Icma.az
close
up
RU
Rektor: Məqsədimiz ADMİU nu yaxın gələcəkdə regionda aparıcı universitetlərdən birinə çevirməkdir

Rektor: Məqsədimiz ADMİU nu yaxın gələcəkdə regionda aparıcı universitetlərdən birinə çevirməkdir

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 23 iyun, Sevda Cəfərova, AZƏRTAC

Ümummilli Lider Heydər Əliyevin xüsusi diqqət yetirdiyi sahələrdən biri Azərbaycanın mədəniyyəti və incəsənəti olub. Ulu Öndər deyirdi: “Mədəniyyət başqa aləmdir. Mədəniyyət uşaq kimidir, həmişə tumar və qayğı istəyir. O, həssasdır. Əlinin tumarı, ürəyinin qayğısı azca azalan kimi, o, hiss edir, küsür, inciyir. Siyasi rəhbər, dövlət xadimi bunu bilməlidir, bir an yadından çıxarmamalıdır”.

Heydər Əliyev Azərbaycanın mədəniyyət və incəsənətini hər bir azərbaycanlı üçün iftixar mənbəyi hesab edirdi.

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektoru, Əməkdar İncəsənət xadimi professor Ceyran Mahmudovanın AZƏRTAC-a müsahibəsini təqdim edirik.

- ADMİU incəsənət və mədəniyyət üzrə ixtisaslaşmış bir universitetdir. Bugünkü tələbələr, sizcə, ən çox hansı istiqamətlərdə inkişaf etməlidir ki, həm milli kimliklərini qorusunlar, həm də beynəlxalq arenada uğur qazansınlar?

- Mənə elə gəlir ki, incəsənət sahəsində təhsil alan tələbələr gərək müasir dövrdə bütün imkanlardan istifadə edərək dünya incəsənəti və mədəniyyəti ilə daha çox maraqlansınlar. Çünki tədris prosesində biz bütün dünya mədəniyyəti haqqında onlara məlumat verə bilmirik. Bizdə ayrıca fənlər var ki, orada əsas istiqamətlər tədris olunur. Lakin dünya böyükdür, mədəniyyətlər zəngin, çoxəsrlikdir, incəsənətin, mədəniyyətin tarixi çoxşaxəlidir. Əgər gələcəkdə bu sahədə yaxşı mütəxəssis olmaq istəyirlərsə, onlar antik dövr, klassik Yunan mədəniyyəti, Orta əsrlər mədəniyyəti, İntibah dövrü və sair bütün bu istiqamətlər üzrə dolğun biliklərə malik olmalıdırlar. Eyni zamanda, müasir dövrümüzdəki cərəyanlar, texnologiyalar, yeni araşdırmalardan xəbərdar olmalıdırlar. Hər nə qədər universitet onların tədris planlarının müasir tələblərə cavab verməyinə çalışsa da, yenə də hər bir şəxs öz üzərində işləməlidir. Təkcə universitet diplomunu əldə edib, sonra bütün ömrün boyunca heç nə oxumasan, biliklərini təzələməsən heç nəyə nail ola bilməcəyəksən. Çünki bu gün dünya mürəkkəbdir, sürətlə inkişaf edir. Digər tərəfdən öz tələbəlik illərimizlə indiki tələbələrin imkanlarını müqayisə etmək mümkün deyil. Bu gün onların informasiya əldə etmək üçün müqayisə olunmayacaq dərəcədə geniş imkanları var. Mən istərdim ki, tələbələrimiz bu imkanlardan maksimum istifadə etsinlər. Eyni zamanda, vaxtlarının dəyərini bilsinlər. Bizə elə gəlir ki, zamana qalib gələ bilərik, amma yox, zaman çox sürətlə axıb gedir. Gənclik illərində əldə etdikləri biliklər, bacarıqlar sonrakı bütün ömürləri boyunca onlara lazım olacaq. Cavan beyin informasiyanı daha yaxşı qavrayır və emal edir. Onlar bu informasiyanın səmərəli olmasını tənzimləməlidirlər.

- Yaradıcı sahələrdə təhsil alan gənclərin qarşısında çoxlu çətinliklər olur. Universitet olaraq bu gəncləri həm peşəkar, həm də şəxsiyyət kimi yetişdirmək üçün hansı addımları atırsınız?

- “Çoxlu çətinliklər” sözü bir qədər ümumi səslənir. Fikrimcə, incəsənət sahəsində təhsil alan gənclərin qarşısındakı çətinliklər digər ixtisaslarda təhsil alan gənclərin qarşısına çıxan çətinliklərdən çox da fərqlənmir. Təbii ki, hər bir ixtisas üzrə təhsil alan gənclərin qarşısında müəyyən çətinliklər var. Bu əsas etibarilə, onların universitetdən sonrakı ömrü ilə əlaqədardır: işə düzəlmək, yiyələndiyi peşənin müasir dövrümüzdə lazımlılıq dərəcəsi və sair.

Çalışırıq ki, universitetimizdə nəzəriyyə ilə praktikanın bərabərliyini qoruyaq, tələbələrimiz nəzəri biliklərlə yanaşı, əməli biliklərə və pedaqoji təcrübəyə də yiyələnsinlər. Əgər bu, xüsusi qabiliyyət tələb edən ixtisaslara aiddirsə, bunu daha geniş tətbiq edirik. Çünki bizim tələbələrimiz daim tamaşalarda oynayır, konsertlərdə, festivallarda çıxış edir, rəsm və moda sərgiləri təşkil olunur. Bu da gələcəkdə onlara incəsənətdə real fəaliyyət üçün təcrübə qazandırır. Təbii ki, biz bu etdiklərimizlə tam qane olmuruq və hər zaman çalışırıq ki, işlərimizi daha da genişləndirək.

- Gələcəkdə ADMİU-nu regional və beynəlxalq səviyyədə daha tanınan və nüfuzlu etmək üçün hansı strategiyaları həyata keçirmək niyyətindəsiniz?

- Ümumiyyətlə, universitetin Elmi şurası tərəfindən təsdiq olunan inkişaf strategiyası var. Əlbəttə ki, fəaliyyətimizi daha da inkişaf etdirmək, genişləndirmək istəyirik. Bunu həyata keçirmək üçün bir sıra faktorlar lazımdır ki, bəzilərinin üzərində işləyirik, bəziləri bizdən asılı deyil. Məsələn, biz çox istərdik ki, universitetimizin yeni korpusu olsun və bu sayədə biz tədrisimizi daha da genişləndirib inkişaf etdirək. Eyni zamanda, universitet daxilində resurslarımızı genişləndirmək istərdik. Məsələn, kitabxana resursumuzu zənginləşdirmək istəyərik, zallarımızın sayını artırmaq çox gözəl olardı ki, tələbələrimiz öz yaradıcılıqlarını orada da daha rahat şəkildə realizə edə bilsinlər. Yeri gəlmişkən, bu günlərdə bizim Tədris teatrımızın yenidən tikilişinə start verilib. Ümid edirik ki, yaxın zamanlarda Tədris teatrımız tikilib hazır olacaq və tələbələrin istifadəsinə veriləcək. Şübhəsiz ki, bu da universitetimizdə tədrisin inkişafına və beynəlxalq əlaqələri daha da yaxşılaşdırmağa kömək edəcək. Çünki məsələn, bizim tələbə tamaşaları festivalımız var ki, çox istərdik o, beynəlxalq statusu alsın və biz festivalımıza başqa ölkələrdən də tələbələri dəvət edə bilək. Bu da beynəlxalq əlaqələrimizin inkişafına kömək ola bilər. Regional universitet olaraq çox istərdik ki, bizim yataqxana məsələmiz həll olunsun. Əgər bu məsələ həll olunarsa, xaricdən buraya təhsil almaq üçün gələn tələbələrin sayı da artar. Bu və bu kimi məsələlər var. Onların bizdən asılı olanları üzərində ciddi səylə çalışırıq. Bizdən asılı olmayanların isə necəsə çalışırıq ki, həllinə nail olaq. Bütün çətinliklərə baxmayaraq, amalımız ADMİU-nu yaxın gələcəkdə regionda aparıcı universitetlərdən birinə çevirməkdir.

- Əcnəbi tələbələrin ADMİU-ya cəlb edilməsi üçün hansı işlər görülür?

- Universitetin rəsmi saytının ingilisdilli versiyası da var. Daim əcnəbi tələbələrin ADMİU-ya cəlb olunmasına çalışırıq. Bir sıra xarici universitetlərlə əlaqələrimiz var, onların bir çoxu ilə qarşılıqlı əlaqələr haqqında memorandum da imzalamışıq. Bu memorandumlarda tələbə mübadiləsi prioritet məsələ kimi qeyd olunub. Bu illər ərzində universitetimizdə müxtəlif ölkələrdən, qitələrdən tələbələr təhsil alıblar. Bu proses davam edəcək. Amma ADMİU bütün məsələlərdə olduğu kimi, bu məsələdə də kəmiyyətə yox, keyfiyyətə üstünlük verir. Bizim üçün əcnəbi tələbələrin sayı deyil, onların keyfiyyətli təhsil almaları prioritetdir. Buna görə də çalışırıq ki, doğrudan da incəsənət sahəsində yaxşı təhsil almaq istəyən tələbələr cəlb olunsun. Belə əcnəbi tələbələrimiz də var və hazırda təhsillərini davam etdirirlər.

- Məzunların işlə təmin olunması istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Məzunların işlə təmin olunması universitetin fəaliyyətinə daxil deyil. Bu məsələ ilə müvafiq nazirliklər və təşkilatlar məşğul olurlar. Təbii ki, biz öz məzunlarımızın sonrakı fəaliyyətini nəzarətdə saxlayırıq, onların harada çalışdıqlarını öyrənirik. Bizim tələbə-məzun bazamız və Məzunlar Assosiasiyamız var. Universitetimizdə müxtəlif tədbirlərdə məzunlarımızı cəlb edirik. Eyni zamanda, Məzunlar Assosiasiyasının illik yığıncaqları olur. Lakin onları işlə təmin etmək bizim fəaliyyətimizə aid deyil. Bununla yanaşı, əgər universitetdə müəllim və ya texniki işçi heyətində vakant yerlər açılarsa, biz öz məzunlarımıza prioritet veririk, yəni işə qəbul zamanı, ilk növbədə, onların sənədləri nəzərdən keçirilir. Bu, universitetimizin strateji inkişaf xəttidir. Digər tərəfdən isə biz onların işlə təmin olunmasını həyata keçirə bilmərik. Çünki biz nə teatrıq, nə musiqi məktəbiyik, nə televiziyayıq. Bununla yanaşı, tələbələrimizin hər biri öz ixtisaslarına uyğun müəssisələrdə təcrübələr keçirlər. Çoxlu faktlar var ki, onlar elə bu təcrübənin nəticəsi kimi həmin müəssisələrdə, qurumlarda işlə də təmin olunurlar. Ancaq təbii ki, bunu 100 faiz gözləmək sadəlövhlük olardı.

- Süni intellekt ADMİU-nun tədris həyatına hansı yenilikləri gətirib?

- Bizim universitet xüsusi qabiliyyət tələb edən ixtisasların tədrisini aparan digər ali təhsil müəssisələri arasında ilk dəfə olaraq süni intellekti magistraturada bir fənn kimi tədris edir. Süni intellektlə bağlı çox böyük beynəlxalq konfransımız oldu. Orada müxtəlif ölkələrdən mütəxəssislər, alimlər iştirak edirdilər. Konfrans Azərbaycan Texniki Universiteti və İnformasiya Texnologiyaları İnstitutu ilə birgə keçirildi. Orada yüksəksəviyyəli çıxışlar oldu, məruzələr dinlənildi. Biz hər zaman bu məsələni xüsusi diqqətdə saxlayırıq və gələcəkdə süni intellektlə bağlı fənlərin tədrisini genişləndirmək fikrindəyik.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 İyun 2025 12:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see197

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see175

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see168

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see164

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see160

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see159

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see154

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see147

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see144

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see142

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see140

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see140

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see138

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see133

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see132

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see128

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri