli tariximizin qızıl hərflərlə yazılmış ən şanlı səhifələrindən birini – Dövlət Suverenliyi Gününü böyük iftixar hissi ilə qeyd edirik. Prezidentimizin müvafiq Sərəncamı ilə həm də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi təntənəli şəkildə qeyd edilən 20 sentyabr tarixi olduqca əlamətdardır və ölkəmizin suverenliyinin tam bərpasını təcəssüm etdirən milli qürur günüdür.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O bildirib ki, iki il bundan əvvəl - 2023-cü ilin sentyabrın 20-də Xankəndi şəhəri, eləcə də ətraf bölgələr üzərində dövlət nəzarəti birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində təmin edildi. Bu tarixi zəfər məhz 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin məntiqi davamı və Azərbaycanın siyasi, hərbi və diplomatik iradəsinin təntənəsidir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, rəşadətli Ordumuzun yenilməz gücü və xalqımızın sarsılmaz birliyi nəticəsində 30 illik işğala son qoyulub və tarixi ədalət bərpa olunub. Ümummilli Lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursu hazırda yeni keyfiyyət mərhələsində uğurla davam etdirilir, Azərbaycan tam müstəqil, tam suveren və bütöv bir dövlət kimi hərtərəfli inkişaf yolunda dinamik şəkildə irəliləyərək regionda lider mövqeyini daha da gücləndirib.

Eyni zamanda, işğaldan azad edilmiş əzəli yurdlarımızın sürətlə dirçəlməsinə və çiçəklənməsinə, burada həyatın canlanmasına, xüsusilə tarixi Zəfərimizin memarı, qalib liderimizin iştirakı ilə möhtəşəm açılışlara şahidlik etmək olduqca qürurvericidir. Çox qısa müddət ərzində doğma Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən genişmiqyaslı quruculuq və bərpa işləri məhz dövlətimizin gücünü və iradəsini əks etdirən tarixi missiyadır.

Bu prosesin mühüm tərkib hissələrindən biri kimi Prezidentimizin müvafiq Sərəncamı ilə Xankəndi şəhərində Qarabağ Universitetinin yaradılması və fəaliyyətə başlaması strateji əhəmiyyət daşıyır. Qürurvercidir ki, Qarabağ Universitetinin açılışı 2024-cü ilin 20 sentyabr tarixində, məhz Dövlət Suverenliyi Günündə Prezident İlham Əliyevin iştirakı ilə reallaşdı. Dövlət başçısının universitetin açılışı mərasimində qeyd etdiyi kimi, “Bu açılış istənilən gündə ola bilərdi. Amma hesab etdim ki, 20 sentyabrda olsa, daha düzgün olar. Çünki bu, artıq şanlı tariximizdir. Hesab edirəm ki, Qarabağ Universitetinin yaradılması tarixi hadisədir”. Həqiqətən də bu, sadəcə bir ali təhsil müəssisəsinin fəaliyyətə başlaması deyil, doğma yurdlarımıza zəngin elm, təhsil və mədəni ənənələrimizlə qayıdışın rəmzidir. Regionun sosial-iqtisadi ehtiyaclarına uyğun yüksəkixtisaslı kadr tələbatını ödəmək və tarixən mövcud olmuş təhsil ənənələrini yaşatmaq məqsədilə təsis edilən Qarabağ Universiteti dövlətimizin bölgənin bərpasına sadəcə fiziki infrastruktur layihələri çərçivəsində deyil, həm də bilik, intellekt və yaradıcılıq potensialının inkişafına əsaslanan kompleks yanaşmasının parlaq təcəssümüdür.

Rektor qeyd edib ki, artıq Qarabağ Universiteti özünün ikinci tədris ilinə qədəm qoyub. Cari il sentyabrın 14-də Prezident İlham Əliyevin iştirakı ilə Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışı universitetimiz üçün yeni tədris ilinin başlanması ərəfəsində ən əlamətdar hadisə oldu. Prezident İlham Əliyevin bu ilin fevralında imzaladığı Fərmana əsasən yaradılan və qısa müddətdə istifadəyə verilən Qarabağ Universitetinin Klinikası tibb sahəsi üzrə qabaqcıl tədris mühitinin formalaşdırılmasına imkan yaradıb.

Hazırda 2100-dən çox tələbəsi və 400-ə yaxın əməkdaşı ilə işğaldan azad edilmiş bölgələrdə fəaliyyət göstərən ilk və yeganə ali təhsil müəssisəsi olan Qarabağ Universiteti daşıdığı ali missiyanın məsuliyyətini aydın şəkildə dərk edir. Qarabağ Universiteti ailəsi özünü Azərbaycanın suverenliyi naminə formalaşmış milli iradənin daşıyıcısı və gələcək nəsillərə ötürücüsü kimi görür. Qarşıda duran əsas vəzifəmiz – gənc nəslin milli ruhda və vətənpərvər şəkildə yetişdirilməsi, müstəqil və suveren ölkəmizin hərtərəfli və dayanıqlı inkişafına töhfə verən müasir düşüncəli və yüksək ixtisaslı kadr kimi formalaşdırılmasıdır.

“Bu əlamətdar tarix – Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə Şəhərləri Günü münasibətilə Qarabağ Universiteti ailəsi olaraq xalqımıza təbriklərimizi çatdırır, sülh, əmin-amanlıq və rifah arzulayırıq. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi yolunda canından keçmiş bütün qəhrəman şəhidlərimizin əziz xatirəsini dərin ehtiramla yad edir, onların ruhları qarşısında baş əyirik”, - deyə Ş.Bayramov əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Sentyabr 2025 13:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hikmət Babaoğlu: Ruben Vardanyanın ömürlük həbs cəzasına məhkum edilməsi çox ədalətli qərar olar

19 Dekabr 2025 20:44see261

Burak Yılmaz 4 gün əvvəl ayrıldığı kluba qayıtdı RƏSMİ

19 Dekabr 2025 18:56see251

Nazirlik Qarabağ Toxum şirkətində maliyyə nöqsanı AŞKARLADI

20 Dekabr 2025 16:33see227

Ömrü Sultaninin ölüm xəbəri yayıldı FOTO

20 Dekabr 2025 17:28see174

Avtomobil nəhəngi 37 min avtomobili geri çağırır

20 Dekabr 2025 11:09see163

Türkiyə Super Liqası: Antalyaspor səfərdən xalsız döndü

20 Dekabr 2025 02:06see154

Çexiya təşəbbüsü davam edəcək...

20 Dekabr 2025 04:22see154

Fotoqraflar nadir qurbağaların ölümünə səbəb oldular FOTO

19 Dekabr 2025 18:05see151

Məhkəmə Hüquq Şurasının nümayəndə heyəti Albaniyada təcrübə səfərində olub

19 Dekabr 2025 18:52see150

Özbəkistan Azərbaycanla tarixi filmlər istehsalına başlayır “Dirik tarix” layihəsi

19 Dekabr 2025 17:14see144

Ərzaq bazarında qiymət artımı inflyasiyanı necə üstələyir?

20 Dekabr 2025 11:53see143

Neftçi Yevlaxa yola düşdü

19 Dekabr 2025 19:11see143

A Seriyası: Yuventus Roma nı əliboş yola saldı

21 Dekabr 2025 02:02see142

Cüdo Federasiyasının icraçı vitse prezidenti: “Bizim üçün əsas göstərici təkcə medal sayı deyil” MÜSAHİBƏ

19 Dekabr 2025 22:32see139

KİV: Pentaqon ardıcıl səkkizinci ildir KONKRET

20 Dekabr 2025 00:35see138

La Liqa: “Valensiya” və “Malyorka” sülhlə ayrılıblar

20 Dekabr 2025 02:06see137

Prezidentin MDB ölkələri liderlərinin qeyri rəsmi sammitində iştirakı gözlənilir

21 Dekabr 2025 00:59see136

Saçların daha sürətli uzanmasını təmin edən TƏBİİ YAĞLAR

20 Dekabr 2025 02:36see135

Türkiyə və HƏMAS nümayəndələri Qəzza razılaşmasının ikinci mərhələsini müzakirə ediblər

20 Dekabr 2025 21:11see134

Natavan istəmir övladı onun çəkdiyini çəksin

21 Dekabr 2025 07:17see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri