Icma.az
close
up
RU
“Rektor əvəzi öz adını ixtisasartırma kursuna yazıb...” ADNSUda nələr baş verir? AzPolitika onlayn siyasiictimai qəzet

“Rektor əvəzi öz adını ixtisasartırma kursuna yazıb...” ADNSUda nələr baş verir? AzPolitika onlayn siyasiictimai qəzet

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) 2023-cü ilin iyun ayından etibarən rektorsuz fəaliyyət göstərir. Prezidentin sərəncamı ilə Mustafa Babanlı vəzifədən çıxarıldıqdan sonra onun səlahiyyətlərini Vazeh Əskərov yerinə yetirir. Amma onun fəaliyyəti dövründə universitetdən şikayətlərin sayı hədsiz dərəcədə artıb. Rektor əvəzindən əsasən ADNSU müəllimləri, əməkdaşları şikayət edir, haqsızqlıdan, ədalətsizlikdən gileylənirlər.

Onlardan Elmira Xanməmmədova yerli saytlara bildirib ki, universitetdə növbəti dəfə vəzifə seçkisi zamanı “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin dekanı Dosent Fərid Ağayev, dosent İcabikə Sərdarova və dosent Almaz Mehdiyevanın təkidi ilə müəllimlər onun əleyhinə səs verib, nəticədə işdən çıxarılıb. “Bu şəxslərin mənim əleyhimə olması isə aşağıdakı faktla bağlıdır”, - o qeyd edib.

Şikayətçi vurğulayıb ki, universitetdə gənc tədqiqatçıları, gənc alimləri, perspektivli mütəxəssisləri qısqanclıqla qarşılayan və onları müxtəlif bəhanələrlə işdən çıxarmağa nail olan bu şəxslərin sayəsində universitetdə tədrisin keyfiyyəti olduqca aşağıdır: “Universitetdən yüksək ixtisaslı müəllimləri və peşəkar tədqiqatçı alimləri uzaqlaşdırmaqla universiteti uçuruma yuvarlayırlar. Bunun da səbəbi, qeyri-ixtisasçıları universitetdə yüksək vəzifəyə təyin etmək, peşəkarları uzaqlaşdırmaq, ailə üzvlərini və qohumluq əlaqələri olan şəxsləri müxtəlif vəzifələrə təyin etdirməkdir. Adları dəfələrlə korrupsiya qalmaqallarında hallanan, rəhbərlikdə təmsil olunan şəxslər universitetdə çirkab bir mühit yaradıblar”.

E.Xamməmmədova onu da bildirib ki, dəfələrlə müdafiə edilmiş buraxılış işləri, magistrlik işləri dosent Almaz Mehdiyeva tərəfindən hazırlanaraq tələbələrə verilir: “Plagiat çıxmaması üçün universitetin plagiat işləri üzrə koordinatoru dekan Fərid Ağayevin tapşırığı əsasında plagiat edilən işlər bazadan çıxarılır və nəticədə yenidən müdafiə edilməli işi plagiat göstərmir. Müdafiəyə buraxılan işlər isə qeyri ixtisasçılar və dekanın himayə etdiyi şəxslərdən təşkil olunmuş komissiya tərəfindən müsbət qərar alaraq müdafiə edilir”.

Müəllim iddia edib ki, universitetin ən böyük tələbə kontingetinə malik “İnformasiya texnologiyaları və idarəetmə” fakültəsinin dosenti Vazeh Əskərovun Hirş indeksi bütün bazalarda sıfırdır: “Dosent Qasım Məmmədovun Hirş indeksi Google scholar verilən bazasında 4152-ci, Scopus verilənlər bazasında isə 2911-ci yerdədir. Universitetin professor-müəllim heyətinin elmimetrik reytinqində isə 225-ci yerdədir. Dosent Fərid Ağayevin Hirş indeksi isə Scopus verilənlər bazasında 4757-ci yerdədir”.

E.Xanməmmədova bildirir ki, universitetdə yarıtmaz idarəetmə, ailə idarəetməsi, qeyri-etik davranışlar və saxtakarlıq hallarının himayə edilməsi universitet rəhbərliyinin əsas devizidir. “İlduzə Hüseynova və kürəkəni Salman Salmanov universiteti idarə edir. Universitetdə bütün işləri istədiyi kimi həll edir, vəzifə səlahiyyətlərindən şəxsi marağı üçün istifadə edir, rektor əvəzi Vazeh Əskərovu da özünəməxsusluqla istiqamətləndirir, ona yalan məlumatlar çatdırır, beləliklə də uzun illər qüsursuz, zəhmətlə çalışan, yetərincə nailiyyətləri olan nəinki cavan, hətta təcrübəli müəllim və əməkdaşları işsiz qoyur. Bununla bağlı yetərincə məlumatlara sahibəm”, şikayətçi qeyd edir.

Başqa mənbələr isə rektor əvəzi Vazeh Əskərovun fransız dili müəllimi ixtisasına sahib olmasına baxmayaraq, özünü universitetdə “energetika” sahəsiz üzrə ixtisasartırma kursuna yazdırdığını iddia edib. “Maraqlıdır, rektor əvəzi tabeliyində olan müəllimlərdən necə dərs alacaq”, - mənbə bildirib.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Rasim Əliyev

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:170
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 14 Yanvar 2025 16:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri