Icma.az
close
up
RU
Rektor: Qarabağ Universitetinin gəncləri Azərbaycanın inkişafında mühüm rol oynayacaqlar

Rektor: Qarabağ Universitetinin gəncləri Azərbaycanın inkişafında mühüm rol oynayacaqlar

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 2 fevral, AZƏRTAC

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli-mənəvi dəyərlərin qorunmasında və ölkənin gələcək inkişafında gənclərin rolu əvəzsizdir. Danılmaz həqiqətdir ki, müstəqil Azərbaycanın gənclər siyasətinin əsasını Ulu Öndər Heydər Əliyev qoyub və bu istiqamətdə atdığı tarixi addımlar bu gün ölkəmizin dinamik inkişafının əsas dayaqlarından birinə çevrilib. Dahi şəxsiyyət “Azərbaycanın gələcəyi” adlandırdığı gəncləri ölkənin ən böyük sərvəti hesab edir, onların intellektual və vətənpərvər ruhda yetişməsini daim diqqət mərkəzində saxlayırdı.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Qarabağ Universitetinin rektoru Şahin Bayramov söyləyib.

O bildirib ki, 1997-ci ildən etibarən hər il qeyd etdiyimiz 2 Fevral – Azərbaycan Gəncləri Günü məhz dövlətimizin gənclərə verdiyi yüksək dəyərin və diqqətin təzahürüdür. Bu siyasəti uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev gənclərin təhsilinə, onların elmi, intellektual, mədəni və fiziki inkişafına hər zaman xüsusi önəm verir.

"Prezident İlham Əliyevin qeyd etdiyi kimi, “Dövlətin siyasəti ondan ibarətdir ki, Azərbaycan gəncləri bilikli, savadlı, Vətənə bağlı olsunlar və ölkəmizin gələcək inkişafına töhfələrini versinlər. Gənclərin vətənpərvərlik ruhunda böyümələri də çox mühüm əhəmiyyət daşıyır”.

Aparılan islahatlar nəticəsində Azərbaycan gəncləri bu gün ölkənin iqtisadi, sosial və ictimai həyatında mühüm mövqeyə malikdirlər. Azərbaycanın haqq işi uğrunda mübarizəsində, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin təmin olunması ilə nəticələnən şanlı qələbələrin qazanılmasında mühüm pay sahibi olan qəhrəmanlar sırasında da məhz gənclərimiz ön sırada olublar. 2020-ci ildə 44 günlük Vətən müharibəsində və 2023-cü ilin sentyabrında bir gündən az davam edən antiterror tədbirlərində Azərbaycan gəncləri misilsiz qəhrəmanlıq göstərərək tarixi zəfərlərə imza atıblar. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun cəsur əsgərləri – qəhrəman gənclərimiz canları və qanları bahasına torpaqlarımızı işğaldan azad ediblər", - deyə Ş.Bayramov vurğulayıb.

Bu gün Qarabağda genişmiqyaslı bərpa və quruculuq işlərinin həyata keçirildiyini diqqətə çatdıran rektor əlavə edib: “Dövlətimizin qayğısı ilə regionun dirçəldilməsi istiqamətində mühüm addımlar atılır və bu prosesdə Azərbaycan gəncləri fəal iştirak edirlər. Gənclərimiz tarixi Zəfərin qazanıldığı məkanda yaradılan Qarabağ Universitetinin qurulmasında və inkişafında fəal rol oynayaraq bu böyük missiyaya öz töhfələrini əsirgəmirlər. Vətənpərvər ruhlu, müasir dünyagörüşlü və innovativ düşüncəli gənclərdən ibarət Qarabağ Universiteti ailəsi bölgədə sosial-iqtisadi həyatın canlanmasına öz bilik və bacarıqları ilə dəstək olmağa çalışırlar. 1200-ə yaxın tələbə gəncin təhsil aldığı və 59 nəfəri gənc olmaqla 185 heyət üzvünün fəaliyyət göstərdiyi Qarabağ Universiteti gənclik enerjisi ilə gələcəyə doğru inamla irəliləyir. Əminik ki, Ulu Öndərin ideyalarına sadiqlik, vətənpərvərlik və milli dəyərlərimizə bağlılıq ruhunda yetişdirilən Qarabağ Universitetinin müasir gəncləri Azərbaycanın gələcək inkişafında, Qarabağın bərpasında, ölkəmizin elm, texnologiya və mədəniyyət sahələrində beynəlxalq arenada layiqli yer tutmasında mühüm rol oynayacaqlar”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://azertag.az
archiveBu xəbər 02 Fevral 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see257

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see239

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see229

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see227

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see225

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see214

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see206

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see199

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see183

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see175

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see168

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see167

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see165

UEFA Çempionlar Liqası: Qarabağ Ayntraxt Frankfurt la qarşılaşır

21 Yanvar 2026 08:15see162

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see160

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see153

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see151

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see150

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri